Icma.az
close
up
RU
Qeyri realist, utopik xəyallar Ermənistanı bütövlükdə fəlakətə aparır

Qeyri realist, utopik xəyallar Ermənistanı bütövlükdə fəlakətə aparır

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistan silahlı qüvvələrinin bölmələri ötən gün yenidən Gorus və Çəmbərək rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Göründüyü kimi, Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətninin razılaşdırılmasına baxmayaraq, ermənilər zaman-zaman atəşkəsi pozmağa, yeni təxribatlar törətməyə çalışırlar. 

İki ölkə arasında sülhün əldə edilməsinə yaxın ikən Ermənistan hərbçiləri hansı səbəbdən mövqelərimizi atəşə tutur?

Politoloq Elçin Xalidbəyli mövzu ilə bağlı Redaktor.az-a danışarkən bildirdi ki, Ermənistanda cəmiyyət artıq çoxdan parçalanıb:

"Bu ölkənin ictimai rəyi ciddi şəkildə qarşıdurma vəziyyətindədir. Bir tərəfdə Qərbə bağlı Nikol Paşinyan hakimiyyəti, digər tərəfdə isə Rusiyaya bağlı radikal, revanşist siyasi düşərgə dayanır. Bu düşərgənin başında erməni kilsəsi və Qarabağ klanı durur. İki düşərgə arasında kəskin mübarizə gedir.

Paşinyan hakimiyyəti sülh sazişinin imzalanmasının qaçılmaz olduğunu anladığı halda, konkret addımlar atmaqda çətinlik çəkir. Eyni zamanda hakimiyyət dairələri Azərbaycanla bağlı məsələdə vaxt qazanmağa çalışırlar. Radikal revanşist düşərgə isə sülh sazişinin imzalanmasını ümumiyyətlə bloklamağa çalışır. Elə bir situasiya yaratmağa can atırlar ki, gələcəkdə Azərbaycanın ərazilərinin bir hissəsini yenidən ələ keçirmək imkanına malik olsunlar. Halbuki bu, yalnız erməni xəyallarından ibarətdir. Qeyri-realist, utopik xəyallar Ermənistanı bütövlükdə fəlakətə aparır".

Politoloq qeyd etdi ki, hazırda Ermənistan seçki mərhələsinə qədəm qoyub.

"Gələn il ölkədə hakimiyyətin taleyi həll olunacaq. Paşinyan hakimiyyəti parlament seçkilərində mövqelərini qorumaq niyyətində olduğunu bəyan edir. Qarşı düşərgə isə hakimiyyəti dəyişmək niyyətində qərarlı olduqlarını bildirirlər. Belə bir vəziyyətdə Paşinyan hakimiyyətinin siyasi iradə göstərməsi o qədər də asan deyil.

Bu səbəbdən Paşinyan hakimiyyəti siyasi manipulyasiyalarla məşğuldur. Bir tərəfdən Azərbaycanla sülh imzalayacağını, heç vaxt müharibə olmayacağını bəyan edir, digər tərəfdən isə atəşkəsi pozur. Paşinyan hakimiyyəti ABŞ və Qərbin dəstəyini itirməkdədir. Buna görə də Rusiyanın qarşısında müəyyən manevrlər etməyə çalışır. Ermənistan hazırda qarışıq vəziyyətdədir. Paşinyan hakimiyyətinin ölkəyə tam nəzarət etdiyini düşünmək sadəlövhlük olardı", - deyə E.Xalidbəyli biıldirdi.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 May 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see272

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see227

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see216

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see169

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see159

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see155

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see149

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see148

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see146

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see145

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see145

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see145

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see143

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see141

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see139

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri