Icma.az
close
up
RU
Qeyri səlis məntiqin yaranma anı, Lütfi Zadənin elmi sirri TƏDQİQAT

Qeyri səlis məntiqin yaranma anı, Lütfi Zadənin elmi sirri TƏDQİQAT

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Alimin böyüklüyü həm də onun insanlara yaxınlığı və uzaqlığı ilə ölçülür. O insanlara yaxındır. Çünki mənəvi yaşantılar, sevgi, humanizm kimi ideyalar alim – insan rabitəsini qurur. O həm də insanlardan  uzaqdadır, xeyli uzaqda. Bəlkə də onun alimliyinin dərəcəsi məhz bu uzaqlığın məsafəsi ilə ölçülür. Uzaqlıq onu Elm dünyasına yaxınlaşdırır. O hamıdan və hər şeydən uzaqda bir dünyanın içində alimdir. Hamıyla olanda hamıya aid olanda isə insandır.   

4 fevral - Dünyanın ən böyük alimlərindən olan Eynşteyn və Nyutonla bir sıraya qoyulan Lütfi Zadənin də anım günüdür. Dünyanın inkişaf ritmini tamamilə dəyişən, məkana çox çalarlı baxış sistemini yaradan Zadəyə baxış da o cür rəngarəngdir. Berkli Universitetinin ömürlük professoru seçilən , 6 mühüm nəzəriyyəsi ilə dünyanın bütün təfəkkür sistemini dəyişən alim bu gün həyatda  olmmasına baxmayaraq elm üçün çalışır və elmə töhfələr verir. Əslində bu gün bəlkə də Zadənin ad günü deyil. Zadə kimilərin nə məkanı olur,  nə də zamanı. Belə ki, o elmə qərq olmaqla bütün məkanların fövqünə varır. Məkan tanımaz. Elmə bürünməklə zamanın da fövqünə çıxır. 

Alim  hamıdan uzaqda öz elminin içində məskən salır. O hamıdan uzaq öz dünyasına qərq olaraq başqa dünyaların fövqündə qərar tutur. Orda yaşayır və orda yaradır. Alim ideyalarında dünyaları bir-birilə qarşılaşdırır, onların sintezini yaradır və xüsusi müqayisələr aparır. 

Zadə və onun elmi

Lütfi Rəhim oğlu Ələsgərzadə 1921-ci il fevralın 4-də Bakı şəhərində ana­dan olub. Tehran Universitetini elektrik mühəndisliyi ixtisası üzrə bitirib (1944). 1959-cu ilə qədər ABŞ-da Massaçusets Texnologiya İnstitutunda və Kolumbiya universitetlərində magistr, doktorluq elmi dərəcələri alıb, professor kimi fəaliyyət göstərib. 1959-cu ildən Berkli Universitetində professor, 1963-cü ildən isə Elektrik mühəndisliyi və kompüter elmləri kafedrasının rəhbəri işləyib. Həmin universitetdə ömürlük professor və Soft Computing İnstitutunun direktoru kimi fəaliyyət göstərib.

Dünya elminə 5 fundamental elmi nəzəriyyə təklif edib. Hələ sağlığında onun şərəfinə ABŞ-ın Berkli şəhərində İnformasiya Texnologiyası üzrə Zadə İnstitutu (ZİFİT İnstitutu) yaradılıb.

Elmdə Z-çevirmə kimi tanınan işi diskret və rəqəmli idarəetmə, informasiya və kommunikasiya sistemlərinin yaradılmasının əsasını qoymuş bir elmi nəzəriyyədir.

Məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarəolunma və müşa­hidə olunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sis­tem­lərini tədqiq edir, layihələndirir və tətbiq edir.

Ən böyuk nəzəriyyəsi qeyri-səlis məntiq nəzəriyyəsidir. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə verib: qeyri-səlis çoxluq. Elmə qeyri-səlis məntiq ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaratdı.

Soft Computing nəzəriyyəsi qeyri-səlis məntiq, süni neyron şəbəkələri, genetik alqoritmlər, xaos nəzəriyyəsi və ehtimal nəticə çıxarma paradiqmlərinin intellektual kombinasiyalarını özündə əks etdirərək yeni texnologiyaların əsasını təşkil edir.

Sözlə işləyən kompüterlər nəzəriyyəsi əsasında işləyən kompüter­lərdə in­for­masiyanın qranulyasiyası kimi sözlər, cümlələr istifadə olunur. Bu tip kom­püterlər təxmini məntiqi nəticəçıxarma qabiliyyətinə malik olan və təəssürat əsasında informasiyanı işləyə bilən insan beyninə ən adekvat tex­niki modeldir.

Təəssürat nəzəriyyəsi dəqiq ölçmə aparmadan ətraf aləm haqqında tez və dolğun informasiya almaq üsullarını verir. Bu nəzəriyyənin məqsədi in­sanda mövcud olan oxşar süni təəssürat sistemini yaratmağın prinsip və üsullarını verməkdir.

Qeyri-səlis məntiq, idarəetmə və Computing sahəsində 54 beynəlxalq jur­na­lın elmi redaktoru və ya redaksiya heyətinin üzvü idi.

Dünyada əsərlərinə ən çox istinad edilən alim sayılır. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36000-dən cox istinad edilmişdir.

Qeyri-səlis məntiq bu cür yarandı

1965-ci il... Lütfi Zadə çalışdığı Berklidən Nyu-Yorka iki səbəbə görə gəlir: əvvəlcə, orada yaşayan və uzun müddətdir, görmədiyi valideynləri ilə görüşmək, ikincisi isə yaxın dostlarından biri ilə işgüzar nahar  etmək üçün... Daha sonra isə əməkdaşlıq etdiyi şirkət üçün təkliflər hazırlayacaqdı... Amma dostu vədələşdiyi görüşə gələ bilmir, nahar təxirə salınır.  Lütfi özünü bir anlıq boşluqda hiss edir... Evdə adəti üzrə çarpayısına uzanaraq, şirkət üçün təklifləri, ideyaları beynində cızmağa çalışır, təki boşluq dolsun... İdeyaları beynində VACİB və QEYRİ-VACİBlər bölməsinə ayırır.. Lakin qəfildən ağlına gələn bir ideya onda şimşək effekti yaradır: "Vaciblər tam vacib deyil, qeyri-vaciblər isə özündə vaciblik elementlərini gəzdirir... Bütün vacib təkliflər MÜTLƏQ Vacibə aparan yoldur... Bu, artıq hadisəyə QEYRİ-SƏLİS YANAŞMA İDİ... ÇOXLUQLARA QEYRİ-SƏLİS YÖNDƏN BAXIŞ İDİ... Çarpayıdan qalxaraq, beynindəki bu ideyanı tez kağıza köçürür... Amma tərəddüd edir: bu ideya,-çoxluqlar sisteminə qeyri-mütləqi (fuzzy) baxış ya elmdə inqilab edəcək, ya da onu gülüş hədəfinə çevirəcəkdi..Duruxur... Amma bir anlıq nə düşünürsə, dünyanın ən güclü riyaziyyatçılarından biri olan yaxın dostuna zəng edir; yeni ideyanı onunla bölüşmək üçün... Əslində isə o həmin vaxt başqa dostla naharda olmalı imiş. Alınmayan naharın əvəzində isə o digər dostuna mükəmməl və inqilabi bir ideyani göstərəcəkdi-QEYRİ-SƏLİS ÇOXLUQLAR NƏZƏRİYYƏSİ...

Zadə-Raqassini nəzəriyyəsi

Lütfi Zadə özünün ikinci böyük elmi işini  elmi rəhbəri Raqassini ilə həyata keçirdi. O, az öncə barəsində danışdığımız dissertasiyanın müdafiəsi qurtarandan sonra yeni bir elmi məsələyə baş vurdu.  Raqassini ilə ərsəyə gətidikləri bu elmi işin nəticəsi ilə  bağlı 1950-ci ildə məqalə çap etdilər. Məqalə ABŞ-ın “Tətbiqi fizika” adlı  beynəlxalq elmi jurnalında çap olundu və dünya elmi bunu çox böyük maraqla qarşıladı.

Söhbətin bu yerində,  daha bir böyük alimin – “kibernetikanın atası” sayılan Vinnerin adı məqsədli olaraq mütləq çəkilməlidir. O, həm də riyaziyyatçı olub və  “Mən riyaziyyatçıyam” adlı kitab  yazıb. Vinner çox maraqlı bir elmi   məsələ həll etmişdi ki, onun hazırlaması  müharibə dövrünə düşürdü. Müharibə zamanında da alimlər əsasən, o məqsədə yönəlmişdilər. Vinner həmin elmi mülahizəsində bir məsələyə toxunmuşdu: Zenit artilleriyasını necə idarə etmək lazımdır ki, düşən obyektlərin, məsələn, təyyarənin vurma əmsalı böyük olsun. Yəni, hava obyektini elə dəqiqliklə vura bilim ki, zərbə yalnız dəqiq hədəfə dəysin. O, bu əsnada belə qənaətə gəldi; uçan düşmən təyyarəsindən siqnal alınır. Həmin siqnal isə təsadüfi olaraq göndərilir. Havada ora –bura yayılır ki, qarşıdakı düşmən hədəfi vura bilməsin. Yəni,  həmin siqnal havada uçan obyekti atəş nöqtəsindən yayındırmaq üçündür. Ancaq göndərilən həmin siqnal gedib aidiyyatı  hədəfə çatana kimi müxtəlif proseslər baş verə bilər. Məsələn, hava dəyişimi baş verər, bulud qatı, müxtəlif əngəllər yaranar. Vinner də məhz bu problem haqqında düşünürdü: mən o maneələri süzgəcdən necə keçirim ki, göndərilən tam siqnalları alım və onun əsasında tam obyekti vura bilim. Yəni, onu  elmi mülahizəsində iki məsələ diqqət mərkəzində idi: göndərilən siqnal və onun üzləşə biləcəyi ehtimal olunan müəyyən əngəllər. Bu, elmi ədəbiyatda, idarəetmə sistemində “Vinner düsturu”  kimi çox məşhurlaşdı. Və böyük alim Vinnerin bu nəzəriyyəsi Lütfi Zadənin ikinci böyük elmi nəzəriyyəsi üçün həm bir növ, ilham mənbəyi, həm də öz boşluqlarını onun üçün saxlayan yol xəritəsi rolunu oynamışdı. 

Lütfi Zadə də elmi fəaliyyətinin ikinci böyük işində dərin hörmət bəslədiyi müəllimi Raqassini ilə məhz  Vinnerin bu  məsələsinin genişlənməsinə çalışdı. O, qənaətə gəldi ki, Vinner bu məsələni çox gözəl həll edib, amma bir şeyi unudub, nəzərə almayıb: həmin gələn siqnal ki var, nə qədər ora-bura qaçsa da, nə qədər əngəllərlə qarşılaşma ehtimalı olsa da, ən son anda o mütləq hansısa hədəfə dəyəcək. 

Deməli, Zadə ilə Raqassini Vinner məsələsinə əlavələr etməklə, oradakı boşluğu doldura bildilər: Vinnerin nəzərə aldığı iki aqreqata- göndərilən siqnal və onun qarşılaşma ehtimalı olan əngəllərə üçüncüsü – konkret hədəf də əlavə edildi. Çünki göndərilən siqnal nə qədər maneələrlə üzləşəcəksə, yenə də ən son halda hansısa hədəfə tuş gələcək.  Zadə müəllimi ilə həmin siqnalın  hədəfə gedən yolunu da nəzərə alaraq, Zadə-Raqassini nəzəriyyəsini yaratdı. Bu nəzəriyyəyə görə sistemi elə idarə etmək lazımdır ki, göndərilən siqnalın daha dəqiq hədəfə getməsi mümkün olsun. Bu, elmi ədəbiyyatda Zadə-Raqassini üsulu adlanır. 

Bu yerdə zəruri qeyd

Bir zəruri qeydi bildirək ki, Lütfi Zadənin bütün elmi irsinin kökündə bu qayə-yəni, Zadə-Raqqasini düsturunun elementləri dayanır. Lütfi  Zadənin elmdə atdığı ilk addımdan son günlərinə kimi məşğul olduğu bir əsas elmi qayə olub-real həyatda olan qeyri-müəyyənlikləri, təsadüfləri nəzərə alıb, onların əsasında qərar qəbul etmək! 

Onun bütün elmi nəzəriyyələri məhz bu qayənin üzərində qurulmuşdu. Dünyaya səs salan, dünya elminin mənzərəsini dəyişən Qeyri-səlis məntiq də, ondan əvvəlki və ondan sonrakı nəzəriyyələr də bunun üzərində qurulub. 

Vinner Zadə və Raqassinidən qabaq hamı belə hesab edirdi ki, sistemin girişinə ancaq əvvəlcədən bildiyimiz konkret bir siqnal var. Həmin sistem qabaqcadan təyin edilən konkret göstəricilərlə işləməli olurdu. Məsələn, parametr kim temperatur 20 dərəcə göstərilirdisə, elə bu cür də qalırdı. Bütünlükdə dünya elminin yeni baxışa – Vinnerdən başlanan yeni elmi mülahizəyə gücü çatmırdı.  Zadə ilə Raqassini isə buna tam yeni forma qazandırdılar...

Rafiq Əliyevin böyük elmi uğuru-Vinner, Zadə və Raqassiniyə xüsusi əlavə

Lütfi Zadənin elmi varisi, professor Rafiq Əliyev bir zamanlar bu sətirlərin müəllifinə ilk dəfə olaraq çox vacib bir qeydi açıqlamışdı. Həmin qeyd bundan ibarət idi: Necə ki, Lütfi Zadə ilə Raqassini Vinner düsturundakı boşluqları doldurub, vacib elmi nəzəriyyənin əsasını qoyduğu kimi, Rafiq Əliyev də öz növbəsində onların nəzəriyyəsindəki çatışmazlıqları aradan qaldırıb:

“Mənim  bəxtim onda gətirib ki, elmi həyatımda ilk addımlarımdan  başlamış bugünkü  günə kimi ancaq  real dünyanın qeyri- müəyyənliklərini tuta bilmək və onları istifadə edərək optimalaşdırmaq, daha əlverişli qərar qəbul etmək məsələləri ilə məşğul olmuşam. Bütün elmi  fəaliyyətimin əsasında bu qayə dayanır. Və çox qəribədir ki, namizədlik dissertasiyam da məhz bu qayəmə uyğun oldu- “Zadə Raqassini məsələsinin genişləndirilməsi”...  Necə ki,  vaxtilə onlar Vinner məsələsini genişləndirmişdilər, eləcə də mən də Zadə-Raqassini məsələsini inkişaf etdirdim”. 

Vinnerin məsələsi 2, Zadə-Raqassinidə isə 3 aqreqatdan ibarət olub. Bir daha xatırlayaq: Zadə-Raqassini məsələsi göndərilən siqnal, qarşılaşa biləcəyi əngəl və hədəfə gedilən yoldan ibarət idi. R.Əliyevin  isə buna bir əlavəsi  oldu: axı sistemə çoxlu həyəcanlandırıcı təsirlər də ola bilər. Amma Zadə-Raqassini məsələsi bunu nəzərə almamışdı.  Adına  “kanbinə olunmuş sistemlər” deyilən mexanizmə çoxlu başqa təsirlər də olur. Bəs bu halda onu necə optimallaşdırmaq olar? R.Əliyev “mürəkkəb sistemlərdə  həyəcanlandıcı siqnalları nəzərə almaqla necə bir tənlik düzəltmək lazımdır ki, orada daha optimal nəticəyə varmaq olsun?” sualının əsasında  statistik üsulla yeni bir tənlik aldı.  Həmin dissertasiya 1967-ci ildə  müdafiə edildi. Amma onun əsasında yazılan kitab 1971-ci ildə Moskvada çapdan çıxdı. Orada Zadə-Raqassini tənliyinin genişləndirilmiş formasını almağın yolları göstərildi. 

Elmin Nuri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://moderator.az
archiveBu xəbər 05 Fevral 2025 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see358

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see190

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see142

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see141

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see139

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see137

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see133

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see132

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see129

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see127

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see126

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see124

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see124

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see121

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see119

Flamingo nun təqdimatı ilk dəfə onlayn nümayiş olunub...

01 Sentyabr 2025 00:05see118

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see116

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see116

“Atletiko” “Mançester Siti”nin futbolçusunu istəyir

01 Sentyabr 2025 05:39see114

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri