Icma.az
close
up
RU
Rəqəmsal bacarıqlara uyğunlaşmaq üçün hər kəs nələri öyrənməlidir?

Rəqəmsal bacarıqlara uyğunlaşmaq üçün hər kəs nələri öyrənməlidir?

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Texnologiyanın sürətlə həyatımıza daxil olması ilə rəqəmsal bacarıqlar həm gündəlik fəaliyyətlərdə, həm də peşəkar sahədə vacib yer tutmağa başlayıb. Artıq bu bacarıqlar bütün sahələr üzrə çalışan şəxslər üçün əsas biliklərdən sayılır. Lakin hər kəs bu dəyişiklikləri eyni sürətlə mənimsəyə bilmir. Bəziləri texnologiyaya tez uyğunlaşır, proqram və alətləri rahat öyrənir. Digərləri üçün isə bu sahə daha çətin və uzaq görünür. Bəs rəqəmsal bacarıqlara yiyələnmək üçün hər kəsin rahatlıqla istifadə edə biləcəyi yollar hansılardır?

Azərbaycan Memarlıq və İnşaat Universitetinin İKM-nin direktoru Sərxan Talıbzadə valyuta.az-a bildirib ki, burada əsas məqam öyrənmə prosesidir:

"Öyrənməni iradi və qeyri-iradi olaraq iki yerə bölə bilərik. İradi öyrənmədə insanlar məqsədli şəkildə, şüurlu qərarla təhsil müəssisələrinə və ya kurslara üz tuturlar. Qeyri-iradi öyrənmə isə təsadüfi şəkildə baş verir. Məsələn, telefonlardan istifadə zamanı yenilənən tətbiqlərlə tanış olmaq və ya internet üzərindən alış-veriş zamanı sistemləri öyrənmək bu kateqoriyaya daxildir. İnsan fərqinə varmadan bir çox texnoloji bilikləri bu şəkildə mənimsəmiş olur.

Nəyi necə öyrəndiyiniz vacibdir

Sərxan Talıbzadə deyir ki, öyrənmə həmçinin könüllü və məcburi olaraq da iki yerə bölünür: "Könüllü öyrənmədə insanın marağı, motivasiyası və məqsədi olur. Bu zaman öyrənmə daha səmərəli və davamlı olur. Məcburi öyrənmədə isə kənar faktorlar təsir edir. Məsələn, iş yerində yeni sistemlərin, proqramların tətbiqi və.s. Əgər bu sistemləri mənimsəməsən, performansın aşağı düşür və bu da işini itirmək riskini yaradır. Nəticədə, zamanla bu texnoloji bacarıqları öyrənmiş olursan. Əlavə olaraq, öyrənmə vasitələri də formal və informal olaraq iki yerə bölünür. Formal öyrənmədə ali təhsil, kurslar və ixtisasartırma kimi sistemli yanaşmalar əsas götürülür. Bu zaman sonda diplom, sertifikat və ya şəhadətnamə əldə olunur. İnformal öyrənmədə isə proses sistemsiz və sərbəst şəkildə baş verir. Sosial şəbəkələr, tanışlar və ya praktiki təcrübə vasitəsilə bu biliklər əldə edilir. Rəqəmsal bacarıqların çoxu məhz bu informal üsulla mənimsənilir".

Texnologiya sürətləndikcə stress artır

S.Talıbzadə bildirir ki, bütün bu öyrənmə proseslərinin fonunda texnoloji stress və texnoloji adaptasiya deyilən mərhələlər durur: "Texnoloji stress odur ki, insanlar texnologiyanın yeniliklərini mənimsəyə bilmirlər, bu zaman stress yaşayır və özünəinamları aşağı düşür. Texnoloji stress həm informayisanın alınmasını ləngidir, həm də insanın yenilənən cəmiyyətdə sosial statusunu aşağı salır.Təəssüf ki, bu texnoloji stress "Digital divide" deyilən rəqəmsal bölünmə yaxud rəqəmsal bərabərsizliyə gətirib çıxarır. Bu da bütün dünyada gedən prosesdir. Təbii ki, inkişaf etmiş ölkələrlə bu keçid daha sürətlə baş verir. Bizim kimi ölkələrdə isə informasiya texnologiyalarının nüfuzetmə nisbəti yüksək olmadığı üçün proses adətən ləng gedir. İkinci isə texnoloji adaptasiyadır, texnologiyaya alışma prosesidir. Bu proses insanın yaşına, təcrübəsinə və mühitə görə fərqli olur.

Bəs insanlar rəqəmsal bacarıqları öyrənmək üçün nə etməlidir? 

S.Talıbzadə deyir ki, ilk növbədə ixtisasartırma və ya yenidən ixtisaslaşma önəmlidir: "İlk ağıla gələn ixtisaslaşma və yaxud da ixtisasartırmaya müraciət etməkdir. Universitetlərin tədris planları və materialları mütəmadi olaraq yenilənir. 15 il əvvəl bir mütəxəssis bu ixtisasdan məzun olmuşdusa, 15 il əvvəlki resurslara fokuslanırdı, onları öyrənirdi. İndi isə tədris planları yenilənib, müasir texnoloji alətlər əlavə olunub. Bir ixtisası ikinci dəfə oxuyan və yaxud bu ixtisasa yeni daxil olan məzunların əmək bazarında rəqabətə davamlılığı əlbəttə ki daha yüksək olur. Növbəti formal təhsil istiqaməti olaraq ixtisasartırmanı göstərmək olar. Bu, bütün dünyada geniş yayılmış təcrübədir. Əvvəllər ixtisasartırma üçün müraciətlər 5-10 illik intervallarla olurdusa, indi artıq bu interval 2-3 ilə qədər azalıb. Çünki mütəmadi yeniliklər əmək bazarında rəqabət davamlılığına birbaşa təsir edir və mütəxəssislər bunun həllini qısa müddətli ixtisasartırma kurslarında görürlər".

Rəqəmsal dünyaya giriş çox yerdən əlçatandır

S.Talıbzadə düşünür ki, sərbəst öyrənmə də bu sahədə mühüm rol oynayır: "İnternet üzərindən istənilən mövzuda öyrənmə mümkündür. "Coursera", "Udemy", "Khan Academy", "edX" kimi platformalar buna nümunədir. Hətta bir çox kursa Azərbaycan dilində və altyazılı formada da rast gəlinir. Bu resurslar həm ödənişli, həm də ödənişsiz formatda mövcuddur. Yəni, hər kəs öz sürətinə və marağına uyğun şəkildə öyrənə bilər. Öyrənmə çətin mərhələ ola bilər, amma öyrənmə mərhələsini asanlaşdırmaq olar. Məsələn, kollektiv öyrənmə zamanı insanlar "workshop", "vebinar" və infosessiyalar vasitəsilə həm təlimçidən, həm də bir-birindən öyrənə bilirlər. Bu üsul motivasiya baxımından da daha təsirli olur. İnsan tək öyrənəndə tez yorula bilər, amma qrup mühiti öyrənməni daha maraqlı edir. Bu üsul xüsusilə texnoloji yeniliklərin mənimsənilməsində faydalıdır".

"Mental baryeri" aşın

S.Talıbzadənin sözlərinə görə, öyrənmə prosesindəki ən böyük əngəllərdən biri də "mental baryer"dir: "İnsan bəzən sadəcə motivasiya çatışmazlığı və ya özünəinamsızlıq səbəbindən öyrənməkdən uzaq durur. Halbuki bu gün süni intellekt alətləri öyrənmək istəyənlər üçün əsl fərdi müəllim rolunu oynayır. Süni intellekt 24 saat əlçatandır, yorulmur və istənilən sualı cavablandıra bilir. Dünya üzrə bütün biliklərə sahib bir mənbədir və daim təkmilləşir. Bu qədər resurs varkən öyrənməmək və ya bilməmək bəhanə ola bilməz. Nəticə olaraq deyim ki, artıq "lifelong learning" - yəni, ömürboyu öyrənmə fəlsəfəsi gündəlik həyatın bir parçasına çevrilib. İnsan daim özünü yeniləməli və öyrənməyi həyat tərzinə çevirməlidir. Hər sahə üzrə trendləri izləmək və adaptasiya olmaq vacibdir. Çünki inkişaf prosesi dayanmır, texnologiya daima dəyişir. Yeniliklər varsa, deməli, öyrənmək də daim aktual olacaq".

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 31 Mart 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri