Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

Yüksək qan təzyiqi yaddaşı pozur

Müəllimlik ixtisasının keçid balını artırmalıyıq AÇIQLAMA

Müəllimlik ixtisasının keçid balını artırmalıyıq AÇIQLAMA

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Əgər təhsil istiqamətində bir uğur əldə etmək istəyiriksə, buna başlıca olaraq təhsilverənlərdən başlamalıyıq. Hal-hazırda təhsilverənlərin sertifikasiyası çox gözəl bir təşəbbüsdür. Sertifikasiya orta ümumtəhsil məktəbində təhsilverənlərin daha yaxşılarının tədris prosesinə cəlb olunmasına öz töhfəsini verir. Bununla yanaşı bəzi layihələr də icra edə bilərik ki, yaxın gələcəkdə orta ümumtəhsil məktəblərində daha peşəkar, daha yaxşı, daha savadlı və öz sahəsini sevən müəllim yetişdirək".

Bunu Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirdi.

Müsahibimiz təklif edir ki, pedaqoji ixtisasları konkret olaraq ödənişli təhsil sistemindən çıxaraq:

"Pedaqoji ixtisasların hamısı dövlət sifarişi əsaslarla olmalıdır. Ali təhsil müəssisələrində 200 neçə, 300 neçə balla ödənişli ixtisasda gedib müəllimlik ixtisası oxumamalıyıq. Məsələn, Azərbaycan Tibb Universitetində dövlət sifarişli ixtisasların plan yeri elə verilib ki, dövlət sifarişli ixtisasların sayı verilən plan yerinin hardasa 90-95 faizini tutduğuna görə, ödənişli ixtisasla dövlət sifarişli ixtisas demək olar ki, balları bir-birinə yaxındır. Ödənişli ixtisasın da balı 580-590-lardadır. Yaxud da hüquq ixtisasını buna misal göstərə bilərik. Təklif edirəm ki, ödənişli əsaslarla olan müəllimlik ixtisasları ləğv edilsin. Verilən plan yerinin hamısı dövlət sifarişli əsaslarla olsun. Düzdür, elələri var ki, 200 balla oxuyub, universiteti gözəl bir nəticə ilə bitirib, MİQ imtahanında yüksək bal toplayaraq müəllimlik fəaliyyətini də peşəkarcasına yerinə yetirir. Amma ümumi faizə baxsaq, həqiqətən də 200-300 bal arası bal toplayanların neçə qismi pedaqoji fəaliyyətlə məşğul olur və özünü doğruldub? 400-500 bal arası bal toplayanlardan pedaqoji ixtisaslara qəbul olanların nailiyyətləri daha çoxdur. Həm universitetdəki nailiyyətləri, həm universitetdən sonra MİQ imtahanındakı nailiyyətləri, eləcə də müəllimlik peşəkar fəaliyyətində olan nailiyyətləri daha yüksəkdir. Əgər təhsildə müəyyən düzəlişlər etmək istəyiriksə, ümumi təhsil məktəblərində və ali təhsil müəssisələrində müəyyən islahatlar həyata keçirilməlidir. Müəllimlik ixtisasının keçid balını artırmalıyıq, yüksək bal toplayan gənclərimiz müəllimlik ixtisaslarına istiqamətləndirilməlidir".

Həmsöhbətimiz vurğuladı ki, Sinqapur təhsil sistemində təhsilverənlərə daha çox üstünlük verirlər:

"Sinqapur təhsilində müəllimlərə verilən diqqət və qayğını qabartmalıyıq. Çünki biz kurikulum sistemini hardasa Sinqapur təhsilinə uyğunlaşdırmağa çalışırıq. Baxırıq ki, Sinqapur təhsilində həqiqətən də müəllimə verilən diqqət və qayğı tamamilə başqadır. Bizdə hüquq ixtisası prestijli sayılır, yüksək bal toplayanlar hüquqa, orada isə yüksək bal toplayanlar daha çox pedaqoji ixtisaslara seçim edir. Bu nə deməkdir? Daha savadlı kadrlar müəllimliyə gedir və gələcək nəsli yetişdirən kadrlar ən savadlı, potensiallı kadrlardır. Onların yetişdirdiyi şagirdlər necə olur? Onlar da potensiallı olar. Daha perspektivli müəllimləri orta ümumtəhsil məktəbinə cəlb edirlər, universitetə qəbul olan tələbələr içərisində ən savadlılarını müəllimlik ixtisaslarına istiqamətləndirirlər. Bu istiqamətdə müəyyən cazibədar təkliflər edirlər ki, abituriyentlər müəllimlik ixtisaslarını seçsinlər. Ola bilər ki, bu gün bu nailiyyəti əldə edə bilməyək, amma bu gün bu prosesi başlayarıqsa, bəlkə də 5-6 il sonra artıq bunun meyvəsini yeyə, bəhrəsini görə bilərik".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 Aprel 2026 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see377

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see336

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see304

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see284

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see256

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see252

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see247

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see236

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see235

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see234

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see226

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see217

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see213

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see206

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see196

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see186

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see186

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see184

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

02 Noyabr 2026 18:25see182

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri