Icma.az
close
up
RU
Azərbaycan Qətər münasibətləri yeni inkişaf mərhələsində

Azərbaycan Qətər münasibətləri yeni inkişaf mərhələsində

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rəsmi Bakı və Doha tərəfdaşlığın inkişafı üçün geniş imkanları dəyərləndirir

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin Qətərə səfəri zamanı əməkdaşlığın inkişafına dair faydalı müzakirələr aparılıb. Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə görüşdə ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin gücləndiyini, tərəfdaşlığın inkişafında yüksəksəviyyəli səfərlərin, keçirilən görüşlərin əhəmiyyəti vurğulanıb. Tərəflər energetika, nəqliyyat-logistika, qarşılıqlı investisiya qoyuluşu və iqtisadiyyatın digər sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib, birgə fəaliyyətin inkişaf perspektivlərinə toxunub.  Qətərin ticarət və sənaye naziri Şeyx Faisal bin Tani bildirib ki, əlaqələrin genişləndirilməsi və qarşılıqlı investisiyaların həcminin artırılması ikitərəfli münasibətlərdə prioritet məqsədlərdəndir. Həmçinin əməkdaşlığın yeni prioritetləri sırasında tranzit imkanlarından maksimum istifadə, “yaşıl texnologiyalar”, kənd təsərrüfatı, infrastruktur və sənayenin modernləşdirilməsi sahələrində əməkdaşlığın gücləndirilməsi diqqətə çatdırılıb.

Körfəz Əməkdaşlıq Şurası əlaqələrdə yeni imkanlar açır

Azərbaycan-Qətər əlaqələri qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanaraq, son illərdə yüksək xətt üzrə irəliləməkdədir. Respublikamızın Körfəz Əməkdaşlığı Şurasında (KƏŞ) yer almasından sonra əlaqələrin dinamikası daha da genişlənib. Bu təşkilatın lider dövlətlərindən biri Qətərlə ikitərəfli və çoxtərəfli əlaqələri daha da inkişaf etdirmək üçün müxətlif siyasi-iqtisadi qərarlar qəbul edilib. Yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın genişləndirilməsi baxımından önəmli rol oynayıb. Ölkəmizdə səfərdə olan Körfəz Əməkdaşlıq Şurasının baş katibinin və nümayəndə heyətinin Azərbaycanın dövlət başçısı səviyyəsində qəbul edilməsi bu region ölkələri ilə münasibətlərin strateji gündəliyinin daha da zənginləşdirib. Qətər BMT, Ərəb Dövlətləri Liqası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və ÜTT platformalarında da Azərbaycanla hərtərəfli əlaqələri inkişaf etdirir.

Prezident İlham Əliyev bu günlərdə “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində KƏŞ ölkələri ilə əlaqələrin perspektivlərindən bəhs edərkən bildirib ki, münasibətlərimiz çox yaxşıdır, dostcasına və nəticəyönümlüdür. Həmin ölkələrlə güclü tərəfdaşlıq enerji, nəqliyyat, ticarət, turizm, kənd təsərrüfatı və digər sahələrdə daha da geniş xarakter almaqdadır.

Azərbaycan Hökuməti  və Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın uğurlu fəaliyyəti iş adamları arasında görüşlərin təşkili, iqtisadi imkanları təqdimatı və iqtisadi sahədə müştərək addımların atılmasında öz töhfələrini verməkdədir. İqtisadi əlaqələrin inkişafı və biznes icmaları arasında  partyorluğun əlaqələndirilməsində  Qətərin Ticarət və Sənaye Palatası öz mühüm missiyası ilə seçilir. Palata müvafiq qurumları arasında əlaqələrin genişləndirilməsi, birgə tədbirlərin təşkili və işgüzar dialoqun inkişafına səbəb olan stimulverici rol oynayır. 

Azərbaycan Ticarət Evi iqtisadi-ticari əlaqələri stimullaşdırır

Azərbaycan İnvestisiya Şirkəti ilə Qətərin İnvestisiya Qurupu birgə sərmayələrin təşviqi, bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi barədə səmərəli əməkdaşlıq blokları qurub. Bu isə müasir sənaye quruculuğuna və texnoloji inkişafa qarşılıqlı investisiyaların artırılmasını motivasiya etməkdədir.

Azərbaycan və Qətər iş adamları arasında son illərdə tərəfdaşlıq imkanlarını çoxsaylı görüşlərdə müzakirə edilib, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Qətər Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə Azərbaycan və Qətər iş adamlarının iştirakı ilə dəyirmi masalar təşkil olunub. Qarşılıqlı anlaşma mühitində baş verən bu cür tədbirlərdə Azərbaycan və Qətərin sənaye, turizm, xidmət, İKT və digər sektorlarında fəaliyyət göstərən iş adamları iştirak edərək gələcək birgə layihələrdə təmsilçilik potensialını dəyərləndiriblər. Bu səmərəli format ölkələrimiz arasında iqtisadi-ticarət, sahibkarlıq sahəsində işgüzar əlaqələrin genişləndirilməsi üçün yeni imkanlar açıb.

2022-ci ildə Qətərdə Azərbaycan Ticarət Evi fəaliyyə başlayıb ki, bu təsisat iki ölkə arasında yeni işgüzar təşəbbüslərin və iqtisadi əlaqələrin stimullaşdırılması baxımından yeni mərhələ açıb. Ticarət Evlərinin fəaliyyəti müsbət nəticələr verərək Azərbaycanın qeyri-neft məhsullarının ixracının təşviq etməkdədir. “Made in Azerbaijan” brendi ilə milli ixrac potensialımızın tanıdılması və satışının təşkili artıq Azərbaycanın ixrac siyasətinin şaxələnməsinə, ənənəvi bazarlardan qeyri-ənənəvi bazarlara çıxışa töhfə verir. Bu siyasət, Qətərlə yanaşı, ətraf Ərəb dövlətlərinin də bazarlarına daxil olmaq üçün mühüm fürsət hesab edilə bilər. Ticarət Evi, həmçinin yerli sahibkarların Qətərdə  öz biznes partyorları ilə əlaqələri möhkəmləndirməsi, birgə aqrarsənaye sxemləri yaratması baxımından da əhəmiyyət kəsb edir.

Orta Dəhlizdə ortaq maraqlar

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə KƏŞ Ticarət Palataları Federasiyası (FGCCC) arasında bir il əvvəl qarşılıqlı əməkdaşlığa dair imzalanmış Anlaşma Memorandumuna əsasən, AZPROMO və KƏŞ arasında iqtisadi əlaqələrin inkişafı üçün qarşılıqlı fəaliyyətin təşviqi və investisiyaların cəlb olunması, ticarət missiyalarının təşkil yolu ilə iqtisadi dövriyyələrin artırılması nəzərdə tutulur. Qətər sənaye icması Bakı Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonasında rezident kimi təmsil olunmaqda maraqlıdır. Qətər İnvestisiya Qurumunun baş icraçı direktoru Məhəmməd Saif Al-Suveydi  birgə investisiya fəaliyyətinin gücləndirilməsi üçün böyük imkanlar olduğunu qeyd edib. Qətərin “Power International Holding”nin Direktorlar Şurasının sədri Mutaz Al-Xayyat isə enerji sektoru üzrə əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin icrasını mümkün sayır.

Hər iki ölkənin əlverişli coğrafi mövqeyi, mühüm nəqliyyat qovşaqlarının kəsişməsində yerləşməsi tranzit habında yer almasını şərtləndirir. Qətər Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv ölkələrdən biri kimi Şimal-Cənub nəqliyyat dəhlizinin imkanlarından istifadə edə, Azərbaycan məhsullarının ixracı genişləndirilə bilər. Eləcə də Zəngəzur Dəhlizinin də ticari-kommunikasiya bağlantılarını artırması istisna deyil. Cənubi Qafqazda sülh və əməkdaşlığın möhkəmlənməsi və kommunikasiyaların açılması Körfəz ölkələri-Naxçıvan-Cəbrayıl-Füzuli-Ağdam-Yevlax-Qara Dəniz avtomobil marşrutunu meydana çıxarmaqla KƏŞ dövlətlərini Qara Dənizə bağlayan yeni marşrut olacaq. Azərbaycanla Qətər arasında etibarlı tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi iki dost dövlətin və xalqın milli maraqlarına cavab verməklə, ətraf regionlarda geniş əməkdaşlıq və rifah platformalarının formalaşmasında da mühüm amil kimi çıxış edir. Yeni reallıqlar fonunda Cənubi Qafqazda və Yaxın Şərqdə  sülh və əmin-amanlığa, iqtisadi-ticari-investisiya həmrəyliyinin yaranmasına xidmət edir.

Müdafiə sənayesində  faydalı əməkdaşlıq

Beləliklə, yeni fürsətlər və motivasiyalar Azərbaycan iqtisadiyyatına Qətərin investisiya qoymaq marağını daha da artırır. Habelə ölkəmizdə fəaliyyət göstərən sənaye parklarında yaradılmış güzəştli rejimdən istifadə edərək istehsal müəssisələrinin yaradılmasında bu region dövlətlərinin iştirakı istisna deyil. Bu cür layihələrin icrası iqtisadiyyatın sənaye sektorunun inkişafı və infrastrukturlar üçün xammal və ehtiyatlar sahəsində canlanmasını təmin edəcək, yüzlərlə işçinin layihələrə cəlb olunması isə onların sosial rifahına töhfələr verəcək.

Azərbaycanla Qətər arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanları da son illərdə geniş xarakter almaqdadır. Bir neçə ildir ki, Qətərin “Barzan Holdings” şirkəti hərbi sənaye məhsullarının mübadiləsi, yeni müdafiə təchizatları və avadanlıqların istehsalı sahələrinə investisiyaların cəlbi və digər istiqamətlərdə faydalı əlaqələr qurulub.

E.CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Sentyabr 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see220

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see175

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see173

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see154

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see152

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri