Icma.az
close
up
RU
Qeyri pedaqoji ixtisas sahibləri müəllimlik edə bilərmi? AÇIQLAMA

Qeyri pedaqoji ixtisas sahibləri müəllimlik edə bilərmi? AÇIQLAMA

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası" ndakı dəyişikliyə əsasən müəllimlərin işə qəbulu üzrə müsabiqəyə buraxılacaq ali təhsilin bakalavriat səviyyəsi üzrə qeyri-pedaqoji ixtisasların siyahısı müəyyənləşdirilib.

Bəs qeyri-pedaqoji ixtisas sahiblərinin müəllimlik etməsi düzgündürmü?

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Sonxeber.az -a açıqlama verib:

"Azərbaycan təhsil sistemində son illərdə müəllim çatışmazlığının dərinləşməsi bəzi strateji qərarların qəbulunu zəruri edib. Bu qərarlardan biri də "Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası"na edilən dəyişikliklə, ali təhsilin bakalavriat səviyyəsi üzrə qeyri-pedaqoji ixtisas sahiblərinin müəllimlərin işə qəbulu üzrə müsabiqəyə buraxılmasıdır. Bu yanaşma, ilk baxışdan təhsildə çevik kadr axınını təmin etmək və bəzi sahələrdə, xüsusilə riyaziyyat, informatika və fizika kimi ixtisaslarda kəskin müəllim çatışmazlığını qismən aradan qaldırmaq məqsədi daşıyır. Lakin məsələ yalnız kəmiyyət göstəricisi ilə məhdudlaşmır. Burada təhsilin keyfiyyəti, pedaqoji səriştə, məktəb mühiti ilə uzlaşma və şagirdin inkişafına təsir kimi dərin, çoxşaxəli məqamlar mövcuddur.

"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun 22.2-ci maddəsinə əsasən, ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq üçün şəxsin müvafiq ixtisas üzrə pedaqoji təhsili və ya təlim keçmiş olması tələb olunur. Bu o deməkdir ki, pedaqoji fəaliyyət təkcə bir sahə üzrə bilik sahibi olmaqla məhdudlaşmamalı, həm də bu bilikləri düzgün formada ötürmək bacarığına, metodik hazırlığa, pedaqoji etika və psixoloji biliklərə əsaslanmalıdır. Müəllim peşəsi bir peşəkar ixtisas olmaqla yanaşı, həm də mədəniyyət, şəxsiyyət və məsuliyyət daşıyan sosial bir roldur. Qeyri-pedaqoji ixtisaslı şəxslərin bu sahəyə daxil olması bu kompleksliyə uyğunlaşmaq baxımından risklər daşıyır.

Əldə olan statistik göstəricilərə əsasən, 2023-cü ilin sonunda Elm və Təhsil Nazirliyi tərəfindən yayımlanan hesabatda qeyd olunurdu ki, bölgələrdə 1 500-dən çox vakant müəllim yeri, xüsusilə STEM (elm, texnologiya, mühəndislik, riyaziyyat) sahələri üzrə uzun müddət dolmamış qalır. Bu isə məcbur edir ki, ixtisas üzrə təhsili olan, lakin pedaqoji təhsili olmayan şəxslər də sistemə cəlb olunsun. Bu yanaşmanın müsbət tərəfi ondan ibarətdir ki, həmin şəxslər öz sahələrində dərin nəzəri və ya texniki biliklərə malikdirlər və müasir texnologiyaların, proqramlaşdırma dillərinin, elmi yanaşmaların tədrisində yeni nəfəs gətirə bilərlər. Bu baxımdan, onların sistemə daxil edilməsi təhsilin məzmun baxımından zənginləşməsinə xidmət edə bilər.

Lakin bu yanaşmanın mənfi tərəfləri daha dərindən araşdırılmalıdır. İlk növbədə, pedaqoji savadı və psixoloji hazırlığı olmayan şəxsin sinifdəki təlim prosesinə adaptasiyası çətin ola bilər. Bu isə tədrisin keyfiyyətində fərqlərin yaranmasına, şagirdlə müəllim arasında ünsiyyətin pozulmasına və nəticədə tədris effektivliyinin zəifləməsinə səbəb olur. Eyni zamanda, belə şəxslərin məktəbə daxil olması uzun müddət pedaqoji hazırlıq keçmiş müəllimlərin dəyərinin nisbi azalmasına, peşənin nüfuzunun zədələnməsinə gətirib çıxara bilər. Bu da pedaqoji peşəyə marağın azalmasına və gələcəkdə müəllim olmaq istəyən abituriyentlərin sayının enməsinə səbəb ola bilər.

Dünya təcrübəsi göstərir ki, müəllimlik yalnız fənn biliklərindən ibarət deyil. Məsələn, Finlandiyada müəllim olmaq istəyən şəxs yalnız bakalavr yox, həm də magistr səviyyəsində pedaqoji hazırlıq almalı, təcrübə proqramı keçməlidir. Almaniyada müəllimlər dövlət imtahanları və təcrübə mərhələsindən keçmədən dərs deyə bilməzlər. Cənubi Koreyada texniki sahələrdən gələn şəxslər müəllimliyə daxil olmaq üçün xüsusi "pedagoji inteqrasiya proqramı"ndan keçməlidirlər. Həmin proqramda metodika, təlim texnologiyaları, qiymətləndirmə sistemi və məktəb idarəçiliyi kimi bölmələr tədris olunur.

Azərbaycan üçün bu təcrübə nümunə kimi götürülə bilər. Əgər qeyri-pedaqoji ixtisaslı şəxslər təhsilə cəlb olunursa, bu, müvəqqəti və nəzarətli model üzərindən həyata keçirilməlidir. Həmin şəxslər üçün ilkin təyinat 1 illik "şərti icazə" formasında verilməli, bu müddət ərzində onlar pedaqoji minimum təlim proqramını keçməli və praktiki mentorluqla müşahidə olunmalıdırlar. Yalnız bu mərhələləri uğurla keçən şəxslərə tam hüquqlu müəllim statusu verilməlidir. Bu, həm pedaqoji keyfiyyəti qoruyar, həm də sahə biliklərini sistemə inteqrasiya etməyə imkan verər.

Nəticə olaraq, qeyri-pedaqoji ixtisaslı şəxslərin müəllimliyə buraxılması bir tərəfdən zəruri struktur ehtiyacından doğsa da, digər tərəfdən təhsilin keyfiyyətinə təsiri baxımından ciddi idarə olunmalı prosesdir. Bu yanaşma yalnız o halda uğurlu nəticə verə bilər ki, peşəkar pedaqoji hazırlıq, müəyyənləşdirilmiş təlim meyarları, mentor dəstəyi və müəyyən sınaq müddəti kimi komponentlərlə müşayiət olunsun. Əks halda, bu qərar sistemə qısamüddətli nəfəs versə də, uzunmüddətli nəticədə təhsilin əsaslarına zərbə vura bilər. Müəllimlik – bilik ötürməkdən daha artıq məsuliyyətdir. Ona sahib olmaq üçün yalnız diplom deyil, həm də pedaqoji mədəniyyət lazımdır"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://news24.az
archiveBu xəbər 06 Aprel 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri