Qəzada ölən İlhanın atası: “Oğlumun arzusu şəhid olmaq idi” FOTO
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gürcüstan-Azərbaycan sərhədində C-130 tipli hərbi yük təyyarəsinin qəzaya uğraması nəticəsində şəhid olan İlhan Onqanın atası Ali Onqan oğlunun şəhid olmadan əvvəlki son mesajlarını və onun ən böyük arzusunu bölüşüb.
Milli.Az xəbər verir ki, 59 yaşlı Ali Onqan təqaüdçüdür və 23 yaşında bir qızı var. O, şəhid olan oğluyla hadisədən bir gün əvvəl səhər telefon vasitəsilə yazışdığını bildirib:
"Oğlum mənə mesaj yazdı ki, 'Ata, təyarəmiz gəldi, geyindik." Sonra dedi ki, 'Duman var, təyyarə qalxmır, gözləyirik.' Mən də 'Yaxşı, oğlum' dedim. Ondan sonra bir də xəbər gəlmədi.
'Gələndə sənə zəng edəcəyəm' demişdi... Amma gəlmədi, gələ bilmədi."
Ali Onqana "Oğlunuzun hər hansı bir arzusu var idimi?" sualı veriləndə, boğazı düyünlənərək belə cavab verib:
"Onun ən böyük arzusu şəhid olmaq idi. Və o, şəhid oldu. Daha nə ola bilər ki... Vətən sağ olsun."
Lalə Qüdrətova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 13 Noyabr 2025 01:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















