Şəmkirdə qətlə yetirilən qadının öldürülməsinin təfərrüatı
Unikal.az saytına istinadən Icma.az xəbər verir.
Şəmkir rayonunda qadın qətlinin bəzi təfərrüatları üzə çıxıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, qətlə yetirilən qadın baş nahiyəsindən aldığı ağır zərbələr nəticəsində ölüb. Bu barədə mərhumun qonşusu Cavad Vəliyev məlumat verib.
Onun sözlərinə görə, hadisədən ilk şübhələnənlər elə qonşular olub:
“2025-ci il dekabrın 23-də günorta saat 14:00 radələrində gördük ki, Solmazın evinin işığı yanır, amma qapısı açılmır. Yoldaşımı çağırdım, dedim ki, evinin işığı sönməyib, qapısını açan da yoxdur. Sonra camaata xəbər verdik, telefonuna zəng etdik, cavab vermədi. Hamımız yığışıb evə girdik. Yoldaşım "Solmaz, ay Solmaz" deyə səsləndi, amma cavab olmadı. Əvvəl qadınlar içəri girdi, sonra biz. Baxanda gördük ki, Solmaz yerdə uzanıb. Artıq ölmüşdü. Meyiti qonaq otağında idi, yatağı da açılmamışdı. Üzü-gözü qan içində idi, çox qan itirmişdi”, - deyə Cavad Vəliyev bildirib.
Qonşunun sözlərinə görə, daha sonra qətlin üstü açılıb:
“Bu gün eşitdik ki, Solmazı öldürən tapılıb. Deyilənə görə, küçənin aşağısında yaşayan Arzu adlı şəxs törədib. Çox şükür ki, cinayəti törədən müəyyənləşdirilib. Hadisəni törədən şəxsin qaynatası mərhumla qonşu olub”, – deyə o əlavə edib.
Bildirilir ki, Solmaz Mahmudovanın həyat yoldaşı bir neçə il əvvəl vəfat edib və qadın tək yaşayırmış. Hadisəni törətməkdə şübhəli bilinən Arzu Həmidlinin isə iki azyaşlı övladı var.
Tural Əhmədov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 07 Fevral 2026 20:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















