Qətərdən çıxarılan HƏMAS liderləri Türkiyəyə sığındılar
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
HƏMAS hərəkatının yüksək rütbəli üzvləri Dohanın Qəzza danışıqlarında vasitəçiliyi dayandırdığını elan etdikdən sonra ötən həftə Qətərdən Türkiyəyə gediblər.
Axar.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” adı açıqlanmayan ərəb diplomatına istinadən məlumat yayıb.
Mənbə bildirib ki, hərəkatın bir çox lideri ailələri Türkiyədə yaşadığı üçün onsuz da vaxtlarının əhəmiyyətli hissəsini orada keçirirdi.
Qeyd edək ki, “Faynenşl Tayms” qəzeti mənbələrə istinadən yaydığı məlumatda Qətərin ABŞ-ın təzyiqi altında HƏMAS rəhbərliyindən ölkəni tərk etməsini istədiyini yazmışdı. Buna səbəb isə HƏMAS-ın atəşkəs danışıqları çərçivəsində israilli girovların azad edilməsi ilə bağlı vasitəçilərin təkliflərini dəfələrlə rədd etməsi olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 18 Noyabr 2024 11:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















