Icma.az
close
up
RU
AZAL təyyarəsinin qəzası üzrə istintaq başa çatır Qazaxıstan tarix AÇIQLADI

AZAL təyyarəsinin qəzası üzrə istintaq başa çatır Qazaxıstan tarix AÇIQLADI

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayev AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı aparılan istintaqın artıq son mərhələyə daxil olduğunu bildirib.

Modern.az xəbər verir ki, bu barədə Bozumbayev jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, proses həm cinayət, həm də texniki istiqamətlər üzrə paralel şəkildə davam edir.

Bozumbayevin sözlərinə görə, cinayət işi Qazaxıstan Baş Prokurorluğu tərəfindən aparılır. Qurum Rusiya istintaq orqanları ilə daimi əlaqədədir. “Orada da müəyyən irəliləyiş var. Qonşu ölkə liderlərinin bəyanatları da bunun təsdiqidir”, - deyə o vurğulayıb.

Texniki araşdırma Qazaxıstanın Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilir. Nazirlik hazırda təyyarədə istifadə olunan texnologiya və aviasiya cihazlarının lisenziya sahiblərindən son rəyləri gözləyir:

“Əslində Nəqliyyat Nazirliyi üzrə nəticəni bu il və ya gələn ilin əvvəlində tamamlaya bilərik,” - deyə Bozumbayev parlamentdə çıxışı zamanı bildirib.

Baş nazir müavini həm texniki, həm də cinayət araşdırmasının 2026-cı ildə yekunlaşacağına ümid etdiyini deyib.

Xatırladaq ki, ötən ilin 25 dekabrında AZAL-a məxsus sərnişin təyyarəsi Aktau yaxınlığında qəzaya uğramışdı. Təyyarədə 62 nəfər sərnişin və 5 ekipaj üzvü var idi. Onların 37-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı idi. Faciə nəticəsində 38 nəfər həlak olmuş, üçü uşaq olmaqla 29 nəfər sağ qalmışdı.

Hadisəyə səbəb Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən buraxılan raket olduğu bildirilib. Məsələ bir neçə ay əvvəl Düşənbədə İlham Əliyevlə Putin arasında keçirilən görüşdə də müzakirə olunub.

Vladimir Putin həmin görüşdə bildirib ki, qəzanın səbəblərinə və bu işdə məsuliyyət daşıyan şəxslərin fəaliyyətinə hüquqi qiymət veriləcək. Onun sözlərinə görə, Rusiya həm araşdırma prosesində, həm də kompensasiya məsələlərində üzərinə düşən hər şeyi edəcək: “Bu hadisəyə qəti nöqtə qoymaq üçün zamana ehtiyac var”.

Hazırda həm Azərbaycan, həm də region ölkələri araşdırmanın yekun hesabatını gözləyir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Dekabr 2025 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri