Qəza zamanı xəsarət almış şəxsə necə kömək göstərilməlidir? Həkimdən MƏSLƏHƏT
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Travmalara yanaşma mərhələli və fərqlidir. Yəni insan travma aldığı andan etibarən ona göstərilən tibbi yardım bir neçə mərhələni əhatə edir. Bu mərhələlərə travmanın baş verdiyi yer, təcili tibbi yardım mərhələsi və xəstənin xəstəxanaya daxil olduğu dövrdə göstərilən tibbi xidmət daxildir".
Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsindəki canlı yayımda Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Baş direktorunun müavini, baş həkim Nizami Məmmədov bildirdi.
Həkimin sözlərinə görə, travma zamanı xüsusilə güclü ağrı, ağrı şoku və ya şəxsin hər hansı metal konstruksiya arasında sıxışması halları varsa, bu vəziyyətlərə ciddi nəzarət olunmalıdır:
"Belə hallarda ağır şok vəziyyəti yarana bilər. Eyni zamanda qanaxma müşahidə edilirsə, ilk növbədə onun qarşısı alınmalıdır. Xəsarət almış şəxsə yaxınlaşarkən, istər tibb işçisi, istərsə də qeyri-tibb işçisi olsun, əgər venoz və ya arterial qanaxma aşkar edilirsə, hər hansı təmiz parça və ya tənziflə qanaxma yeri sıxılmalı və qanaxma dayandırılmalıdır. İlkin mərhələdə əsas məqsəd həyati vacib funksiyaların qorunmasıdır. Ən vacib məqamlar tənəffüs yollarının keçiriciliyinin təmin olunması, qan dövranının qorunması və ağrı şokunun qarşısının alınmasıdır. Əgər tənəffüs yollarında problem varsa, məsələn, ağız boşluğunda yad cisim mövcuddursa, o mütləq xaric edilməlidir. Xüsusilə yaşlı insanlarda dişlərin qırılması və tənəffüs yollarını bağlaması riski də nəzərə alınmalıdır".
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 28 Yanvar 2026 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















