Qəzaya uğrayan AZAL təyyarəsi üzrə istintaq başa çatır Yekun hesabat AÇIQLANACAQ
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün Azərbaycanın Bakı–Qroznı reysini yerinə yetirən AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından 11 ay keçir.
Modern.az-ın məlumatına görə, hadisənin bir ilinin tamam olmasına bir ay qalmış Qazaxıstan hökuməti qəza ilə bağlı yeni məlumat yayıb.
Qazaxıstanın nəqliyyat nazirinin müavini Maksat Kaliakparov bildirib ki, Aktau hava limanı yaxınlığında baş verən aviasiya qəzası üzrə araşdırmalar davam edir.
Onun sözlərinə görə, iş çox mürəkkəbdir, hazırda məhkəmə-tibbi ekspertizalar aparılır və bütün proses yekunlaşdıqdan sonra tam rəy aidiyyəti ölkələrə təqdim olunacaq. Lakin nazir müavini araşdırmanın dəqiq nə vaxt bitəcəyini deməyib. O, bunun yalnız 2025-ci ilin sonuna qədər açıqlanacağını bildirib.
Xatırladaq ki, ötən ilin 25 dekabrında AZAL-a məxsus sərnişin təyyarəsi Aktau yaxınlığında qəzaya uğramışdı. Təyyarədə 62 nəfər sərnişin və 5 ekipaj üzvü var idi. Onların 37-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı idi. Faciə nəticəsində 38 nəfər həlak olmuş, üçü uşaq olmaqla 29 nəfər sağ qalmışdı.
Hadisəyə səbəb Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən buraxılan raket olduğu bildirilib. Məsələ bir neçə ay əvvəl Düşənbədə İlham Əliyevlə Putin arasında keçirilən görüşdə də müzakirə olunub.
Vladimir Putin həmin görüşdə bildirib ki, qəzanın səbəblərinə və bu işdə məsuliyyət daşıyan şəxslərin fəaliyyətinə hüquqi qiymət veriləcək. Onun sözlərinə görə, Rusiya həm araşdırma prosesində, həm də kompensasiya məsələlərində üzərinə düşən hər şeyi edəcək: “Bu hadisəyə qəti nöqtə qoymaq üçün zamana ehtiyac var”.
Hazırda həm Azərbaycan, həm də region ölkələri araşdırmanın yekun hesabatını gözləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 25 Noyabr 2025 11:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















