Icma.az
close
up
RU
Qərbi Kaspi Universiteti mediatur təşkil edib

Qərbi Kaspi Universiteti mediatur təşkil edib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 16 oktyabr, AZƏRTAC

Qərbi Kaspi Universiteti fəaliyyətini hər zaman dünyanın qabaqcıl təhsil təcrübəsinə uyğun qurmağa çalışır. Müasir çağırışlar qarşısında ən qabaqcıl standartlara uyğunlaşaraq inkişaf etmək bu universitetin əsas prioritetlərindən biridir.

AZƏRTAC xəbər verir ki, Qərbi Kaspi Universitetinin əsas məqsədi ölkə daxilində və xaricdə rəqabətqabiliyyətli, əmək bazarında təhsili, biliyi, bacarığı, problemləri görmək və həll etmək qabiliyyəti hesabına özünü işlə təmin edəcək, hətta iş yerləri yaratmaq imkanına sahib ola biləcək peşəkarlar hazırlamaqdır. Dürüst, ədalətli, ölkəsini və xalqını özünün yüksək alicənablıq keyfiyyətləri, sağlam düşüncəsi ilə təmsil edə bilən, həyatda hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq, cəmiyyətdə hörmət və sevgi qazanan məzunları yetişdirmək universitetin məqsədidir.

Artıq 31 ildir ki, universitet fəaliyyətini yüksək səviyyədə davam etdirir.

Azərbaycanın ilk özəl ali təhsil müəssisəsi olan Qərb Universitetinin (indiki Qərbi Kaspi Universiteti) əsası 1991-ci ildə qoyulub. Qərb Universiteti 1992-ci ildən UNESCO nəzdindəki Beynəlxalq Universitetlər Assosiasiyasının, 1996-cı ildən İdarəçiliyin İnkişafı üzrə Avropa Fondunun, 1999-cu ildən Qara Dəniz Ölkələri Universitetlər şəbəkəsinin, eyni zamanda, Qafqaz üzrə Avropa Araşdırmaları Assosiasiyasının (AESC), Siyasi Araşdırmalar Assosiasiyasının (PSA), Avropa Elm Fəlsəfəsi Assosiasiyasının (EPSA), BMT-nin Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsinin (SDSN), Beynəlxalq Universitetlər Assosiasiyasının, Beynəlxalq Dırmanma və Alpinizm Federasiyasının (UIAA), BMT-nin Dağ əməkdaşlığı Proqramının Beynəlxalq Təhsil İdarəçiləri Assosiasiyasının və bir sıra başqa beynəlxalq təşkilat, şura və birliklərin üzvüdür.

2017-ci ildən bu ali təhsil müəssisəsinin adı dəyişdirilərək Qərbi Kaspi Universiteti olub. 2001-ci ildən Beynəlxalq İnzibati Elmlər İnstitutunun və “Atlas” Beynəlxalq Turizm Assosiasiyasının üzvü olan bu universitetin tələbələrinin Avropa, ABŞ və dünyanın başqa ölkələrinin universitetlərində, eləcə də kollec və özəl məktəblərdə təhsil almaq imkanları var.

Azərbaycan iki müxtəlif və bir-birinə əks olan Şərq və Qərb mədəniyyətlərinin qovşağında yerləşən ölkədir. Bu da Qərbi Kaspi Universitetinin hər bir tələbəsinə Qərb standartlarına uyğun təhsil almaqla yanaşı, Şərq və Qərb mədəniyyətlərinin qovuşduğu maraqlı mühitdən zövq almaq imkanı verir.

Fəaliyyət göstərdiyi illər ərzində ölkənin aparıcı ali təhsil ocaqlarından birinə çevrilən Qərbi Kaspi Universiteti 63 ixtisas üzrə 3000-dək tələbəyə əyani və qiyabi təhsil proqramlarına əsaslanan təhsil verir. Universitetdə 7 fakültə (məktəb), 18 kafedra, 11 şöbə fəaliyyət göstərir. Universitetdə çalışan 275 müəllimdən 72-si elmlər doktoru, professor, 42 nəfəri isə dosentdir. Bir sıra beynəlxalq təhlillərdə Qərbi Kaspi Universiteti SSRİ-nin süqutundan sonra yeni mühitdə yaranmış ən yaxşı 10 universitetdən biri kimi göstərilib. Əsas və günün tələbi olan fənlər yerli və xarici müəllimlər tərəfindən tədris olunur.

Qərbi Kaspi Universiteti öz strukturunun modern universitet strukturuna uyğunlaşması istiqamətində tədbirlər görür. Universitetin infrastrukturunun, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu ali təhsil müəssisəsində müxtəlif sahələrlə bağlı müasir, unikal laboratoriyalar yaradılıb, tədris metodikasının yenilənməsi, ən yüksək beynəlxalq standartlara uyğunlaşdırılması üçün ardıcıl iş aparılıb. Universitetdə tələbələrin asudə vaxtlarını səmərəli keçirməsi üçün idman zalı, texnopark və klublar mövcuddur.

Xaricdə təhsil layihəsi qısa və uzunmüddətli dövrdə xaricdə təhsil proqramlarında iştirak etmək imkanı yaradır. Hazırda Erasmus + və Mövlanə mübadilə layihələri çərçivəsində universitetin tələbələri Çexiya, Polşa, Latviya, Rumıniya, Türkiyə, İrlandiya kimi ölkələrin aparıcı universitetlərində təhsil ala bilərlər. Qərbi Kaspi Universiteti Böyük Britaniyanın “Koventri və bu ölkənin Sinqapurda yerləşən London Biznes və Maliyyə Məktəbi, İsveçrənin UBİS və Çexiyanın NEWTON universitetləri ilə ikili diplom layihələrini həyata keçirir. Universitet dünyanın hər bir yerindən tələbələr qəbul edir.

Qərbi Kaspi Universiteti beynəlxalq elmi ictimaiyyətdə öz mövqeyini möhkəmləndirərək, “Scopus” elmmetrik bazasında müxtəlif elm sahələri üzrə indekslənmiş elmi nəşrləri ilə seçilir. Universitetdə aparılan tədqiqatlar geniş sahələri - sosial, iqtisadi, texniki, təbiət və humanitar elmləri - əhatə edir. Bu multidisiplinar yanaşma həm fundamental, həm də tətbiqi elmlərin inkişafına xidmət edir və elmi nəticələrin beynəlxalq miqyasda tanınmasına şərait yaradır.

Universitetin “Scopus” bazasında indekslənməsi Qərbi Kaspi Universitetinin elmi fəaliyyətinin keyfiyyət göstəricisi olmaqla yanaşı, onun qlobal elmi məkana inteqrasiyasını da təsdiqləyir. Tədqiqatçıların beynəlxalq jurnallarda dərc olunan məqalələri universitetin elmi nüfuzunun yüksəldilməsinə, beynəlxalq tərəfdaşlığın genişlənməsinə və innovativ elmi istiqamətlərin təşviqinə mühüm töhfə verir.

Qərbi Kaspi Universitetində həyata keçirilmiş elmi layihələr müxtəlif istiqamətləri - təbiət elmləri, mühəndislik, informasiya texnologiyaları, sosial-iqtisadi sahələr və humanitar elmləri əhatə edir. Bu layihələr çərçivəsində aparılan tədqiqatlar beynəlxalq elmi bazalarda indekslənmiş nəşrlərdə əksini tapıb, həmçinin bir sıra praktiki nəticələr verib. Universitetin elmi layihələri ölkə və regionun elmi-texnoloji inkişafına, eləcə də innovasiya potensialının artırılmasına əhəmiyyətli töhfə verib.

Son illərdə Qərbi Kaspi Universitetində elmi fəaliyyətin intensivləşməsi nəticəsində beynəlxalq elmi bazalarda dərc olunan məqalələrin sayı 3035-ə çatıb.

Qərbi Kaspi Universiteti sosial-iqtisadi, tətbiqi, gender və təbiət elmləri sahələrində Azərbaycan və beynəlxalq akademik ictimaiyyət arasında elmi kommunikasiya üçün aparıcı platformalardan biridir. Universitet müasir elmi tədqiqatları təşviq edir, multidisiplinar (çoxsahəli) araşdırmaları genişləndirir və gənc tədqiqatçıların inkişafı üçün davamlı platforma yaradır. Ali təhsil müəssisəsi qlobal elmi şəbəkələrdə fəal iştirak etməklə fundamental və tətbiqi elmlərdə yeni üfüqlər açır.

Xarici universitetlərin aparıcı tədqiqatçıları və Qərbi Kaspi Universitetinin alimləri tərəfindən idarə olunan beynəlxalq tədqiqat mərkəzləri ilə fəaliyyət göstərir.

Qərbi Kaspi Universitetinin Dağ Biomüxtəlifliyi, Landşaft və Mədəniyyət Tədqiqatları İnstitutunun alimləri BMT-nin Beynəlxalq Dırmanma və Alpinizm Federasiyası ilə birlikdə buzlaqların həm azalma, həm də ərimə proseslərini tədqiq edirlər.

Universitetdə tədqiqat laboratoriyaları fəaliyyət göstərir - Genetika və Molekulyar Biologiya laboratoriyası, Ekoloji və biomüxtəliflik tədqiqatlar laboratoriyası, Meşə artımının təhlili və Dendroxronologiya laboratoriyası, Hidrobiologiya laboratoriyası, Kimya və ətraf mühitin monitorinqi laboratoriyası, Mexanika və robototexnika mühəndisliyi laboratoriyası, Smart materialların istehsalı laboratoriyası, Fizika və Elektronika laboratoriyası və Dizayn emalatxanası.

Qərbi Kaspi Universitetinin ev sahibliyi etdiyi beynəlxalq konfransın materialları “Scopus” kimi nüfuzlu beynəlxalq elmi bazada indeksləşdirilib. Bu, təkcə universitetin deyil, eyni zamanda Azərbaycanın akademik mühitinin qlobal elm sahəsinə inteqrasiyası və tanınması istiqamətində əhəmiyyətli bir addımdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:321
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Oktyabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see377

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see344

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see320

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see312

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see274

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see265

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see255

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see246

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see239

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see233

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see229

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see224

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see217

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see215

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see210

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see205

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see202

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see190

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see182

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri