Icma.az
close
up
RU
Qəzaya görə Azərbaycana kompensasiya ödənəcək?

Qəzaya görə Azərbaycana kompensasiya ödənəcək?

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


“Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” təyyarəsinin Aktauda qəzaya uğramasının səbəbləri geniş müzakirə olunur. Müxtəlif versiyalar arasında texniki nasazlıq, həmçinin bu markadan olan təyyarələrin keygiyyəti də müzakirə mövzusudur. Bəs, mütəxəssislər bu barədə nə düşünür? Əgər qəza texniki nasazlıq səbəbindən baş veribsə, buna görə istehsalçı şirkət məsuliyyət daşıyırmı? Bu versiya təsdiqlənərsə, Braziliya şirkəti Azərbaycana kompensasiya ödəyəcəkmi?

Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən pilot Bayram Muxtarov bildirib ki, qəzaya uğrayan “Embraer 190” təyyarəsinin göstəriciləri müasir standartlara uyğundur:


"“Embraer 190”lar 5-ci nəsil təyyarələrdir. Bu təyyarə, demək olar ki, ən müasir sistemlər və avadanlıqlarla təchiz olunub. Kosmosa uçan raketlərdə belə son məqamlarda problemlər baş verə bilər. Ancaq mənim bildiyim qədər bu, çox müasir təyyarədir. Hazırda istehsalçılar da araşdırma prosesində iştirak edirlər. Səbəb hər şey ola bilər, metalların xəlitəsindən tutmuş digər məsələlərə qədər bir çox amillər qəzaya səbəb ola bilər. Mənim bildiyim və gördüyüm qədərilə, bu qəzada insan faktoru mövcud deyil. Bizim pilotlar böyük qəhrəmanlıq göstəriblər. Bütün dünya bunu yazacaq və təqdir edəcək.

Təyyarədə problem varsa, əlbəttə, istehsalçı şirkət kompensasiya ödəməlidir. Çünki söhbət milyonlarla manat qiyməti olan təyyarədən gedir. Müqavilələrdə də bununla bağlı maddə olur”.

Hüquqşünas Qaya Əliyev də mövzu ilə bağlı Bakupost.az -a açıqlamasında bildirib ki, istənilən mülki və maddi məsuliyyət təqsirlə əlaqədardır:


“Təbii ki, aviasiyada daşıma şirkətlərinin belə qəzalarla bağlı maddi məsuliyyəti mövcuddur. Lakin təqsir başlıca şərtdir. Burada hadisənin bütün detalları araşdırılmalıdır. Rəsmi mənbələrə istinad edilməlidir. Rəsmi araşdırmalardan sonra müəyyən olunmalıdır ki, bu qəza obyektiv hallar , yoxsa aviasiya şirkətinin hansısa ehtiyatsızlığı və ya texniki nasazlığı nəzərə almaması nəticəsində baş verib".

Q.Əliyevin sözlərinə görə, istehsalçı şirkətin məsuliyyəti yalnız təyyarənin zavod qüsuru nəticəsində qəza baş verdikdə gündəmə gəlir:

“Yəni istehsal zamanı yaranmış və nəzərə alınmamış hər hansı təhlükəsizlik boşluğundan baş verən qəzalarda məsuliyyət istehsalçı şirkətə aid edilə bilər.

Amma əgər təyyarənin istehsalı zamanı hər hansı qüsur, texniki çatışmazlıq və ya təhlükəsizlik boşluğu olmayıbsa, lakin sonradan təyyarəyə düzgün texniki qulluq göstərməyibsə, burada təyyarəni istehsal edən zavodun nöqsanlarından danışmaq mümkün deyil".

Lalə Novruz, BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:213
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 26 Dekabr 2024 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see601

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see423

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see301

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see291

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see273

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see263

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see260

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see238

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see215

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see208

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see207

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see200

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see191

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see188

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see184

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see179

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see168

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see168

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri