Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Qeyri neft hasilat sənayesində yeni ivestisiyalar

Qeyri neft hasilat sənayesində yeni ivestisiyalar

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Neft-qaz sektorundan asılı durumda olan Azərbaycan iqtisadiyyatının əsas problemilərindən biri qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Neft amilinin azaldılmasının başqa yolu yoxdur. Bu halda məsələ heç də neft-qaz sektorunun əhəmiyyətinin azaldlmasından getməməlidir. Burada əsas hədəf qeyri-neft sektorunun, xüsusən də sənayenin inkişafına və qeyri-neft sənaye məhsullarının ixracının əhəmiyyətli dərəcədə artırılmasına nail olunmasıdır.

Buna nail olmaq üçün isə qeyri-neft sənayesinə xarici investisiyaların və texnologiyaların cəlb edilməsinə nail olmalıyıq. Hələlik bu sahədəki vəziyyət arzu edilən səviyyədə olmasa da, müsbət meyillər də müşahidə edilir. Bu yaxınlarda Çində, Pekin şəhərində “AzerGold” QSC-nin törəmə cəmiyyəti – “Daşkəsən Dəmir Filiz” MMC və Çinin “Sinosteel Equipment & Engineering Co., Ltd” şirkəti arasında “Daşkəsən” dəmir filizi sahəsində istehsal zəncirinin qurulması üzrə əsas mərhələlərdən birinin icrasına dair müqavilə imzalanıb. Bank təminatlı texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanması üzrə müqaviləni “Daşkəsən Dəmir Filiz” MMC tərəfindən Baş direktor Ceyhun Əliyev, “Sinosteel Equipment & Engineering Co., Ltd” şirkəti tərəfindən Baş menecer Hua Guanglin imzalayıb.

Məlum olduğu kimi, ölkəmizdə dəmir filizi yataqlarının öyrənilməsi və bu sahənin inkişaf etdirilməsi dövlət başçısının 1 sentyabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq icra edilir. Sərəncamdan irəli gələn tapşırıqların icrası məqsədilə 2020-ci ildə “AzerGold” tərəfindən törəmə cəmiyyət qismində “Daşkəsən Dəmir Filiz” MMC təsis edilərək, fəaliyyətə başlayıb.

“Daşkəsən” dəmir filizi yataqları kompleksində istismar işlərinə ilk dəfə SSRİ dövründə başlanılıb. Ümumilikdə, 1954-1994 illər arasında burada istismarı ən əlverişli müəyyən edilən yataqda hasilat işləri və dəmir konsentratının istehsalı aparılıb, sonrakı dövrlərdə isə hasilat və istehsal fasilələrlə qismən həyata keçirilib. Sahədə filizlərin dəmir tərkibinin nisbətən aşağı olması, filizlərin yerin daha dərin qatlarında yerləşməsi, üstaçma əmsalının yüksəlməsi ilə nəticələndiyi, ölkənin birbaşa beynəlxalq sulara çıxışının olmadığından dolayı logistik xərclərin artması kimi amillər səbəbindən yataqda fəaliyyətin bərpa edilməsi cəhdləri uğursuz olub.

“Daşkəsən Dəmir Filiz” MMC tərəfindən yatağın səmərli və davamlı istismarının təmin edilməsi məqsədilə 2020-ci ildən etibarən burada geniş kəşfiyyat işləri aparılıb, mineral ehtiyatların beynəlxalq standartlara uyğun olaraq yenidən qiymətləndirilməsi nəticəsində yerin təkində olan ümumi ehtiyatlarda 70 milyon ton filiz kütləsinin artımı təsdiqlənərək 187.3 milyon ton təşkil edib.

Bundan əlavə, dəmir filizi konsentratının istehsalı üçün Zənginləşdirmə zavodu, zənginləşdirilmiş konsentratın emalı üçün Pellet zavodu, pelletdən yüksək dəmir tərkibli isti briketləşdirilmiş dəmirin (Hot Briquetted Iron - HBI) alınması üçün HBI zavodunun tikintisi olmaqla, yatağın iqtisadi səmərəliliyini təmin etmək üçün üçmərhələli istehsal zəncirinin qurulması qərara alınıb. Qeyd olunan zavodların və bu zavodlar arasında konsentratın nəqlinin təmin edilməsi üçün şlam boru kəmərinin ilkin layihələndirmə sənədləri hazırlanıb. Metallurji sınaqlar uğurla tamamlanıb, nəticədə ”Daşkəsən” yataqlar qrupunun tarixində ilk dəfə laboratoriya şəraitində 69%-dək dəmir tərkibli konsentrat və 97%-dək metallizasiya ilə isti breketləşdirilmiş dəmirin istehsalına nail olunub. Əldə edilən məlumatlar əsasında beynəlxalq nüfuzlu məsləhətçi şirkətin cəlb edilməsi ilə həm texniki, həm də iqtisadi məqamları əhatə etməklə yenilənmiş icra strategiyası və müvafiq yol xəritəsi hazırlanaraq təsdiq edilib.

Görülən kompleks işlər və müfəssəl təhlillər “Daşkəsən” yataqlar qrupunun kommersiya baxımından səmərəli və davamlı şəkildə işlənməsini təmin etmək üçün beynəlxalq təcrübəyə uyğun olaraq ətraflı bank təminatlı texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanmasına zəmin yaradıb. Belə ki, “Daşkəsən Dəmir Filiz” MMC tərəfindən 2024-cü ilin ortalarından etibarən bu sahədə ixtisaslaşmış bir sıra dünyamiqyaslı şirkətlərlə danışıqlar aparılıb, nəticədə, Çinin “Sinosteel Equipment & Engineering Co., Ltd” şirkəti ilə əməkdaşlığın qurulması qərara alınıb.

Ümumi dəyəri 2 450 000 ABŞ dolları olan müqavilə çərçivəsində 2 il ərzində hazırlanacaq texniki-iqtisadi əsaslandırma sənədi mədənin ən optimal iqtisadi və ekoloji yanaşmalarını əhatə edərək, layihənin maliyyələşdirilməsi üçün müvafiq institutlar, potensial investorlar və banklar qarşısında əsas istinad sənədi kimi çıxış edəcək. Sənəd iqtisadi səmərli filizlərin həcmi və uyğun texnoloji həlləri, tikinti və mühəndislik işlərini əhatə etməklə yatağın tammiqyaslı işlənməsi üçün növbəti mərhələlərə keçid etməyə imkan yaradacaq. Çin şirkəti ilə yanaşı, sənədin hazırlanmasının müxtəlif lokal komponentlərində müvafiq yerli podratçıların xidmətlərindən istifadə ediləcək.

Qeyd edək ki, “Sinosteel Equipment & Engineering Co., Ltd” metallurji xammalın emalı, tədarükü və metallurgiya texnologiyaları sahəsində ixtisaslaşmış Çin dövlətinə məxsus aparıcı “Sinosteel Group Corporation Limited” sənaye korporasiyasının əsas törəmə şirkətlərindən biridir. Dəmir filizi yataqlarının işlənilməsi və dəmir filizlərinin emalı sahəsində geniş təcrübəyə malik olan şirkət həm Çində, həm də başqa ölkələrdə müxtəlif sənaye layihələrini icra edib. Bu şirkət, həmçinin dəmir filizinin emalı ilə bağlı müəssisələrin qurulması və idarə edilməsində avadanlıqların inteqrasiyası, yüksək texnologiyaların tətbiqi və elmi yanaşmaların tətbiqi üzrə xidmətlər göstərir. Şirkət texnoloji və ekoloji təhlükəsiz hasilat və emal üsullarından istifadə etməklə Türkiyə, Avstraliya, Cənubi Afrika Respublikası, Əlcəzair, Hindistan kimi ölkələrdə resursların səmərəli istismarını təmin edib.

Azərbaycanda qiymətli və xammal metalı yataqlarının işlənib hazırlanması ilə məşğul olan “Anglo Asian Mining PLC” (AAM) şirkəti cari ilin birinci yarımili üzrə hesabatını açıqlayıb. Birinci yarımil üzrə ölkədə ümumi qızıl hasilatı 12,115 unsiya təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə (2024-cü ilin birinci yarısı: 4,704 unsiya) 2,6 dəfə artım deməkdir. Hesabata əsasən, ikinci rüb ərzində şirkət 8,293 unsiya qızıl istehsal edib və xalis borcunu daha da azaldaraq nağd pul vəsaitlərinin artımını davam etdirib. Qeyd olunan dövrdə 6,086 unsiya qızıl hasilatı olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə (2024-cü ilin II rübü: 2,438 unsiya) 2,5 dəfə çoxdur.

Qeyd edək ki, “Anglo Asian Mining PLC” Azərbaycanda yüksəkkeyfiyyətli hasilat və kəşfiyyat aktivləri portfelinə malik qızıl, mis və gümüş istehsalçısıdır. Şirkət ötən il ölkədə 16,760 unsiya qızıl hasil edib. Ətraf mühitlə bağlı məhdudiyyətlər səbəbindən hasilat 2024-cü ildə ciddi şəkildə azalmasına baxmayaraq, ilin sonuna qədər hasilat tamamilə bərpa olunub.

Azərbaycanda qeyri-neft hasilat sənayesinin inkişafı ölkədə ağır sənayenin digər sahələrinin də inkişafına təkan verə bilər. Bu həm istehsalın, həm də ixracın diversifikasiyasına imkan yarada bilək amildir. İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azertexnolayn” MMC tərəfindən ilk dəfə olaraq Yunanıstana ikibaşlı suvarma hidrantların ixracı həyata keçirilib. İZİA-dan AZƏRTAC-a bildirilib ki, şirkət tərəfindən bu ölkəyə birinci mərhələdə dəyəri 100 min manatdan çox məhsul göndərilib.

Qeyd edək ki, "Azertexnolayn" MMC 2013-cü ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb və Parkın ərazisində müxtəlif diametrli polad borular, yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqlar, xüsusi təyinatlı polietilen boruların istehsalını həyata keçirir. Hazırda müəssisədə 60-dan çox çeşiddə məhsul istehsal olunur. Müəssisənin məhsulları daxili bazara satılmaqla yanaşı, dünyanın 25-dən çox ölkəsinə ixrac edilir.

Azərbaycanda bank sektoru yerli sənayeni heç də yüksək gözləntilərə uyğun olaraq maliyyə cəhətdən dəstəkləmir. Bizim banklar istehlak bazarından pul qazanmağa daha öyrəncəlidirlər, uzunmüddətli maliyyələşdirmədə maraqlı görünmürlər. 2025-ci il iyunun 1-nə Azərbaycan banklarının sənaye sahəsinə verilmiş biznes kredit portfeli 2,668 milyard manat təşkil edib. Trend bu barədə Mərkəzi Bankdan məlumat əldə edib. Sözügedən sahə üzrə kredit portfeli aylıq müqayisədə 10 milyon manat (0,4%) artıb, ötən ilin eyni dövrü ilə nisbətdə isə 83 milyon manat (3%) azalıb. Sənaye sahəsi üzrə banklar tərəfindən verilmiş biznes kreditlərin məbləği 2025-ci ilin mayın 1-nə 2,658 miyard manat, ötən ilin iyunun 1-nə isə 2,751 milyard manat təşkil edib. Qeyd edək ki, cari ilin iyun ayının 1-nə Azərbaycanda bankların kredit portfelinin həcmi 28,4 milyard manata bərabər olub. Kredit portfelinin 15,1 milyard manatı biznes kreditləri, 8,9 milyard manatı istehlak kreditləri, 4,4 milyard manatı isə ipoteka kreditləri təşkil edib. Bu isə yerli sənayenin yerli banklara deyil, ümidini daha çox xarici investorlara bağlamalı olmasından xəbər verir...

Mahir Həmzəoğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 16 İyul 2025 23:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see339

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see332

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see323

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see281

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see256

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see254

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see246

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see234

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see212

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see205

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see195

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see181

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see181

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see180

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see179

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see173

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see172

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see169

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see164

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri