Icma.az
close
up
RU
Qətlə fətva verəndən qətlinə fətva verilmiş rejimə çevrilmək

Qətlə fətva verəndən qətlinə fətva verilmiş rejimə çevrilmək

Adelet.az saytına istinadən Icma.az xəbər verir.

Görünən cəbhənin görünməyən tərəfləri
Əsəd rejiminin süqutu region üçün ciddi həyəcan siqnalıdır. Çox ciddi hadisələr baş verəcək. Hələ ki, İran və Rusiyaya "şah!” verildi və İranın "mat” olmasına az qalıb. Mənfi tərəfi isə odur ki, bizim cənub qonşumuzdur, orada olan çevrilişin bizim sərhədlərimizə yansıması necə olacaq və Azərbaycan Respublikasının güc strukturları, iş yerləri və s. on milyon nəfərə görə dizayn edilib. 

Cənub qonşumuzdan bizə köç olarsa, Suriyadan Türkiyəyə köç zamanı baş vermiş analoji vəziyyət yaranacaq.

Əlbəttə ki, deyə bilərsiniz cənubdan gələnlər bizim soydaşlarımızdır,  Güney Azərbaycanın bizimlə birləşməyinə, arzuladığımız Bütöv Azərbaycanın  yaranmasına şərait ola bilər. Ancaq bir var planı quran sən olasan, bir də var, planın bir parçası. Bizə böyüyərək kiçilmək deyil, kiçik görünüb hər sferada böyük olmaq lazımdır. 
Vəziyyət getdikcə qəlizləşir. Molla rejimini zərrə qədər sevmirəm, hətta nifrət edirəm, lakin İrandakı iç müharibə bizim üçün nəyə başa gələcək. Ümid edirəm ki, dövlətimizin beyin mərkəzləri  DTX, XKX, strateji və hərbi siyasi düşüncə mərkəzləri... bu barədə düşünüb, hərəkət trayektoriyalarını müəyyən edirlər. 

Rusiya  Ukraynada hansısa güzəşt əldə etdi,  öz maraqları çərçivəsində Suriyada geri çəkildi, İran da həmçinin. Rusiyanın geri çəkilməsindən sonra tək İran Əsəd rejimini ayaqda tuta bilməzdi və ya əksinə. Bəs Azərbaycan dövləti öz maraqları çərçivəsində  hansı addımları atmalı, cənub sərhədlərimizi necə möhkəmləndirməlidir. Bu gün yürüdülən siyasət nəticəsində ölkəmizdə sabitlikdir, lakin gələcəkdə qərbdən bizə siyasi təsir vasitəsi kimi hansı dövlət sərhədimizin yaxınlığında terror dövləti, təşkilatı yaradılarsa, Azərbaycan öz dövlət maraqlarını nə dərəcədə müdafiə edə biləcək?  Həmçinin, bu gün Bakının mərkəzində sabitlikdir, bəs sabah necə olacaq? İran, Rusiya və ya Qərbdəki sadə vətəndaşlarla nə işim?! Sadəcə Azərbaycanın dövlət maraqlarına zidd olan hər kəsə və hamıya qarşıyam. Ölkə daxilində xaricdən dəstəklənən hələ ki,  boy göstərə bilməyən dini və ya başqa qruplar da yetərincə var. Bu proseslər Yusif Vəzir Çəmənzəminlinin "İki od arasında” əsərini xatırladır, ancaq indi daha fərqlidir.

Hal-hazırda bir neçə "od” arasındayıq. Dövlətini sevən kadrlara,  peşəkarlara, praqqmatik və rasional siyasətə dəstək ola biləcək insanlara ehtiyacımız var. Yerdə "ənəl- həqq” deyən biz vətəndaşlar, dövlətimiz,  göydə isə Tanrı vətənimizi qorusun. 

L.Tolstoy deyirdi ki, hər şeyin fərqində olmaq xəstəlikdir.  Dövlətimiz tarix səhnəsində qalsın deyə biz istənilən xəstəliyə tutulmağa hazır olmalıyıq ki, qalib gələk. "Hər şeyin fərqində olmaq” qəbahət deyil, ən böyük qəbahət dövləti düşünməyib, hər şeyin "fövqündə” olmaqdır. Bir-birimizə əsəbləşəndə "evin tikilsin” deyə, bir-birimizə dua edirik, kənar müdaxilə olarsa, bizə dua görünümlü qarğışlar olacaq. Liviyanı, Suriyanı, Ukraynanı, Misiri düşünün, Avropanı deyil. Çünkü biz coğrafi olaraq Cənubi Qafqaz, Şərq ölkəsiyik.  Hər kəs bu barədə düşünməlidir. Dövlət olaraq isə vətəndaşlarımızla birgə zəruri addımları atmalıyıq ki, kimsə min bir bəhanəylə bizə zərər verə bilməsin. 

Yazıçı-publisist Rafiq Tağını "İran və qloballaşma qaçınılmazlığı” essesinə görə qətlə yetirən mollaların duası qərbin, okeanın o tayının siyasət və silah dühası və PUAları qarşısında acizdir. 

Şimon Peres və Putin arasındaki tarixi dialoqdan bir parçanı xatırlatmaqla fikirlərimi bitirmək istərdim.

2015-c il. Şimon Peres: "Mənim Putinlə yaxşı ünsiyyətim var. Bizim bu yaxınlarda baş tutmuş görüşələrimizin birində söhbətimizin qısa təfərrüatı belə idi.
Mən ona dedim ki, Sizin 63 yaşınız var, mənim 93. Deyin, yaxın 30 ildə Siz nəyə nail olmaq istəyirsiniz? Siz nəyin uğrunda mübarizə aparırsınız? Siz Amerikanı hövsələdən çıxarmağa ümid edirsiniz? O dedi: "Yox”. Mən: "Amerika Rusiyanın bir hissəsini istəyir? Yox. Obamanı axıra kimi başa düşməmək probleminiz var? ”O dedi: "Siz, nə üçün soruşursunuz?” Mən dedim: "Qulaq asın, mən casus deyiləm, mənimlə hər şey barədə danışa bilərsiniz”. O dedi: "Siz nə fikirləşirsiniz?” Mən: "Sizin nə etməyinizdən asılı olmayaraq, Amerika udacaq”. O: "Nə üçün?”– deyə soruşdu. Mən: "Ona görə ki, onlar xoşbəxtdirlər, siz isə yox!”. Davam etdim: "Amerikalı səhər yuxudan durarkən, nəyi görür? Cənubda Meksikadır və onlar meksikalıları öz ölkələrinə qəbul edirlər. Şimalda Kanadadır və onlar dünyada ən yaxşı dostlardır. Sağda, solda isə suda balıq var. Obama nəyə görə narahat olmalıdır? Siz isə səhər yuxudan ayılırsınız – qonşuluqda kimləri görürsünüz? Yaponiya, Çin, Əfqanıstan, Gürcüstan, Ukrayna...” 

P.S.Tanınmış amerikan filosofu, politoloqu, siyasi iqtisadçısı və yazıçısı Frensis Fukuyamanın "Tarixin sonu və sonuncu insan"  əsərində özünəməxsus bir ifadəsi də var: "Fikirlərin zəfəri”. Elə fikirlər inşa etməliyik ki, regionda hansı siyasi proseslərin getməsindən asılı olmayaraq, bu fikirlərimizlə dövlətimiz zəfər qazansın.
 

Umud Əzizxanlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://adalet.az
archiveBu xəbər 11 Dekabr 2024 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri