Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Qətlə fətva verəndən qətlinə fətva verilmiş rejimə çevrilmək

Qətlə fətva verəndən qətlinə fətva verilmiş rejimə çevrilmək

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Görünən cəbhənin görünməyən tərəfləri

Əsəd rejiminin süqutu region üçün ciddi həyəcan siqnalıdır. Çox ciddi hadisələr baş verəcək. Hələ ki, İran və Rusiyaya "şah!” verildi və İranın "mat” olmasına az qalıb. Mənfi tərəfi isə odur ki, bizim cənub qonşumuzdur, orada olan çevrilişin bizim sərhədlərimizə yansıması necə olacaq və Azərbaycan Respublikasının güc strukturları, iş yerləri və s. on milyon nəfərə görə dizayn edilib. 

Cənub qonşumuzdan bizə köç olarsa, Suriyadan Türkiyəyə köç zamanı baş vermiş analoji vəziyyət yaranacaq.

Əlbəttə ki, deyə bilərsiniz cənubdan gələnlər bizim soydaşlarımızdır,  Güney Azərbaycanın bizimlə birləşməyinə, arzuladığımız Bütöv Azərbaycanın  yaranmasına şərait ola bilər. Ancaq bir var planı quran sən olasan, bir də var, planın bir parçası. Bizə böyüyərək kiçilmək deyil, kiçik görünüb hər sferada böyük olmaq lazımdır. 

Vəziyyət getdikcə qəlizləşir. Molla rejimini zərrə qədər sevmirəm, hətta nifrət edirəm, lakin İrandakı iç müharibə bizim üçün nəyə başa gələcək. Ümid edirəm ki, dövlətimizin beyin mərkəzləri  DTX, XKX, strateji və hərbi siyasi düşüncə mərkəzləri... bu barədə düşünüb, hərəkət trayektoriyalarını müəyyən edirlər. 

Rusiya  Ukraynada hansısa güzəşt əldə etdi,  öz maraqları çərçivəsində Suriyada geri çəkildi, İran da həmçinin. Rusiyanın geri çəkilməsindən sonra tək İran Əsəd rejimini ayaqda tuta bilməzdi və ya əksinə. Bəs Azərbaycan dövləti öz maraqları çərçivəsində  hansı addımları atmalı, cənub sərhədlərimizi necə möhkəmləndirməlidir. Bu gün yürüdülən siyasət nəticəsində ölkəmizdə sabitlikdir, lakin gələcəkdə qərbdən bizə siyasi təsir vasitəsi kimi hansı dövlət sərhədimizin yaxınlığında terror dövləti, təşkilatı yaradılarsa, Azərbaycan öz dövlət maraqlarını nə dərəcədə müdafiə edə biləcək?  Həmçinin, bu gün Bakının mərkəzində sabitlikdir, bəs sabah necə olacaq? İran, Rusiya və ya Qərbdəki sadə vətəndaşlarla nə işim?! Sadəcə Azərbaycanın dövlət maraqlarına zidd olan hər kəsə və hamıya qarşıyam. Ölkə daxilində xaricdən dəstəklənən hələ ki,  boy göstərə bilməyən dini və ya başqa qruplar da yetərincə var. Bu proseslər Yusif Vəzir Çəmənzəminlinin "İki od arasında” əsərini xatırladır, ancaq indi daha fərqlidir.  Hal-hazırda bir neçə "od” arasındayıq. Dövlətini sevən kadrlara,  peşəkarlara, praqqmatik və rasional siyasətə dəstək ola biləcək insanlara ehtiyacımız var. Yerdə "ənəl- həqq” deyən biz vətəndaşlar, dövlətimiz,  göydə isə Tanrı vətənimizi qorusun. 

Tarixdə ilk dəfə torpaq almışıq və bu gücə xaricdən və ya daxildən ola biləcək istənilən təsirin qarşısı amansızlılqa alınmalıdır. 

L.Tolstoy deyirdi ki, hər şeyin fərqində olmaq xəstəlikdir.  Dövlətimiz tarix səhnəsində qalsın deyə biz istənilən xəstəliyə tutulmağa hazır olmalıyıq ki, qalib gələk. "Hər şeyin fərqində olmaq” qəbahət deyil, ən böyük qəbahət dövləti düşünməyib, hər şeyin "fövqündə” olmaqdır. Bir-birimizə əsəbləşəndə "evin tikilsin” deyə, bir-birimizə dua edirik, kənar müdaxilə olarsa, bizə dua görünümlü qarğışlar olacaq. Liviyanı, Suriyanı, Ukraynanı, Misiri düşünün, Avropanı deyil. Çünkü biz coğrafi olaraq Cənubi Qafqaz, Şərq ölkəsiyik.  Hər kəs bu barədə düşünməlidir. Dövlət olaraq isə vətəndaşlarımızla birgə zəruri addımları atmalıyıq ki, kimsə min bir bəhanəylə bizə zərər verə bilməsin. 

Yazıçı-publisist Rafiq Tağını "İran və qloballaşma qaçınılmazlığı” essesinə görə qətlə yetirən mollaların duası qərbin, okeanın o tayının siyasət və silah dühası və PUAları qarşısında acizdir. 

Şimon Peres və Putin arasındaki tarixi dialoqdan bir parçanı xatırlatmaqla fikirlərimi bitirmək istərdim.

2015-c il. Şimon Peres: "Mənim Putinlə yaxşı ünsiyyətim var. Bizim bu yaxınlarda baş tutmuş görüşələrimizin birində söhbətimizin qısa təfərrüatı belə idi.

Mən ona dedim ki, Sizin 63 yaşınız var, mənim 93. Deyin, yaxın 30 ildə Siz nəyə nail olmaq istəyirsiniz? Siz nəyin uğrunda mübarizə aparırsınız? Siz Amerikanı hövsələdən çıxarmağa ümid edirsiniz? O dedi: "Yox”. Mən: "Amerika Rusiyanın bir hissəsini istəyir? Yox. Obamanı axıra kimi başa düşməmək probleminiz var? ”O dedi: "Siz, nə üçün soruşursunuz?” Mən dedim: "Qulaq asın, mən casus deyiləm, mənimlə hər şey barədə danışa bilərsiniz”. O dedi: "Siz nə fikirləşirsiniz?” Mən: "Sizin nə etməyinizdən asılı olmayaraq, Amerika udacaq”. O: "Nə üçün?”– deyə soruşdu. Mən: "Ona görə ki, onlar xoşbəxtdirlər, siz isə yox!”. Davam etdim: "Amerikalı səhər yuxudan durarkən, nəyi görür? Cənubda Meksikadır və onlar meksikalıları öz ölkələrinə qəbul edirlər. Şimalda Kanadadır və onlar dünyada ən yaxşı dostlardır. Sağda, solda isə suda balıq var. Obama nəyə görə narahat olmalıdır? Siz isə səhər yuxudan ayılırsınız – qonşuluqda kimləri görürsünüz? Yaponiya, Çin, Əfqanıstan, Gürcüstan, Ukrayna...” 

P.S.Tanınmış amerikan filosofu, politoloqu, siyasi iqtisadçısı və yazıçısı Frensis Fukuyamanın "Tarixin sonu və sonuncu insan"  əsərində özünəməxsus bir ifadəsi də var: "Fikirlərin zəfəri”. Elə fikirlər inşa etməliyik ki, regionda hansı siyasi proseslərin getməsindən asılı olmayaraq, bu fikirlərimizlə dövlətimiz zəfər qazansın.

Umud Əzizxanlı


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 11 Dekabr 2024 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see322

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see319

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see300

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see295

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see277

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see271

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see271

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see265

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see253

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see250

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see243

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see234

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see228

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see222

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see222

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see212

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see203

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see200

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see200

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri