Icma.az
close
up
RU
Menu

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Qol vurdu, “ən yaxşı” oldu

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

Yaponiyada ayı xarici turistə hücum ETDİ

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

E vitamini ilə zəngin 5 məhsul

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

Qeyri neft ixracında rekord nəticə

Qeyri neft ixracında rekord nəticə

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Ötən il Azərbaycan 3,6 milyard dollar dəyərində qeyri-neft məhsulları ixrac edib

Azərbaycanın ixrac potensialının artım dinamikası ötən il də davam edib. Belə ki, 2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz artaraq 3,6 milyard dollar təşkil edib. Bu dövrdə yeyinti məhsulları üzrə ixrac 18,4 faiz artaraq 1,2 milyard dollara bərabər olub. Qeyd edilən dövrdə ixrac olunan şəkər əvvəlki ilin müvafiq dövrünə nəzərən 57,4 faiz, meyvə-tərəvəz 27,4 faiz, alüminium və onlardan hazırlanan məmulatlar 24,2 faiz, pambıq iplik 19,3 faiz, kimya sənayesi məhsulları 8 faiz, bitki və heyvan mənşəli piylər və yağlar 2 faiz artıb.

Ötən il aqrar məhsullar üzrə ixrac 26,7 faiz artaraq 1 milyard dollar, aqrar-sənaye məhsulları üzrə ixrac isə 314,7 milyon dollara bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 18,9 faiz artaraq 1,3 milyard dollar təşkil edib. Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl ( 326,2 milyon dollar) birinci olub. Bu siyahıda pomidor (tomat) (192,5 milyon dollar) ikinci, karbamid (170,8 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.

Rusiyaya 1,2 milyard, Türkiyəyə 597,3 milyon dollar...

2025-ci ildə Rusiya Federasiyasına 1,2 milyard dollar, Türkiyəyə 597,3 milyon dollar, Gürcüstana 347,9 milyon dollar, İsveçrəyə 347,8 milyon dollar, Ukraynaya isə 201 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. Ötən il  qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Prime Cotton” MMC, “Baku Steel Company” QSC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “TABATERRA” QSC, “STP Alüminium” MMC, “Export Stream” MMC,”P-AQRO” MMC,”KHAN-EL” MMC, “AGRARCO” MMC yer alır.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Digər şirkətlər qrupuna isə “SOCAR Polymer” MMC, “AzerGold” QSC, “Azəralüminium” MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Socar-Dalğıc” MMC, “İstisu” mineral su zavodu MMC, “Azərbaycan Dəmir yolları” QSC, “SOCAR CAPE” MMC daxildir.

“Azərkosmos”un ixracı 18 milyon dolları ötüb

2025-ci ildə Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 43 ölkəsinə 18,1 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 66 faizini təşkil edib. 2025-ci ilin dekabr ayında isə “Azərkosmos” dünyanın 35 ölkəsinə 1,7 milyon dolları dəyərində xidmət ixrac edib. Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 4,6 milyon dollarla Birləşmiş Krallıq, 3,5 milyon dollarla Lüksemburq, 1,3 milyon dollarla İsveç, 861 min dollarla Türkiyə, 823,9 min dollarla Nigeriya qərarlaşıb.

Dövlətin dəstəyi, vergi-gömrük güzəştləri...

Azərbaycanın qeyri-neft ixracının böyüməsində yürüdülən təşviqedici siyasət tədbirləri, iqtisadiyyatın şaxələndirilməsi nəticəsində qeyri-neft sektorunda istehsalın artması mühüm rol oyanmaqdadır. Son illərdə dövlət tərəfindən qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, rəqabət qabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması istiqamətində ardıcıl məqsədyönlü tədbirlər həyata keçirilib. İxracla məşğul olan biznes subyektlərinə müxtəlif güzəştlər, o cümlədən vergi-gömrük güzəştləri tətbiq olunub, ixrac təşviqi sənədi üzrə maliyyə yardımı göstərilib, habelə kənd təsərrüfatı və emalı məhsullarına ixracla bağlı geri ödəmə dəstəkləri verilib. Bundan başqa, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlərin alınmasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclər dövlət büdcəsi hesabına ödənilib. Qeyd edilən dəstəkləyici mexanizmlərin hazırda daha da genişləndirilməsi istiqamətində addımlar atılır.

Bu dəstəkləyici və stimullaşdırıcı tədbirlər sayəsində ixracın çeşidi artıb və hazırda Azərbaycan 100-ə yaxın ölkəyə 35 adda qeyri-neft malları ixrac edir.

İxracatçıların xaricdəki məkanı - Ticarət Evləri

Azərbaycanda qeyri-neft ixracının artmasında Ticarət Evlərinin də mühüm əhəmiyyəti var. Azərbaycan məhsullarının xarici bazarlara çıxarılması, satışının təşkili və əlaqələndirilməsində Ticarət Evlərinin imkanları kifayət qədər böyükdür. “Made in Azerbaijan” brendi altında qeyri-neft məhsullarının ixracının artırılması məqsədilə xaricdə Ticarət Evləri 2017-ci ildən yaradılmaqdadır. Azərbaycan ötən illərdə Rusiya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Ukrayna, Polşa, Latviya, Çin, Qazaxıstanda Azərbaycanın Ticarət Evləri fəaliyyət göstərir.

Ticarət Evləri Azərbaycan məhsullarının təkcə satışı və tanıdılması üçün əhəmiyyət daşımır, bu cür iqtisadi strukturlar həm də iki ölkə arasında faydalı iqtisadi müzakirələr üçün platforma rolunu oynayır, Azərbaycan ixracatçılarının  potensial imkanlarını nümayiş etdirir. Son illərdə Azərbaycanla iqtisadi əlaqələri inkişaf etdirən Çində Azərbaycan Ticarət Evlərinin sayının artması da bunu təsdiqləyir. İndiyədək Çinin Çindao, Canciaciye, Sian, Çendu və Pekin şəhərlərində Azərbaycanın Ticarət Evləri açılıb, eləcə də Şanxay, Harbin, Cinan və Uhan şəhərlərində 4 ticarət bölməsi, Urumçi və Şanxayda isə 3 Şərab Evinin fəaliyyəti təmin edilib.

Eləcə də Körfəz ölkəlıəri ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafında yeni mərhələnin başlanması bu region ölkələrində də ixrac xəritəsinin coğrafiyasını genişləndirib və yeni Ticarət Evlərinin yaradılması işlərini sürətləndirib. Eyni zamanda, potensial ixrac bazarları ölkələrində logistika mərkəzlərinin yaradılması və Ticarət Evləri ilə fəaliyyətinin əlaqələndirilməsi istiqamətində görülən işlər də yeni ixrac bazarlarının təşkilində mühüm rol oynmaqdadır. 

“Milli ixrac strategiyası” - qeyri-neft ixracını hədəf xəritəsi...

Azərbaycanın qarşısında duran müasir iqtisadi çağırışlardan biri ixracyönümlü iqtisadiyyata keçidin təmin olunması, Avropa, Asiya və digər region ölkələri ilə əlverişli ticarət sazişlərinə əsaslanan aşağı tarifli mühitdə səmərəli gömrük prosedurlarının tətbiqi nəticəsində mövqeyinin gücləndirilməsidir. Bu məqsədlə ölkəmizin şaxələndirilmiş nəqliyyat-logistika imkanlarından və informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etməklə ixrac potensialının daha da yüksəldilməsi, transsərhəd ticarətin, o cümlədən elektron ticarətin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.

Ortamüddətli dövrə dair strateji yol xəritələrinə əsasən, qeyri-neft sektoru üzrə ixracın hazırda adambaşına düşən həcminin 200 dollardan 450 dollara çatdırılması hədəflənib. Qeyri-neft ixracını illik 13-15 faiz artırmaqla həmin hədəfə çatmaq mümkündür. Həmin hədəflərə çatmaq üçün yeni sənəd - “Milli ixrac strategiyası” hazırlanıb. Sənəd 15-dən çox hədəf bazarını və 120 çeşid ixrac məhsulunu müəyyən edir.

E.CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:418
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 31 Yanvar 2026 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see294

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see278

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see273

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see239

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see226

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see218

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see212

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see210

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see202

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see201

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see199

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see195

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see192

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see187

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see182

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see179

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see178

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see178

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see165

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri