Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Qeyri neft qaz sektorunda yeni iş yerləri

Qeyri neft qaz sektorunda yeni iş yerləri

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2019-cu ilin 1 yanvarından 2025-ci ilin 1 noyabrınadək Azərbaycanın qeyri-neft-qaz özəl sektorunda gündəlik orta hesabla 200-ə yaxın yeni iş yerinin yaradılması müşahidə olunub. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı məlumat verib.

Nazir bildirib: “Razılaşaq ki, hər təqvim günü 200 iş yerinin yaranması ölkəmiz üçün çox böyük iqtisadi nəticədir. Əməkhaqqı islahatı əmək bazarında böyük şəffaflaşma effekti yaradıb. Belə ki, qeyri-neft-qaz özəl sektorda 8 min manata qədər əmək haqlarından gəlir vergisindən azad olunması nəticəsində, 1 yanvar 2019-cu ildən 1 noyabr 2025-ci ilədək, qeyri-neft-qaz özəl sektorda əmək müqavilələrinin sayı 481 min artaraq 1 milyonu ötüb, sektorun cəmi əmək müqavilələrində payı 38 faizdən 54 faizə yüksəlib”.

M. Cabbarov əlavə edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində büdcədən ayırmaların payı 2018-ci ildəki 35,6 faizdən, 2024-cü ildə 17,5 faizə düşüb: “1 yanvar 2019-cu illə müqayisədə 1 noyabr 2025-ci il tarixinə ölkədə aktiv vergi ödəyicilərinin sayı iki dəfə artaraq 845 mini ötüb. Strateji valyuta ehtiyatları 1 yanvar 2019-cu il tarixinə 44,7 milyard ABŞ dolları olduğu halda, 1 noyabr 2025-ci il tarixinə bu 1,8 dəfə çox - 82,5 milyard ABŞ dolları olub. Bu da 2025-ci ilə gözlənilən ümumdaxili məhsulun həcmini üstələyir.

İqtisadiyyat naziri daha sonra qeyd edib ki, 2019-2024-cü illərdə ölkədə qeyri-neft-qaz sənaye istehsalı 1,9 dəfə böyüyüb. İri dövlət şirkətlərinin əksəriyyətinin idarə edilməsində səmərəliliyin artırılması və korporativ idarəetmə prinsiplərinin tətbiqi təmin edilib, Azərbaycan İnvestisiya Holdinqi, eləcə də Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi yaradılıb. Bu iki struktura daxil olan əksər dövlət şirkətlərinin rentabelliyi və iqtisadi göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb, dövlət büdcəsindən asılılıq isə azalıb.

Xatırladaq ki, 2019-cu il yanvarından 2025-ci ilin noyabrınadək olan müddət təxminən 2500 gün təşkil edir. Gündə orta hesabla 200 yeni iş yeri isə bu dövrdə ümumilikdə təxminən 500 minə yaxın yeni daimi iş yerinin formalaşdırılması deməkdir. Bu göstəricilər ölkə iqtisadiyyatında aparılan struktur islahatlarının real nəticəsini nümayiş etdirir. Həmçinin özəl sektorun genişlənməsi fonunda məşğulluq imkanlarının davamlı artımı da müşahidə olunur. Xüsusilə qeyri-neft sektorunda iş yerlərinin davamlı şəkildə çoxalması iqtisadiyyatın diversifikasiyasının uğurla həyata keçirildiyini göstərən mühüm amildir. Bu artım uzunmüddətli iqtisadi siyasətin, institusional islahatların və regionların inkişafına yönəlmiş kompleks tədbirlərin birbaşa nəticəsidir. Son 6 ildən artıq dövrdə həm şəhər yerlərində, həm də regionlarda yeni müəssisələrin fəaliyyətə başlaması, xidmət sahəsinin genişlənməsi, aqrar sektorda istehsal həcmlərinin artması və tikinti-urbanizasiya proseslərinin sürətlənməsi məşğulluğun strukturunda ciddi dəyişikliklər yaradıb.

Ölkənin iqtisadi inkişaf strategiyasında xüsusi yer tutan sənaye məhəllələri və sənaye parkları qeyri-neft sektorunda iş yerlərinin formalaşmasında əsas dayaqlardan biri olub. Neftçala, Masallı, Sabirabad, Hacıqabul və digər bölgələrdə fəaliyyətə başlayan sənaye məhəllələri sahibkarlığın regionlara yayılmasını təmin edib. Burada müxtəlif istiqamətlər üzrə - yüngül sənaye, qida sənayesi, maşınqayırma, mebel istehsalı və kənd təsərrüfatı məhsullarının emalı sahələrində yeni müəssisələr fəaliyyətə başlayıb.

Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında, xüsusilə Ağdam və Cəbrayıl ərazilərində qurulan sənaye zonaları artıq biznes üçün cəlbedici mərkəzə çevrilir. Həmin zonalarda iş adamları üçün əlverişli infrastruktur yaradılıb. Elektrik, su, qaz, yollar, logistika imkanları yeni istehsal sahələrinin yaranmasına şərait yaradır ki, bu da öz növbəsində əlavə məşğulluq formalaşdırır.

Məşğulluğun genişlənməsinə təsir edən mühüm mexanizmlərdən biri də özünüməşğulluq proqramlarıdır. Dövlət tərəfindən verilən kənd təsərrüfatı təyinatlı avadanlıqlar, istehsal vasitələri, xidmət sahələri üçün kiçik biznes paketləri minlərlə vətəndaşın kiçik sahibkarlıq fəaliyyətinə başlamasına imkan verib. Bundan əlavə, aqrar sektor həmişə regionlarda əsas məşğulluq mənbələrindən biri olub. 2019-2025 dövründə bu sahədə dövlət dəstəyi daha da genişlənib, fermerlərin maliyyə resurslarına çıxışı yaxşılaşıb, aqroparkların sayı artıb. Yeni istixana kompleksləri, emal müəssisələri, təsərrüfatların texniki təminatının gücləndirilməsi kənd təsərrüfatında daha çox iş yerinin yaranmasına yol açıb. Eyni zamanda, yerli məhsulların ixrac potensialının artması aqrar sahədə istehsalın genişlənməsinə təkan verib.

Yeri gəlmişkən, Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri tikinti sektorunu ölkənin ən böyük məşğulluq mənbələrindən birinə çevirib. Yol-nəqliyyat infrastrukturu, hava limanları, enerji və su layihələri, yaşayış məhəllələri və sosial obyektlərin tikintisi işçi qüvvəsinə tələbatı xeyli artırıb. Bu proses xidmət, logistika, nəqliyyat və ticarət kimi əlaqəli sahələrdə də yeni iş yerlərinin yaranmasına səbəb olub.

Ölkədə ən sürətlə genişlənən sahələrdən biri də xidmət sektorudur. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə əsasən, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana turizm məqsədilə gələn xarici vətəndaşların sayı 1 milyon nəfərdən çox olub. Turizmin canlanması, iaşə obyektlərinin və ticarət infrastrukturunun artması, eləcə də elektron kommersiya və kuryer xidmətlərinin inkişafı böyük şəhərlərdə yeni məşğulluq imkanları yaradıb.

2019-2024-cü illərdə Azərbaycanın illik qeyri-neft-qaz ixracı iki dəfə artaraq 3,4 milyard ABŞ dolları, ixrac olunan əmtəələrin sayı isə 15 faiz artımla 2810 olub. İqtisadiyyat naziri Mikayıl Cabbarov parlamentdəki müzakirələrdə bildirib ki, neft-qaz qiymətlərinin və hasilatının azalmasına baxmayaraq, ölkənin xarici ticarət dövriyyəsi 2022-ci ildən etibarən 50 milyard dollar səviyyəsində sabit qalıb. 2022–2024-cü illərdə xarici ticarət balansında, Dövlət Neft Fondunun qızıl idxalı istisna olmaqla, orta illik 16 milyard dollarlıq müsbət saldo qeydə alınıb.

Qeyri-neft-qaz xidmətləri ixracı isə 45 faiz artaraq 6,5 milyard dolları keçib. Nazir qeyd edib ki, 2018-ci illə müqayisədə 2025-ci il dövlət büdcəsinin gəlirləri 1,7 dəfə, qeyri-neft-qaz gəlirləri 2,2 dəfə, bu sahədə vergi daxilolmaları isə 2,3 dəfə yüksəlib. Qeyri-neft-qaz gəlirlərinin büdcədəki payı 2018-ci ildəki 40 faizdən 2025-ci ildə 52 faizə, 2026-cı il layihəsində isə 57 faizə çatdırılıb.

Qeyd edək ki, qeyri-neft-qaz sektorunda ixrac hər ötən il artım göstərir. Statistik göstəricilərdən görünür ki, qeyri-neft-qaz ixracı sistemli şəkildə yüksəlir və ölkənin iqtisadiyyatında diversifikasiya prosesini dəstəkləyir. Cari ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 10,3 faiz artaraq 2,4 milyard dollar təşkil edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın sentyabr sayına dair ilkin göstəricilərinə əsasən, yanvar-avqust aylarında yeyinti məhsulları üzrə ixrac 22,9 faiz artaraq 774,2 milyon dollara bərabər olub. İcmala əsasən, cari ilin 8 ayında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 58,2 faiz, meyvə-tərəvəz 32,2 faiz, kimya sənayesi məhsulları 24,3 faiz, pambıq iplik 16,3 faiz, çay 2,1 faiz, qara metallar və onlardan hazırlanan məmulatlar 0,2 faiz artıb. 2025-ci ilin yanvar-avqust aylarında aqrar məhsullar üzrə ixrac 28,2 faiz artaraq 614,4 milyon dollar, aqrar-sənaye məhsulları üzrə ixrac isə 4,7 faiz artaraq 209,5 milyon dollara bərabər olub.

Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 21,3 faiz artaraq 823,9 milyon dollar təşkil edib.

Musa BAĞIRLI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:333
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Noyabr 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see318

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see289

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see286

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see267

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see260

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see248

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see243

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see241

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see234

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see217

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see212

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see201

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see195

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see191

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see189

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see188

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see181

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see175

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see172

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri