Icma.az
close
up
RU
Qəşəm Nəcəfzadə insanları belə aldadır Nadir Yalçın

Qəşəm Nəcəfzadə insanları belə aldadır Nadir Yalçın

Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kulis.az Nadir Yalçının "Yaz misrası" yazısını təqdim edir.

Azərbaycanda sevginin miqdarını ən yaxşı "ölçən" barmaqsayı şairlərdəndi Qəşəm Nəcəfzadə. Onun "Mən səni sevirəm, ölməzsən heç vaxt" misrası ilə məşhurlaşan şeiri barədə çox fikirləşmişəm. Xas poeziyadır; sözü sözlə, hərəkəti hərəkətlə təsvir etmək, tərənnüm etmək, izah etmək, dolayı yolla, qışqırmamaq, sadəcə, şeir. Epitetsiz, metaforsuz, təşbehsiz, belə, necə deyim, rahatca yazmaq ki, "ölməzsən heç vaxt".

Qaçılmaz bir prosesi - ölümü belə inkar etmək, bir növ, səhv dediyini bilə-bilə səhv demək. Tum çırtlayıb məhlədə çömbəltmə oturan yeniyetmə rahatlığı ilə, amma hansı böyüklüklə, hansı ürəklə?! Bəzən adidən də adi bir söhbət əsnasında elə söz, elə cümlə eşidirsən, yaxşı mənada, bicsənsə, tez götürüb harasa yazırsan ki, xatirindən çıxmasın. Bu misranı hər eşidəndə götürüb harasa yazmaq istəyirəm. Ümumiyyətlə, elə misralar var, unutmaqdan qorxursan. Yaddaşını həm də o misraları tez-tez xatırlamaq üçün sevirsən. Qəşəm Nəcəfzadənin bu misrası adama yaddaşını sevdirən misradır.

Qara gözlərinə ölüm ilişsə,
qorxma,
Mən səni sevirəm, ölməzsən heç vaxt.

Elə bil, deyir, axşam evə gələndə ac olsan, çörək al. "Qara gözlərinə ölüm ilişsə..." Yaxud "təyyarə sürüşsə göyün üzündən..." Necə yəni təyyarə sürüşsə?! Deyir, sevirəm, ölməzsən heç vaxt.

Məsələn, Sabirin

Derlər, aşiqküş nigarım qətlimə amadədir,
Allah, Allah, bir səbəb qıl kim, peşiman olmasın.

beyti nə dərəcədə mübarək, mübhəm, həm su kimi aydın, həm də necə izaholunmaz və ecazkardır.
Bax beləcə sevginin boyunu göstərən misralar adamın dilinin altında təzyiq dərmanı kimidir. Amma du dərman ürək döyüntünü səngitmir, əksinə, daha da həyəcanlandırır, riqqətə gətirir.

İndiki situasiyada bunu demək təhlükəlidir. Amma, gərək, pisi pis, əyrini əyri, düzü həmvar yazım (M.Ə.Sabir). “Mən səni sevirəm, ölməzsən heç vaxt” misrası ilə xitab etdiyim qızların sayını itirmişəm, eh, qəlbini qırdığım nə bilim, yüzmü, minmi (Şamxal Rüstəm)?! O da haqqdır ki, axır, gəlib çatdığın bir nöqtə olur və o sözlərin həqiqi ünvanını tapdığına inananda həmin misranın sehri səni tilsimliyir, o misra barədə danışmağa haqqın yaranır. Bu misranın həqiqi ünvanını tapdığıma inandığım üçün baharın bu gözəl çağında misraları dərman kimi dilimin altında saxlamışam ki, ürəyimin döyüntüsü azalmasın.

İnsanlar kimi şeirlərin də, hətta misraların da taleyi var. O misralar boylarına biçilən taleh ilə insana yoldaş olurlar. O misralar ki, inandıra bilir. İnanırsan ki,

Əgər ayaqyalın yeriyə bilsək,
Düşüb dalımızca gələr adamlar.

İnandıranda və inananda, hətta inandırmağa cəhd edəndə belə, belə misralar yaranır. İstəyirsən, bir gün qəfildən ayaqyalın yeriyib arxana baxmayasan. Baxmadan arxanca izdihamən gəldiyinə inanasan. Şeirlər də arxaya baxmadan addımlayan kəslərdir, arxalarınca nə qədər adam apara bilirlər. Elə “Mən səni sevirəm, ölməzsən heç vaxt” kimi...

Bir misranın ətəyindən tutub yaşamaq olar. Bir sevginin ölümün qarşısını kəsəcəyinə ümidvar olmaq... İnsan öləcəyinə inansa, bir gün belə yaşaya bilməz. Yaradılışların canında, təftəlşüurunda gizli əbədilik hissi var. “Mən səni sevirəm, ölməzsən heç vaxt” bu hissi “yemləyir”, bu gizli düşüncəni təmin edir, ona sərmayə qoyur.

Bu sevginin ölümsüzləşdirmə gücünə inanmayanı bir az da təkid edir:

Sən Allah, sinəndən qolunu aç, tök,
Bu ölmək fikrini bir tərəfə at.
Gözünü yummağa qorxursan, quzum,
Mən səni sevirəm, ölməzsən heç vaxt.

Bu bəşəri, fəlsəfi, psixoloji, ...i, .....i, ....i... çox artırmaq olar, hə, bunları kənara qoyub çox dərinə getmədən bu misralarını ələk-vələk elədiyimiz şeirə bütöv yanaşanda belə, onun enerjisi və saf niyyəti adama xoş gəlir. Qəşəm Nəcəfzadə oxucunu, oxucunun bu misralarla xitab etdiyi sevgilisini, öz sevdiklərini bu misralarla aldadır, amma bütün yalanlar pis olmadığı kimi, bu aldanışlar da məramı xoş aldanışdı: ölməzsən heç vaxt!
Və həhayətdə, burda bir “mən” var! Mən sevirəmsə, ölməzsən, mən sevsəm...

Hələ güllə üstə, bomba üstəyik.
Nə olsun,
Mən səni sevirəm, get arxayın yat.

Şair El Romanın misraları yadıma düşdü bu “mən!” faktoru barədə düşünəndə:

Mən səni sevməsəm, başqası sevsə,
Sənə də heyifdir, mənə də heyif.
Sarı dimdiyini mənə uzadıb
Çiyninin üstündə öpüş gözləyən
Buğda saçlarından ovucladığım
O quşa atdığım dənə də heyif.

Səni başqası sevsə, heç vaxt ölməmək məsələsi sual altında qalır. Amma axı səni sevən mənəm...

Bu şeir barədə çox danışmaq olar. Amma bu şeir barədə yazmaq məramım bu gün müəllifin – şair Qəşəm Nəcəfzadənin doğum günü ilə bağlı deyil. Bu şeir hər yaz gələndə bahar yelləri ilə birlikdə əzbərimdə dolanır. Şairə bu şeirin enerjisini və bu enerji ilə bərabər, cansağlığı arzulayıram.

QORXMA

Get ağ balıncına saçlarını tök,
Heç qorxub eləmə gözlərini yum.
Sən Allah, sinəndən qolunu aç, tök,
Bu ölmək fikrini bir tərəfə at.
Gözünü yummağa qorxursan, quzum,
Mən səni sevirəm, ölməzsən heç vaxt.

Gördün, mən deyəndi dünyanın işi,
Könlün istəyəni milyon əlli tut.
Qara gözlərinə ölüm ilişsə,
Qorxma,
Mən səni sevirəm, ölməzsən heç vaxt.

Qorxma, üstündədi gözüm həmişə,
Ölüm bir tükünə toxuna bilməz.
Qorxursan, gəl düşək torpağın üstə.
Düşək ayaqyalın yeriyək, quzum.
Düşək qatarlardan, təyyarələrdən,
Düşək tuflilərdən, mərtəbələrdən,
Düşək torpaq dadsın ayaqlarımız,
Enək çiçəklərə, güllərə nolar.
Əgər ayaqyalın yeriyə bilsək,
Düşüb dalımızca gələr adamlar.

Hələ qatardayıq, təyyarədəyik,
Hələ güllə üstə, bomba üstəyik.
Nə olsun,
Mən səni sevirəm, get arxayın yat.
Ürəyin ağrısa, qatar yıxılsa,
Təyyarə sürüşsə göyün üzündən
Qorxma,
Mən səni sevirəm, ölməzsən heç vaxt,
Ölməzsən heç vaxt.

Azərbaycanda Ramazan bayramı qeyd olunur Divar - Azad Qaradərəlinin hekayəsi Məşhur gitaraçı Türkiyədə konsert verəcək
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:341
embedMənbə:https://kulis.az
archiveBu xəbər 01 Aprel 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see296

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see282

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see267

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see258

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see257

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see246

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see236

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see232

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see229

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see228

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see226

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see219

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see191

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri