Icma.az
close
up
RU
Qeyri neft sektorunda yeni mərhələ: kazino turizmi gündəmdə KONKRET

Qeyri neft sektorunda yeni mərhələ: kazino turizmi gündəmdə KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Turizm bu gün həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələr üçün iqtisadi artımın və məşğulluğun əsas mənbələrindən biri hesab olunur. Bir çox ölkələr turizm sektorundan əhəmiyyətli dərəcədə asılıdır və bu sahənin davamlı inkişafı, cəlbediciliyini artırmaq üçün strateji addımlar atırlar.

Ümumdünya Səyahət və Turizm Şurasının (WTTC) son hesabatına görə, 2024-cü ildə qlobal turizm bazarının həcmi 8,5 %-dən çox artaraq 10,9 trilyon ABŞ dollarına çatıb. Ötən il səyahət və turizm sahəsi dünya iqtisadiyyatının 10 %-ni təşkil edib. Bu sahədə çalışan insanların sayı isə qlobal miqyasda 357 milyona yüksəlib ki, bu da əvvəlki illə müqayisədə 6,2 % artım deməkdir. Beləliklə, dünya üzrə hər 10 iş yerindən biri bu sektora aiddir.

WTTC-nin proqnozlarına görə, 2025-ci ildə sektorun həcmi 11,7 trilyon ABŞ dollarına çatacaq (ümumdünya iqtisadiyyatının 10,3 %-i), məşğulluq göstəricisi isə 14 milyon nəfər artaraq 371 milyona yüksələcək. Bu, ABŞ əhalisinin sayından da çoxdur. Uzunmüddətli proqnozlara görə, 2035-ci ilə qədər sektorun illik dövriyyəsi 16,5 trilyon ABŞ dollara qədər arta bilər.

Azərbaycan üçün yeni iqtisadi imkan

Neftdənkənar iqtisadiyyatın inkişafını prioritet kimi müəyyən edən Azərbaycan üçün də turizm sektoru mühüm istiqamətlərdən biridir. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən, bu sahədə davamlı inkişafın təmin olunması üçün strateji yanaşmalar, institusional islahatlar və maliyyələşmə mexanizmlərinin gücləndirilməsi nəzərdə tutulur.

Rəsmi statistikaya görə, 2024-cü ildə Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 2,63 milyon nəfər olub ki, bu da əvvəlki illə müqayisədə 26 % çoxdur. Artan turist axını turizm infrastrukturunun təkmilləşdirilməsini, yeni istirahət və əyləncə obyektlərinin yaradılmasını zəruri edir. Bununla yanaşı, həm daxili, həm də xarici turizmin qeyri-mövsüm dövrlərdə təşviqi məsələsi də aktuallaşır.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı “Report”a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rövşən Muradov bildirib ki, kazinolara icazə verilməsi son illər dünyada geniş yayılmış bir tendensiyadır.

“Azərbaycanda kazino fəaliyyəti 1998-ci ildə ölkə Prezidentinin qərarı ilə qadağan edildi. Həmin dövrdə nəzarət və tənzimləyici mexanizmlər kifayət qədər formalaşmadığı üçün bu addım zəruri idi. Lakin bu gün bir çox ölkələr kazinolara qoyulan qadağaları aradan qaldırır. Məsələn, Özbəkistan və Qazaxıstan kimi ölkələr bu sahədə yeni mərhələyə qədəm qoyub. 2027-ci ildə isə Birləşmiş Ərəb Əmirliklərində ilk kazinonun açılması planlaşdırılır. Gürcüstan isə uzun illərdir ki, kazino sektorundan əhəmiyyətli gəlirlər əldə edir və bu baxımdan Azərbaycanın qonşuluğunda real nümunədir”, – deyə deputat qeyd edib.

Dayanıqlı turizmin yeni aləti

Qlobal təcrübə göstərir ki, qeyri-mövsüm turizmin stimullaşdırılmasında və sektorun dayanıqlı inkişafında kazino biznesi mühüm rol oynayır. Bu baxımdan qonşu Gürcüstan uğurlu nümunədir. Ərazi və əhali baxımından Azərbaycandan kiçik olsa da, turizm gəlirləri üzrə daha irəlidədir. Bu üstünlüyün əsas səbəblərindən biri isə kazino biznesinin leqallaşdırılmasıdır. 2024-cü ildə Gürcüstanda kazino sektorunun dövriyyəsi 28 milyard ABŞ dollarına çatıb. Gürcüstan kazinolarının əsas gəlir mənbəyi isə xarici vətəndaşlar, xüsusilə də azərbaycanlı turistlərdir.

Qeyd edək ki, ötən il qlobal kazino sənayesinin ümumi dövriyyəsi 40 milyard ABŞ dolları artaraq 580 milyard ABŞ dollarına çatıb. Proqnozlara görə, bu göstərici 2028-ci ildə 745 milyard dollara qədər yüksələcək. Bu dinamika Azərbaycan üçün də mövcud imkanlardan yararlanaraq, bu istiqamətdə yeni addımlar atmağın vaxtının gəldiyini göstərir.

Artıq bu istiqamətdə ilkin addımlar atılmaqdadır. Belə ki, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanuna təklif edilən dəyişikliklər çərçivəsində bu ərazilərdə kazino fəaliyyətinə icazə verilməsi nəzərdə tutulur. Qanun layihəsində kazino təşkilatı üçün lisenziya alma qaydaları və dövlət rüsumunun məbləği də müəyyənləşdirilir. Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

R. Muradovun fikrincə, süni torpaq sahələrində kazino oyunlarının təşkili dövlət büdcəsinə vergi daxilolmalarının artmasına səbəb olmaqla yanaşı, turizm potensialının inkişafına da müsbət təsir göstərəcək.

“Kazinolar əmək tutumlu olmasa da, yeni iş yerlərinin yaradılmasına imkan verəcək. Digər tərəfdən, bu gün bir çox Azərbaycan vətəndaşı kazino oyunlarında iştirak etmək üçün xarici ölkələrə üz tutur və ya onlayn kazinolara qoşulur. Yerli kazinoların fəaliyyət göstərməsi kölgə qumar sektorunun qarşısını alacaq və nəticə etibarilə kölgə iqtisadiyyatının miqyasının azaldılmasına da töhfə verəcək”, – deyə deputat bildirib.

Qanun layihəsində kazino oyunlarından əldə olunan gəlirlərə tətbiq olunacaq vergi mexanizmləri də əksini tapacaq. R. Muradov qeyd edib ki, bu sahədə mövcud vergi dərəcələrindən fərqli və daha sərt vergi siyasətinin tətbiqi mümkündür:

“Kazinonun təşkilatçıları hüquqi şəxs olduqları üçün onlar mənfəət vergisinə cəlb olunacaqlar. Hazırda Vergi Məcəlləsinə əsasən mənfəət vergisi 20 %, fiziki şəxslərin gəlir vergisi isə 14 % təşkil edir. Lakin hesab edirəm ki, bu fəaliyyət növü üçün vergi dərəcələri fərqli müəyyən olunmalıdır. Məsələn, əgər bir şəxs kazinoda iştirak edərək 1 manat gəlir əldə edirsə, o, artıq mövcud 14 %-lik gəlir vergisini deyil, daha yüksək – 30-40 % aralığında gəlir vergisini ödəməlidir. Çünki burada konkret bir əmək fəaliyyəti yoxdur. Söhbət oyundan, riskə əsaslanan gəlirdən gedir və bu, klassik əmək fəaliyyəti ilə eyni əsasda qiymətləndirilməməlidir”.

Onun fikrincə, vergi dərəcələri qazancın məbləğindən asılı olaraq diferensiallaşdırıla bilər: ” Məsələn, 1 000 manata qədər olan gəlirə 15 %, 1 000–2 000 manat arası gəlirə isə 25 % vergi tətbiq edilə bilər. Məncə, belə yanaşma daha ədalətli olar. Yəni qazanc artdıqca, vergi yükü də artır. Burada məqsəd də məhz budur: digər ölkələrdə olduğu kimi, imkanlı şəxslərin müəyyən gəlirlərinin dövlət büdcəsinə yönəldilməsi, bu vəsaitin isə kazinoda uduzanlar hesabına dolayı yolla formalaşması”.

Beləliklə, kazino biznesinin leqallaşdırılması və tənzimlənməsi ilə Azərbaycan həm turizm potensialını genişləndirə, həm də dövlət büdcəsinə əlavə gəlir mənbəyi yarada bilər. Əsas məsələ bu sektorun şəffaf, məsuliyyətli və ictimai maraqları nəzərə alan şəkildə idarə edilməsidir. Doğru tənzimləmə və nəzarət mexanizmləri ilə bu sahə Azərbaycanın qeyri-neft iqtisadiyyatına güclü töhfə verə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://konkret.az
archiveBu xəbər 19 İyun 2025 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see286

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see280

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see273

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see266

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see257

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see255

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see247

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see247

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see242

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see239

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see238

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see223

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see221

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see217

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see212

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see212

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see211

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see210

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see203

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri