Icma.az
close
up
RU
“Qətər Azərbaycan münasibətləri bütün sahələrdə inkişaf edib” Diplomat

“Qətər Azərbaycan münasibətləri bütün sahələrdə inkişaf edib” Diplomat

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Bakıda Qətər Dövlətinin Milli Günü münasibətiə rəsmi qəbul keçirilib.

525.az xəbər verir ki, tədbirdə hökumət rəsmiləri, Azərbaycandakı diplomatik korpusun rəhbərləri, deputatlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qətərin ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Hamad Al-Hemaidi hər ilin 18 dekabrına təsadüf edən Qətər Dövlətinin Milli Günü münasibətiə düzənlənən qəbula təşrif buyuranları salamlayıb. 

“Nəsildən-nəslə davam edən nailiyyətlər fonunda hamınızı salamlamaq və hər il qeyd edilən bu bayramda bizə qoşulmağınız məni sevindirir. Qətər Dövlətinin əlahəzrət Əmiri Şeyx Təmim bin Hamad Al Taninin müdrik rəhbərliyi ilə 2030 inkişaf konsepsiyasına uyğun olaraq çalışırıq və bu konsepsiyanın məqsədi rifah, çiçəklənmə və   davamlı  inkişafdır. Bu konsepsiya bütün dost dövlətlərlə, o cümlədən, qədim tarix və zəngin mədəniyyətə malik olan Azərbaycan Respublikası ilə əlaqələrin inkişafını əhatə edir.

Dost Azərbaycanın Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında xalqlarımız və vətənlərimiz üçün xeyirli olan bu konsepsiyanın həyata keçirilməsinə çalışırıq”, -  diplomat deyib.

Əlavə edib ki, Qətər Dövləti və Azərbaycan Respublikası arasında münasibətlər bütün sahələrdə, siyasi, iqtisadi və mədəni sahələrdə əhəmiyyətli dərəcədə inkişaf edib.

“İki ölkənin məsul şəxslərinin və iş adamlarının qarşılıqlı səfərləri,  o cümlədən, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Dohaya sonuncu səfəri, əməkdaşlığı təşviq etmək və istədiyimiz nəticələrə  nail olmaq üçün müştərək komissiyanın dördüncü toplantısının keçiriməsi əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə təkan verib”.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov çıxışında qardaş Qətər xalqını Milli Gün münasibətilə təbrik edib. Bildirib ki, otuz ildən artıqdır Azərbaycan ilə Qətər arasında diplomatik münasibətlər qarşılıqlı hörmətə, konstruktiv dialoqa, sülhün, sabitliyin, davamlı inkişafın təşviqinə dair ortaq öhdəliyə əsaslanır. Mütəmadi yüksək səviyyəli mübadilələr və institusional siyasi məsləhətləşmələr tərəfdaşlığımızın möhkəmləndirilməsində və ölkələrimiz arasında əməkdaşlığın davamlı, çoxşaxəli inkişafına dəstək olmaqda mühüm rol oynayıb.

Nazir bildirib ki, bu kontekstdə, 11 avqust 2025-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev və Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Əl-Tani arasında keçirilən telefon danışığı dövlət başçıları səviyyəsində siyasi dialoqun yüksək intensivliyini bir daha təsdiqlədi. 

“Son illərdə Qətər Dövləti ardıcıl və transformativ inkişaf yolu seçərək regionun ən dinamik şəkildə inkişaf edən ölkələrindən birinə çevrilib. “Qətər Milli Vizyonu 2030”un həyata keçirilməsi iqtisadi şaxələndirmə, infrastrukturun modernləşdirilməsi, təhsil, turizm və innovasiya sahələrində irəliləyişlər üçün yeni imkanlar yaradıb. Bu gün Qətər beynəlxalq proseslərə fəal töhfə verən ölkə kimi qlobal enerji təhlükəsizliyinin gücləndirilməsində, humanitar əməkdaşlığın təşviqində və dövlətlər arasında dialoqun inkişaf etdirilməsində mühüm rol oynayır. Qətər Dövlətinin davamlı və dinamik inkişafı Azərbaycan-Qətər ikitərəfli münasibətlərinin davamlı şəkildə möhkəmləndirilməsi və əməkdaşlıq üçün yeni yolların müəyyənləşdirilməsi üçün möhkəm təməl yaradıb. Bu kontekstdə, Azərbaycan və Qətər hökumətləri arasında ticarət iqtisadi, və texniki əməkdaşlıq üzrə Birgə Komissiya iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi üçün əsas institusional mexanizm kimi xidmət edir. Komissiyanın bu ilin noyabr ayında çağırılan dördüncü iclası ikitərəfli iqtisadi əlaqələrin dərinləşdirilməsində mühüm bir mərhələ oldu.”, - nazir deyib.

Onun sözlərinə görə, ölkələrimiz arasında mövcud hüquqi və müqavilə bazası vətəndaşlarımızın qarşılıqlı əlaqələrinin genişləndirilməsi üçün möhkəm təməl yaradır: “Beləliklə, yüksək səviyyəli razılaşmalar vasitəsilə yaradılan vizasız səyahət rejimi, eləcə də Bakı ilə Doha arasında müntəzəm birbaşa uçuşlar turizmin, eləcə də biznes və humanitar əlaqələrin inkişafına əhəmiyyətli dərəcədə kömək edib. Əminəm ki, Azərbaycan-Qətər əməkdaşlığını daha da inkişaf etdirmək üçün əhəmiyyətli imkanlar mövcuddur. Xüsusilə, nəqliyyat və logistika sahəsində birgə səylərin artırılması, Azərbaycanın tranzit potensialından istifadə edilməsi və maliyyə, təhsil, mədəniyyət və turizm sahələrində ikitərəfli əlaqələrin gücləndirilməsi ölkələrimizin qarşılıqlı maraqlarına xidmət edəcək və strateji tərəfdaşlığımıza yeni təkan verəcək”. 

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Dekabr 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri