Icma.az
close
up
RU
Qətiyyətli Lider, güclü ordu və ümumxalq birliyi

Qətiyyətli Lider, güclü ordu və ümumxalq birliyi

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Respublikası beynəlxalq hüquqa əsaslanaraq öz suveren ərazilərində dövlət suverenliyini və ərazi bütövlüyünü bərpa etdi. Lakin müharibədən sonra da Ermənistan tərəfindən dəstəklənən qeyri-qanuni silahlı dəstələrin Qarabağ bölgəsində törətdiyi təxribatlar, mina terroru və separatçılıq meylləri Azərbaycanın təhlükəsizliyi və daxili sabitliyi üçün ciddi təhdid olaraq qalmaqda idi.

Bu kontekstdə, 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusu tərəfindən həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı ölkənin suverenliyinin tam bərpa olunması baxımından həlledici mərhələyə çevrildi.
2023-cü ilin sentyabr ayında Ermənistanın silahlı qüvvələrinin qalıqları tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror aktları həyata keçirildi. Azərbaycan hərbçiləri və mülki şəxslərin həyatına qəsd olunması faktları bu əməliyyatın keçirilməsini zəruri etdi.
Bundan əlavə, 2021-ci ildən sonra bölgədə aşkarlanan və Ermənistanda istehsal olunmuş müxtəlif tipli yeni minalar Azərbaycan ərazisində terror məqsədilə yerləşdirilmişdi. Bu, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması olmaqla yanaşı, Azərbaycanın postmünaqişə dövründə apardığı yenidənqurma və reinteqrasiya proseslərinə ciddi maneə yaradırdı.
Azərbaycan Respublikası 2023-cü ilin aprel ayında Laçın Nəzarət-Buraxılış Məntəqəsinin yaradılması ilə öz suverenliyini hüquqi və praktiki müstəvidə daha da möhkəmləndirdi. Bu məntəqə vasitəsilə dövlət sərhədləri üzərində tam nəzarət təmin olundu və Qarabağ bölgəsinə qeyri-qanuni silah və canlı qüvvə daşınmasının qarşısı alındı.
Bu addım separatçı rejimin xarici dəstək hesabına bölgədə fəaliyyətini davam etdirməsini çətinləşdirdi və antiterror tədbirlərinin hüquqi əsaslarını daha da gücləndirdi.
2022-ci ilin dekabr ayından etibarən ekologiya fəalları və vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən Şuşa-Laçın yolunda keçirilən etiraz aksiyaları da separatçıların Qarabağda həyata keçirdikləri qeyri-qanuni fəaliyyətə qarşı cəmiyyətin ümumi narazılığını əks etdirirdi. Etirazçılar Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarına və ərazilərdə minaların yerləşdirilməsinə qarşı haqlı etirazlarını dinc şəkildə ifadə etmişdilər.
2023-cü il sentyabrın 19-da başlayan antiterror əməliyyatı cəmi 23 saat davam etdi və sentyabrın 20-də uğurla başa çatdı. Əməliyyat çərçivəsində Azərbaycan Ordusu yüksək dəqiqlik və peşəkarlıq nümayiş etdirərək yalnız legitim hərbi hədəfləri zərərsizləşdirdi və mülki əhalinin təhlükəsizliyini tam təmin etdi.
Əməliyyatın sonunda separatçı silahlı birləşmələr tamamilə tərksilah edildi və onların təslim olması təmin olundu. Bu, Azərbaycanın Qarabağ bölgəsində tam suverenliyinin bərpa olunması ilə nəticələndi.
2023-cü ilin 19–20 sentyabr antiterror əməliyyatı Azərbaycanın dövlət suverenliyinin və konstitusiya quruluşunun tam şəkildə bərpa olunmasında dönüş nöqtəsi oldu. Bu tədbirlər beynəlxalq hüquqa, xüsusilə də dövlətin öz ərazisində suveren hüquqlarını qoruma haqqına əsaslanırdı.
Əməliyyat nəticəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı Qarabağ bölgəsindəki bütün yaşayış məntəqələrində əzəmətlə dalğalanır. Bu, təkcə hərbi deyil, eyni zamanda siyasi, hüquqi və mənəvi Zəfərdir.

İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Sentyabr 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri