Icma.az
close
up
RU
Qeyri neft sektorunda davamlı inkişaf

Qeyri neft sektorunda davamlı inkişaf

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev: "Qeyri-neft sektorunun inkişafı bundan sonra da bizim üçün prioritet olacaq"

Ərazi bütövlüyünü və suverenliyini təmin etmiş Azərbaycan Cənubi Qafqazda əsas söz sahibinə çevrilib, regional və beynəlxalq mövqelərini getdikcə möhkəmləndirib, iqtisadi sahədə ciddi irəliləyişlərə, regionların sürətli inkişafına nail olub. Prezident İlham Əliyevin Azərbaycanın bölgələrinə mütəmadi səfərləri regionların sosial-iqtisadi inkişafına təkan verməklə, aparılan işlərlə yerində tanış olmaq baxımından da mühüm əhəmiyyət daşıyır. Ölkəmizin hər yerində abadlıq-quruculuq işləri sürətlə reallaşır. Qusar da bu sırada olan məkanlardandır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Qusar rayonunda "İsmikhanlı" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) bağçılıq və soyuducu anbar kompleksi ilə tanış olub. Cəmiyyət tərəfindən Qusarda 330, Ağsuda isə 30 hektar ərazidə ən son texnologiyalar əsasında intensiv bağlar salınıb. Hazırda burada 230 hektar sahədə alma, 35 hektarda armud, 26 hektarda şaftalı, 21 hektarda nektarin, 18 hektarda isə gilas ağacları əkilib. Bu cür bağların salınması kənd təsərrüfatı təyinatlı torpaqlardan maksimum səmərəli istifadəyə və yüksək məhsuldarlıq əldə etməyə imkan verir.

Burada yetişdirilən meyvələrin satış və ixrac prosesi il boyu davam etdirilir. Məhsullar yerli bazara çıxarılmaqla yanaşı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Rusiyaya ixrac olunur.

Bağlarda aqrotexniki işlərin daha dəqiq və səmərəli görülməsi məqsədilə Türkiyə, İtaliya və İspaniyadan mütəxəssislər cəlb olunub. Burada yüksək qənaətliliyə malik damcı suvarma texnologiyasından istifadə olunur ki, bu da həm ekoloji davamlılığı təmin edir, həm də su itkisinin qarşısını alır. Təsərrüfatın texnika parkı dünyanın aparıcı şirkətlərinin müasir avadanlıqları ilə təchiz olunub.

Soyuducu anbar kompleksi 2023-cü ilin oktyabrında istifadəyə verilib. Kompleks 8 min 700 ton tutuma malik soyuducu meyvə anbarından, çeşidləmə və paketləmə sahəsindən, material anbarından, hazır məhsul və yükləmə hissələrindən ibarətdir. Soyuducu anbar hər biri 300 ton tutuma malik 29 soyutma kamerası ilə təchiz edilib.

Çeşidləmə sahəsində quraşdırılan müasir avadanlıq vasitəsilə meyvələr rənginə, formasına və ölçüsünə görə çeşidlənir ki, bu da məhsulların bazar tələblərinə uyğun paketlənməsini təmin edir. Çeşidləmə sahəsində, həmçinin saatda mindən çox qatlama və yapışdırma gücünə malik avadanlıq vasitəsilə qablaşdırma qutuları hazırlanır.

Layihə dəyəri 18 milyon manat olan "İsmikhanlı" bağçılıq və soyuducu anbar kompleksində 270 nəfər daimi, 400 nəfər isə mövsümi işlə təmin olunub. Layihənin reallaşmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 3,3 milyon manat güzəştli kredit ayrılıb. Müəssisə avadanlıqların idxalı zamanı gömrük və vergi güzəştlərindən yararlanıb. Azərbaycan regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına təkan vermişdir. Paytaxtla regionlar arasında inkişaf fərqini aradan qaldırmağa hesablanmış regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları bölgələrdə infrastrukturun yenilənməsi, rayonların simasının əhəmiyyətli dərəcədə müasirləşməsində mühüm rol oynayıb.

"AZƏRBAYCAN BÖLGƏLƏRİNİN ÜMUMİ İNKİŞAFI HƏM SOSİAL XARAKTER DAŞIYIR, EYNİ ZAMANDA, ÖLKƏMİZİ GÜCLƏNDİRİR"

Bölgələrdə istehsal müəssisələrinin dirçəlişi və yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, aqrar sektorun müxtəlif dəstək mexanizmləri və innovativ üsullarla inkişaf etdirilməsi, müasir infrastrukturun, yeni iş yerlərinin yaradılması dövlət proqramlarının reallaşdırılmasında əsas nailiyyətlər sırasında qeyd edilməlidir. Ümumilikdə 4 dövlət proqramı üzrə regionlara yatırılmış investisiyaların həcmi 104 milyard manat təşkil edir. Bu illər ərzində Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib. Regionlarda qazlaşdırmanın səviyyəsi 94%-i ötüb, fasiləsiz içməli su alan əhali üzrə göstərici 9%-dən 73%-ə çatıb. 9 hava limanı tikilib və yenidən qurulub. Laçın hava limanının tikintisi isə davam edir. Həmin müddətdə əsas hissəsi bölgələrə aid olmaqla 3.600-dən çox məktəb, 760-a yaxın tibb müəssisəsi tikilib və ya təmir olunub, çoxlu sayda körpü və tunellər, yollar istifadəyə verilib. İstehsal və sənaye müəssisələrinin çoxu bölgələrə aiddir. Hazırlanan növbəti dövlət proqramı da regionların inkişafının müasir tələblərə uyğunlaşdırılmasına hesablanmışdı.

Dövlət başçısının regionlara səfərləri bölgələrin yüksəlişinin davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olduğunu bir daha təsdiqləyir. Azərbaycan Prezidentinin çıxışlarının birində qeyd etdiyi kimi, "Mənim də bölgələrə səfərlərim həm nəzarət üçün bir vasitədir, yəni, verdiyim tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda, növbəti tapşırıqlar, tövsiyələr verilir ki, bizim bəyan etdiyimiz bütün hədəflər - ilk növbədə, insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması bölgələrdə təmin edilsin. Bir sözlə, Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda, ölkəmizi gücləndirir".

Son illər respublikanın digər bölgələrdə olduğu kimi Qusar rayonunda da iqtisadiyyatın bütün sahələri inkişaf edir. Rayonda sahibkarlığın inkişaf etdirilməsi üçün iri istehsal, emal və xidmət müəssisələri özəlləşdirilmiş, rayon iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatında Aqrar islahatlar başa çatdırılmışdır. Qusar rayonunda aparılan abadlıq-quruculuq işləri çərçivəsində parkların, yolların, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı təmiri görülən işlər sırasındadır. Bu o deməkdir ki, artıq digər regionlarımız kimi, Qusarda da insanların rahat yaşayışı təmin olunub.

Bütün bunlar Cənab Prezidentin düşünülmüş siyasətin məntiqi nəticəsidir. Ölkəmizin inkişafı istiqamətində həyata keçirilən layihələr öz nəticəsini verir. Bu gün həqiqətən də Azərbaycanın hər bir bölgəsi özünün yeni inkişaf mərhələsini yaşayır. İstər yeni sosial iaşə obyektlərinin, istərsə də digər infrastrukturların tikilməsi və yenilənməsi insanların sosial rifahının yüksəlişinə xidmət göstərir.

CƏNUBİ QAFQAZDA ƏN BÖYÜK SƏNAYE PARKI

Bu gün Azərbaycanın bütün bölgələri, şəhər və kəndləri, qəsəbələri kimi Sumqayıt şəhəri də yeni inkişaf dövrünü yaşayır. Burada aparılan abadlıq-quruculuq işləri şəhərin gözəlliyinə daha bir rəng də əlavə edib. Dövlətimiz tərəfindən inkişafa və quruculuğa verilən töhfələr Sumqayıtın inkişafında da müstəsna əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin hər dəfə Sumqayıta səfəri şəhərin inkişaf və yüksəlişinə töhfəsini verir. Cənab Prezident çıxışlarının birində bildirdiyi kimi, Sumqayıt tarixən kimyaçılar şəhəri kimi salınmışdır, Sovet İttifaqının kimya sənayesinin mərkəzi olmuşdur: "Bu gün isə Sumqayıt müasir, dünya səviyyəli sənaye mərkəzinə çevrilib. Qarşıya məhz belə vəzifə qoyulub ki, Sumqayıtda ən müasir sənaye müəssisələri yaradılmalıdır. Bu, bizim ümumi sənaye potensialımızı gücləndirəcək, minlərlə, on minlərlə yeni iş yeri yaradacaq. Mən çox şadam ki, bu gün Sumqayıtda artıq icra edilmiş və icrada olan sahələr bu məqsədi təmin edib".

Son illərdə gücü 525 MVt olan Elektrik stansiyası, "Sumqayıt-3" yarımstansiyası tikilmiş, "Azərkimya" İB-nin müəssisələri yenidən qurulmuş, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin "Azgüntex" Zavodu, tərkibinə çörək zavodu, taxıl anbarı, dəyirman və logistik mərkəz daxil olan "Sağlam qida” Aqrar-Sənaye Kompleksi, "Azərsun Holdinq"in kağız və karton emalı kombinatı və yağ istehsalı fabriki, "Gilan" Tekstil Parkı, Mis Emalı Zavodu, "Alyans Tekstil" MMC-nin uniformalar istehsalı fabriki və s. müəssisələr yaradılmışdır. Bu siyahını görülən işlərin məntiqi olaraq artırmaq olar. Bu və ya digər müəssisələrin istifadəyə verilməsi şəhərin inkişafının göstəriciləridir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Sumqayıt Kimya Sənaye Parkında olub, "Kartaş Kimya" MMC-nin tikinti kimyəvilərinin və "Az-Tex-İmport" MMC-nin "IVECO" markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodlarının açılışında iştirak edib. "Kartaş Kimya" MMC-nin tikinti kimyəvilərinin istehsalı zavodunun açılışı olub. Hazırda Azərbaycanda 9 sənaye parkı və 4 sənaye məhəlləsi var. Sənaye zonaları üzrə indiyədək ümumi investisiya həcmi 8,1 milyard manat olan 170 sahibkarlıq subyektinə rezident və ya qeyri-rezident statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,9 milyard manatdan çox investisiya yatırılıb və 10 min 600-dən artıq daimi iş yeri yaradılıb. Ötən müddətdə sənaye zonaları tərəfindən 16,2 milyard manatlıq məhsul satışı həyata keçirilib, bunun da 5,2 milyard manatlıq hissəsi ixrac edilib. Azərbaycan Prezidentinin 2011-ci ildə imzaladığı Fərmanla yaradılan Sumqayıt Kimya Sənaye Parkı ölkəmizdə ilk, Cənubi Qafqazda isə ən böyük sənaye parkıdır. Ərazisi 613 hektar olan parkda neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsulların istehsalı və emalı müəssisələri fəaliyyət göstərir. Burada ümumi investisiyalarının həcmi təqribən 6 milyard manatdan artıq olan 39 sahibkarlıq subyektinə rezidentlik statusu verilib ki, onlardan da 24-ü artıq fəaliyyət göstərir. Bu gün iki zavodun istifadəyə verilməsi ilə burada fəaliyyət göstərən müəssisələrin sayı 26-ya çatıb. İndiyədək Parkın rezidentləri tərəfindən ümumilikdə təxminən 14 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, onun da təqribən 5 milyard manatlıq hissəsi ixracın payına düşür.

6 MİNDƏN ÇOX İNSANIN DAİMİ İŞLƏ TƏMİN OLUNDUĞU MÜƏSSİSƏ

Sumqayıt Kimya Sənaye Parkında 2025-ci ilin birinci rübü ərzində ötən ilin eyni dövrü ilə müqayisədə istehsal 14,2 faiz, ixrac isə 17,2 faiz artıb. Hazırda burada 6 mindən çox insan daimi işlə təmin olunub. Parkda istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilir.

Tikinti kimyəvilərinin istehsalı zavodu ilə bağlı bildirildi ki, “Kartaş Kimya” MMC-yə 2022-ci ilin iyulunda Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Təməli 2023-cü ildə dövlətimizin başçısı tərəfindən qoyulan zavodun tikintisi üçün 2,5 hektar ərazi ayrılıb. Türkiyənin qabaqcıl avadanlıqları ilə təchiz olunan müəssisədə məhsul çeşidləri üzrə 7 istehsal xətti qurulub. Zavodun ümumi illik istehsal həcmi 295 min ton təşkil edir. Məhsul istehsalında istifadə edilən əsas xammal ölkədaxili resurslar hesabına təmin olunur. Yeni zavodun fəaliyyətə başlaması məhsul çeşidinin artırılması ilə yanaşı, daha əvvəl istehsal olunmayan məhsulların istehsalını təmin edərək idxalı əvəzləyəcək. Bununla yanaşı, məhsulların Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Rusiya və Gürcüstana ixracı nəzərdə tutulur. Dövlətimizin başçısı zavodu işə salıb. Burada sement əsaslı quru qarışıqlar, su izolyasiya, döşəmə materialları, sement üyüdücü qatqıları, beton qatqıları və onun əsas xammalı istehsal olunacaq.

Zavodda hazırda 102 nəfər işlə təmin edilib. Növbəti mərhələdə isə işçilərin sayının 245 nəfərə çatdırılması nəzərdə tutulur.

Layihənin investisiya tutumu 25 milyon manat təşkil edir. İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu tərəfindən müəssisəyə 6 milyon manat güzəştli kredit verilib. Müəssisə rezidentlərə verilən güzəştlərdən də yararlanıb.

ÖLKƏNİN İXRAC COĞRAFİYASI GENİŞLƏNİR

Azərbaycan Prezidenti İlham Əliyev, həmçinin "Az-Tex-İmport" MMC-nin "IVECO" markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodunun açılışında iştirak edib. "Az-Tex-İmport" MMC 2022-ci ilin aprelində Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Bu müəssisənin təməli də elə həmin il dövlətimizin başçısı tərəfindən qoyulub. Müəssisə İtaliyanın "IVECO" markalı yük və xüsusi təyinatlı avtomobillərinin yığımını həyata keçirəcək. Layihənin ikinci mərhələsində avtomobillərin kuzalarının istehsalı da nəzərdə tutulur. Zavodda ildə 100 ədəd yük avtomobili və xüsusi texnika, 300 ədəd kuza istehsal olunacaq. Hər iki mərhələ üzrə müəssisədə 150 yeni iş yerinin yaradılması planlaşdırılır. Artıq layihənin birinci mərhələsi üzrə 96 nəfər işlə təmin edilib. Dövlətimizin başçısı müəssisəni işə salıb. Zavodda istehsal ediləcək məhsulların daxili bazarda satılması ilə yanaşı, xarici bazara çıxarılması da nəzərdə tutulur. "Az-Tex-İmport" MMC də Sumqayıt Sənaye Parkının rezidentlərinə verilən bütün vergi və gömrük güzəştlərindən faydalanıb. Ümumi investisiya dəyəri 19,2 milyon manatdan çox olan layihə Sumqayıt Kimya Sənaye Parkında 4 hektar ərazini əhatə edir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, "Qeyri-neft sektorunun inkişafı bundan sonra da bizim üçün prioritet olacaq".

Yeni müəssisələrin fəaliyyətə başlaması ölkəmizdə qeyri-neft sektorunun inkişafını sürətləndirəcək, ölkənin ixrac coğrafiyasını genişləndirəcək, iqtisadiyyatın şaxələndirilməsini sürətləndirəcək, məşğulluğun artırılmasına mühüm töhfə verəcək.

Zümrüd BAYRAMOVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:27
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 Aprel 2025 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mina terroru 26 nəfərin ölümünə səbəb oldu

29 Aprel 2025 13:00see166

Pezeşkianın oxuduğu şeirdəki gizlinlər: nə demək istədi?

29 Aprel 2025 20:04see142

Bakının mərkəzində restoran yanır

29 Aprel 2025 19:26see132

Dövməsini bəyənməyib atəş açdı

29 Aprel 2025 19:58see128

ABŞ Azərbaycanda polad və ferroərintilər istehsalını araşdırır

29 Aprel 2025 19:30see126

ABŞ döyüş təyyarəsi təyyarədaşıyan gəmidən dənizə düşüb

29 Aprel 2025 00:02see126

Bəzi dövlət qurumları maşınlarını satışa çıxardı 1200 manatdan... SİYAHI

29 Aprel 2025 20:07see123

Gənc ailələrin sosial iqtisadi çağırışları: Azərbaycan və dünya təcrübəsi ARAŞDIRMA

29 Aprel 2025 19:17see123

Kreml Berlini ittiham etdi: “Ukraynalıların qanı əllərinizdədir!”

29 Aprel 2025 19:19see122

iPhone 17e gəlir: Apple nə planlaşdırır?

29 Aprel 2025 20:46see122

ABŞ da Harvard Universitetində irqi ayrı seçkilik iddiaları ilə bağlı araşdırma başlayıb

29 Aprel 2025 07:48see122

İmişlidə regional müşavirədə yanğın təhlükəsizliyi müzakirə olunub

29 Aprel 2025 19:17see121

Siqaret çəkənlərə xəbərdarlıq!

30 Aprel 2025 02:04see121

Atletiko nun futbolçusu karyerasını La Liqanın digər klubunda davam etdirə bilər

29 Aprel 2025 19:59see119

İsveçdə silahlı hücum: 3 ölü

29 Aprel 2025 22:03see116

PSJ yarımfinalın ilk oyununda Arsenal ı məğlub etdi

30 Aprel 2025 01:07see115

ABŞ Kiyevə “Abrams” tanklarının verilməsini bloklayır

29 Aprel 2025 12:57see114

Xalq artistindən AÇIQLAMA: Sol tərəfim işləmir, müalicə alıram

29 Aprel 2025 11:35see114

Hindistan hökuməti Pakistanın müdafiə nazirinin hesabını blokladı

30 Aprel 2025 15:03see113

“Göztepe” 11 oyundan sonra qələbə qazandı

29 Aprel 2025 00:04see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri