İran Azərbaycan ilə münasibətləri bütün sahələrdə inkişaf etdirməkdə maraqlıdır Fərzanə Sadiqi KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
İran Azərbaycan ilə münasibətləri bütün sahələrdə inkişaf etdirməkdə maraqlıdır.
KONKRET.az trend-ə istinadən xəbər verir ki, bunu İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqi aprelin 8-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşü zamanı deyib.
İranın ölkəmizlə münasibətləri bütün sahələrdə inkişaf etdirməkdə maraqlı olduğunu deyən Fərzanə Sadiqi xalqlarımızın tarixi, mədəni, dini və qohumluq əlaqələrinin olduğunu bir daha vurğuladı.
Qonaq qeyd etdi ki, İran Prezidentinin ölkəmizə planlaşdırılan səfəri öncəsi Hökumətlərarası Birgə Komissiyanın iclasının keçirilməsi gündəlikdə duran vacib məsələlərin müzakirəsi baxımından olduqca əhəmiyyətlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 08 Aprel 2025 14:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















