“Rusiya üçün təhlükəyə çevrilmək niyyətimiz yoxdur”
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
“Ermənistan Rusiya üçün təhlükə yaratmaq və ya onunla müharibə etmək istəmir, ölkələr arasında olan bütün məsələlər həll ediləcək”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.
“Bütün məsələlər müzakirə olunacaq və həll ediləcək. Biz Rusiya ilə müharibə etmək, dalaşmaq niyyətində deyilik. Bütün məsələlər səsləndiriləcək, onları həll edərək irəliyə doğru hərəkət etməyə çalışacağıq. Biz Rusiya üçün təhlükə yaratmırıq və təhlükəyə çevrilmək niyyətimiz də yoxdur”, - Simonyan ermənistanlı iş adamlarının Rusiyada çətinliklərlə üzləşmələri barədə xəbərləri şərh edərkən bildirib.
O, bütün ölkələr arasında vaxtaşırı fikir ayrılıqlarının yarandığını, lakin onların dialoq yolu ilə həll etməyin mümkün olduğunu diqqətə çatdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 14 Aprel 2026 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















