Icma.az
close
up
RU
Qeyri neft ixracında yüksək artım

Qeyri neft ixracında yüksək artım

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yeddi ayda 2 milyard dollardan çox məhsul ixrac olunub

2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft ixracı artaraq 2,09  milyard dollar təşkil edib. Bu, ötən ilin 7 ayı ilə müqayisədə 11,4 faiz artım deməkdir. Qeyri-neft məhsullarının ixracında yeyinti sesktorunun payında daha yüskək artım qeydə alınıb. İxrac mallarının strukturunda şəkər ötən ilin müvafiq dövrünə nəzərən 10,9 milyon dollar və ya 55,1 faiz, meyvə-tərəvəz 122,6 milyon dollar və ya 31,9 faiz, kimya sənayesi məhsulları 45,2 milyon dollar və ya 30,4 faiz, qara metallar və onlardan hazırlanan məmulatlar 8,6 milyon dollar və ya 19,1 faiz, pambıq iplik 2,6 milyon dollar və ya 18,2 faiz, çay 317 min dollar və ya 8,8 faiz artıb.

Qızıl qeyri-neft ixracında ilk yerdə qərarlaşır

Cari ilin yeddi ayında aqrar məhsulların ixrac dəyəri 551,4 milyon dollar, aqrar-sənaye məhsullarının ixrac dəyəri 178,8 milyon dollar bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 22,1 faiz artaraq 730,2 milyon dollar təşkil edib. Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl 178,8 milyon dollarla birinci olub. Bu siyahıda pomidor 156,9 milyon dollarla ikinci, pambıq lifi 108,1 milyon dollarla üçüncü yerdə qərarlaşıb.

Azərbaycanın qeri-neft ixracında Rusiya Federasiyası 716,6 milyon dollarla ilk yeri tutur. Türkiyə 339,7 milyon dollarla ikinci, İsveçrə 186,6 milyon dollarla üçüncü, Gürcüstana 183,4 milyon dollarla dördüncü, Ukrayna 109,9 milyon dollarla beşinci yeri bölüşür.  Qeyri-dövlət ixracatçı subyektlərin reytinqində isə “PRIME COTTON” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycandakı Nümayəndəliyi, “Export Stream” MMC, “Baku Steel Company” QSC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “UYTROP” MMC, “P-AQRO” MMC ilk yerləri tutur.

Peyk məhsullarının ixracında rekord

Azərbaycanın qeyri-neft ixracında yeni nəsil xidmət ixracı hesab edilən peyk telekommunikasiya xidmətləri də öz imkanlarını genişləndirib. 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən dünyanın 41 ölkəsinə 10,1 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 66 faizini təşkil edib. Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində  2,7 milyon dollarla Böyük Britaniya ilk yerə sahibdir. Sonrakı yerlərdə 2,1 milyon dollarla Lüksemburq, 498,9 min dollarla Nigeriya,  461 min dollarla Türkiyə və  417,5 min dollarla Misir qərarlaşıb.

Ənənəvi bazarlardan yeni bazarlara keçid...

Hökumətin hədəfi ixracın şaxələndirilməsi, ənənəvi bazarlardan yeni bazarlara keçidin təmin olunmasıdır. Bu məqsədlə yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlərin alınmasının sadələşdirilməsi, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilməsi və əlavə güzəşt alətlərinin tətbiqi üzərində işlər aparılır. Motivasiyaedici tədbirlərdən biri logistik subsidiya mexanizminin tətbiqidir. Yeni mexanizm ixracla məşğul olan sahibkarların sərhəd-keçid məntəqələrində asan tranzit sisteminin yaradılması, gömrük sərhədkeçmə prosedurlarının sadələşdirilməsi, logistika üzrə güzəştlərin verilməsini və tarif səmərəliliyi üzrə təşviqlərin tətbiqini nəzərdə tutur. Eyni zamanda, yeni və qeyri-ənənəvi bazarlara ixracı stimullaşdırmaq üçün müxtəlif təşviq mexanizmlərinin verilməsi gözlənilir. Ən mühüm güzəşt aləti isə işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən biznesin xarici bazarlara çıxışında dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsi, onların ixrac fəaliyyəti üzrə logistik xərclərinin tam şəkildə qarşılanmasıdır.

Ümumilikdə, bütün  bütün bu tədbirlərin məqsədi ixrac coğrafiyasının şaxələndirilməsinə töhfə vermək, ənənəvi bazarların tranzitini yeni istiqamətlərə yönəltmək, bununla da daha yüksək gəlir gətirən ixrac pöotensialını formalaşdırmaqdır.

Azərbaycan məhsulları ilk dəfə “Alibaba”da ilk üçlükdə yer alıb

Azərbaycanın ixrac siyasətinin müasir platformalarından biri kimi “Azexport” portalı mühüm yer tutur. 10 ildir ki, ölkəmizdə istehsal olunan malların vahid elektron məlumat bazası rolunu oynayan portal Azərbaycanda istehsal olunan rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların xarici bazarlarda təşviqinə dəstək verir. Həmçinin ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması üçün ixracatçı sahibkarlara nəqliyyat, logistika, ödəniş və sertifikatlaşdırma, sahəsində dəstək göstərir. Portal ixrac sektorunda tərəf kimi xarici ölkələrin biznes nümayəndələri ilə elektron ticarətin intensiv aparılmasını təmin edən çevik bir struktura çevrilib.

“Azexport” portalının qlobal rəqəmsal ticarət platformalarına inteqrasiyası ənənəvi bazarlardan fərqli yeni bazarlara çıxış imkanlarına da əlverişli mühiti təmin edib. Nəticədə portal “Made in Azerbaijan” məhsullarının ixrac istiqamətlərinin genişləndirilməsində də böyük rol oynayan resursa çevrilib. “Azexport” Azərbaycanda istehsal olunan məhsulların ixracını dəstəkləyən “Alibaba.com”, “eBay.com”, “Wholesale”, “Amazon”, “All.biz” kimi dünya elektron ticarət platformalarına inteqrasiya olunub və Azərbaycan məhsullarına beynəlxalq bazarlarda sərfəli potensial alıcı tapmaqda mühüm vasitəçiyə çevrilib. İndiyə kimi həmin sifarişçilərdən 1 milyard dollardan artıq sorğular daxil olub.

 “Azexport” portalının dəstəyi ilə Azərbaycan məhsulları ilk dəfə dünyanın ən iri elektron ticarət platformalarından biri olan “Alibaba.com”da öz kateqoriyası üzrə qlobal reytinqdə ilk üçlükdə yer alıb. Bu nailiyyət Azərbaycan istehsalçıları üçün elektron ticarətin açdığı yeni imkanların bariz göstəricisidir.

Ticarət Evləri ixracı təşviq edir

Azərbaycanda qeyri-neft ixracının artmasında Ticarət Evlərinin də mühüm əhəmiyyəti var. Azərbaycan məhsullarının xarici bazarlara çıxarılması, satışının təşkili və əlaqələndirilməsində Ticarət Evlərinin imkanları kifayət qədər böyükdür. Hazırda Rusiya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Ukrayna, Polşa, Latviya, Çin, Qazaxıstanda Azərbaycanın Ticarət Evləri fəaliyyət göstərir və bu uğurlu paltforma Azərbaycan məhsullarının təkcə satışı və tanıdılması üçün əhəmiyyət daşımır, bu cür iqtisadi strukturlar həm də iki ölkə arasında faydalı iqtisadi müzakirələr üçün vahid ixrac zənciri formalaşdırır.

Son bir ildə Çində Azərbaycan Ticarət Evlərinin sayının artımı müşahidə edilir. Bu ölkənin Pekin, Şanxay, Çindao, Canciaciye, Sian, Çendu, Harbin, Cinan, Uhan və Urumçi şəhərlərində Azərbaycanın Ticarət Evləri fəaliyyət göstərir ki, bu ixracın masştabını genişləndirir. Eləcə də Körfəz ölkələrində Ticarət Evləri açılıb, digərlərinin yaradılması işləri sürətləndirilib. Bütün bunlar isə  yaxın illərdə ixracın həcminin daha da artımını təmin edəcək.

E.CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 Avqust 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see688

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see398

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see243

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see221

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see198

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see195

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see193

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see192

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see189

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see186

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see186

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see183

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see181

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see177

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see176

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see176

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see175

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see174

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see160

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri