Qəzaların qarşısını alan gizli bacarıq: Sürücülükdə niyə hər kəs bunu öyrənməlidir?
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Yeni sürücülərin təhlükəsizliyi üçün əsas bacarıq: İdarəolunan manevr texnikası....
Yeni sürücülərin yol hərəkətində təhlükəsizliyini təmin etmək üçün əsas bacarıqlardan biri - idarəolunan manevretmə qabiliyyətidir.
Milli.Az xəbər verir ki, bu barədə Pravda.ru portalı avtomobil ekspertlərinə istinadla məlumat yayıb.
Mütəxəssislər bildirirlər ki, sürücünün gözlənilməz yol şəraitinə düzgün və vaxtında reaksiya verməsi, qəzaların qarşısının alınmasında həlledici rol oynayır. İdarəolunan manevr - qəfil yaranan maneələrə (digər nəqliyyat vasitələri, sürüşkən yol, çətin hava şəraiti və s.) təhlükəsiz və effektiv reaksiya verməyə imkan yaradan praktiki texnikadır.
Ekspertlər vurğulayırlar ki, yeni sürücülər arasında ən geniş yayılmış səhvlərdən biri - yüksək sürətə güvənərək riskli manevrlərə cəhd etməkdir. Halbuki təhlükəsiz sürücülük, sürətdən çox, şəraitə uyğun qərarvermə və düzgün idarəetmə vərdişləri ilə bağlıdır.
Bu bacarığın mənimsənilməsi üçün yalnız nəzəri biliklər yetərli deyil. Mütəxəssislər real yol şəraitində praktiki təlimlərin vacibliyini vurğulayırlar. Xüsusi sürücülük kursları və avtomobil məktəblərində keçirilən sürüşkən səthlərdə idarəetmə, qəfil maneədən yayınma və düzgün əyləcləmə texnikası üzrə məşğələlər xüsusilə tövsiyə olunur.
Əlavə təlimlər yalnız təhlükəsizliyi artırmır, həm də qəzaların və nəticədə maddi zərərlərin qarşısını almaqla sərfəli investisiyaya çevrilir.
Ekspertlər əlavə edirlər ki, idarəolunan manevr texnikasına yiyələnmək təkcə sürücünün yox, ümumilikdə bütün yol hərəkəti iştirakçılarının təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır.
Kənan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 29 İyun 2025 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















