Qətərin baş naziri Lavrovla texnologiya sahəsində əməkdaşlığı müzakirə etdi
Icma.az xəbər verir, Manset saytına əsaslanaraq.
Qətərin baş naziri Lavrovla texnologiya sahəsində əməkdaşlığı müzakirə edib.
Manset.az-ın əldə etdiyi məlumata görə, bu barədə Əmirliyin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Qətər Nazirlər Şurasının sədri və Xarici İşlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani Dohada həmkarı Sergey Lavrovla danışıqlarda iki ölkə arasında texnoloji sahədə əməkdaşlığı, o cümlədən Ukrayna münaqişəsi ətrafında vəziyyəti müzakirə edib.
“Görüş zamanı iki ölkə arasında əməkdaşlıq əlaqələri və onların xüsusilə texnologiya sahəsində gücləndirilməsi və inkişaf etdirilməsi yolları müzakirə edilib”. - deyə,Qətər Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsindəki səhifəsində dərc olunan bəyanatda deyilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 26 Fevral 2025 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















