Qeyri neft ixracında böyük itki
Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanın azot gübrəsi ixracında həm miqdar, həm də dəyər ifadəsində kəskin azalma qeydə alınıb.
“Yeni Sabah” xəbər verir ki, 2026-cı ilin ilk 8 ayında ölkədən 105 milyon 114,81 min dollar dəyərində 265 min 069,9 ton azot gübrəsi ixrac olunub. Bu göstərici ölkənin ümumi ixracının 0,48 faizini, qeyri-neft sektoru üzrə ixracın isə 1,67 faizini təşkil edib.
Müqayisə üçün bildirək ki, 2025-ci ilin müvafiq dövründə ixracın həcmi kəskin dərəcədə yüksək olub. Belə ki, ötən ilin yanvar-avqust aylarında 114 milyon 812,97 min dollar dəyərində 377 min 656,27 ton azot gübrəsi ixrac edilmişdi. Həmin dövrdə gübrə ixracı ümumi ixracın 0,67 faizinə, qeyri-neft sektoru üzrə ixracın isə 4,78 faizinə bərabər idi. pizza mizza
Rəqəmlərdən göründüyü kimi, illik müqayisədə azot gübrəsinin ixrac miqdarı 112 min 586,37 ton, gəlirlər isə 9 milyon 698,16 min dollar azalıb. Xüsusilə qeyri-neft ixracında gübrənin payının 4,78 faizdən 1,67 faizə düşməsi sektordakı ciddi pay itkisini nümayiş etdirir.
Cəlalə Cəlalqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 05 Oktyabr 2026 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















