Icma.az
close
up
RU
“Qətərə zərbə ABŞ İsrail münasibətlərini sarsıtmayacaq“ Mark Rubio İsraildə səfərdədir

“Qətərə zərbə ABŞ İsrail münasibətlərini sarsıtmayacaq“ Mark Rubio İsraildə səfərdədir

Icma.az bildirir, Moderator.az portalına istinadən.

"Səfər zamanı HƏMAS, girovlar və Qətər əməliyyatının nəticələri gündəmdə olacaq..."

ABŞ Dövlət katibi Marko Rubio bu gün, sentyabrın 14-də həyat yoldaşı ilə birlikdə İsrailə səfər edib. Bu, onun Dövlət katibi vəzifəsinə başladıqdan sonra Yaxın Şərqə ikinci səfəridir.

Moderator.az xəbər verir ki, bu barədə "vesty.co" nəşri məlumat yayıb.

Səfərin məqsədi və gündəliyi

Səfərin rəsmi məqsədi Qüdsdə "Zəvvarlar yolu"nun yeni hissəsinin açılış mərasimində iştirak etməkdır. Bununla yanaşı, Rubio İsrailin baş naziri Benyamin Netanyahu, prezident İshaq Hersoq, xarici işlər naziri Gideon Saar və girovların ailələri ilə görüşəcək.

Rubio bildirib ki, əsas mövzular HƏMAS-ın tam məhv edilməsi, Qəzza əhalisinin humanitar yardımla təmin edilməsi və 48 nəfər israilli girovun azad olunması olacaq. Onun sözlərinə görə, "əgər məqsəd regionda sülh qurmaqdırsa, HƏMAS mövcud ola bilməz".

Qətərdəki hücum və ABŞ-İsrail münasibətləri

Səfər İsrailin Qətərdə HƏMAS liderlərinə qarşı həyata keçirdiyi və geniş rezonans doğuran əməliyyatdan dərhal sonra baş tutub. Bu zərbə həm Vaşinqton, həm də ərəb dünyasında mübahisələr yaradıb.

ABŞ prezidenti və administrasiyası hücumdan narazı qalsa da, Rubio vurğulayıb ki, bu fikir ayrılığı ABŞ-İsrail münasibətlərini sarsıtmayacaq: "Bəzən belə müttəfiqliklərdə hər şey tam koordinasiya olunmur. Biz bundan danışacağıq, amma əlaqələrimiz dəyişməyəcək".

Regional gərginlik və ərəb-İslam sammiti

Elə həmin gün Qətərdə fövqəladə ərəb-İslam sammiti keçirilib. Sammitin gündəliyinə İsrailin Dohadakı əməliyyatı, ABŞ-ın təhlükəsizlik zəmanətlərinə etimadın itirilməsi və yeni zəmanət axtarışları daxil edilib. Türkiyə və Çin müşahidəçi kimi sammitə öz nümayəndələrini göndərib. 

Ekspertlərin sözlərinə görə, İsrailin əməliyyatı Körfəz ölkələrində ABŞ-ın hərbi zəmanətlərinin etibarlılığına şübhələr yaradıb. "Region belə mesaj alıb: ABŞ-la sıx əlaqələr və Vaşinqtonun hərbi dəstəyi sizi tam təhlükəsiz etməyəcək", - "Los Angeles Times" nəşrinin bölgə üzrə eksperti deyib.

Rubionun mövqeyi və Tramp administrasiyası ilə bağlılıq

Rubio Donald Tramp administrasiyasının İsrailin ən yaxın tərəfdarlarından biri sayılır. O, Beynəlxalq Cinayət Məhkəməsinə, Fələstin rəhbərliyinə və Fələstin dövlətçiliyi təşəbbüslərinə qarşı sərt mövqeyi ilə tanınır. Onun təşəbbüsü ilə Fələstin rəhbəri Mahmud Abbasa BMT Baş Assambleyasında iştirak üçün ABŞ vizası verilməyib. 

Rubionun Qüds səfərindən sonra Londona yollanaraq ABŞ prezidenti Donald Trampın oradakı görüşlərində iştirak edəcəyi gözlənilir. Dövlət Departamentinin açıqlamasına görə, Rubio bu səfərlərdə Amerikanın İsrailin təhlükəsizliyinə sarsılmaz dəstəyini təsdiqləyəcək və HƏMAS-la mübarizədə prioritetləri açıqlayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Sentyabr 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see336

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see320

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see314

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see285

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see280

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see271

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see259

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see256

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see247

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see245

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see239

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see238

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see234

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see224

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see207

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see200

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see194

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see179

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri