Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Qəzəb və qürur un qəzəbi

Qəzəb və qürur un qəzəbi

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

11 sentyabr terrorundan sonra məşhur italyan jurnalisti Oriana Fallaçi "Qəzəb və qürur” kitabını yazır və dərhal da özünü qızğın diskussiyaların mərkəzində görür. 

Dünənədək hamı tərəfindən fəxrlə cəsarət simvolu kimi qəbul olunan qadın jurnalisti bir anın içində ultrasağçı, hətta faşist elan edirlər, müsəlman icması onu məhkəməyə verir, Solçular tənqid edir. Unudulur ki, Fallaçi hələ erkən yaşlarından antifaşist olub, həyat yoldaşı Aleksandros Panaqulis isə Yunanıstanda "Qara polkovniklər”ə qarşı əldə silah vuruşub.

O da unudulur ki, Fallaçi Afrikadan Latın Amerikasına qədər dünyanın ən qaynar nöqtələrində çalışıb, Meksikada ağır yaralanıb, Vyetnam və İraq müharibələrindən reportajlar hazırlayıb, müsahiblərinin siyahısında isə Xomeyni, Qəzzafi, Zülfüqar Bhutto, kral Hüseyn, Qolda Meir, Yasir Ərafat var.

"Qəzəb və qürur”un yaratdığı qəzəb Fallaçinin Avropanın gələcəyinə ifrat pessimist baxışları və miqrantlara qarşı mənfi münasibəti ilə bağlı idi. "Bu, mənim arzuladığım Avropa deyil. Bu, Avropanın intiharıdır”, - Fallaçi yazırdı.

Emosional üslubda yazılmış kitabında jurnalist Qərblə Şərqin dialoqunu inkar edir, onları heç vaxt dil tapmayacaq fərqli dünyagörüşlər sayır, miqrantları isə işğalçı orduya bənzədirdi. O, Avropa liberallarını günahlandıraraq "Bibliyanı və marksizmi dəbdə olan politkorrektliyə dəyişmiş parazitlər” adlandırırdı.

Fallaçi qorxu içində yazırdı ki, vaxt gələcək, Avropa miqrantların ordusu qarşısında çökəcək, Qoca qitənin dəyərləri məhv olacaq.  "Politkorrektlik dəb və mistifikasiyadır, ağla qaranı eyniləşdirir, Humanizm adı altında işğalçıları qoruyur və müdafiəçiləri ləkələyir, caniləri bağışlayır və qurbanları ittiham edir, taliblər üçün göz yaşı tökür və amerikalıları lənətləyir”, - Fallaçi yazırdı.

Oriana Fallaçi 2006-cı ildə vəfat etdi, "Ərəb baharı”nın gətirdiyi nəhəng köçü, İspaniya və Belçikadakı teraktları, Şarli Ebdonu, qorxulu proqnozlarının necə dəqiqliklə doğrulduğunu görmədi.  Sonra baş verənlər onun necə haqlı olduğunun təsdiqi kimi təqdim oluna bilər. Ancaq nəticələr çıxarmağa tələsməyək. Çünki eyni ünvana fərqli yollarla getmək olar. Fallaçinin təsvir etdiyi trayektoriya həmin yollardan olsa-olsa biridir. Vaxtilə marksist Xorkxaymer yazırdı: "Kim kapitalizmə qarşı çıxa bilmirsə, faşizmə qarşı da çıxmamalıdır”. Çünki, faşizmi kapitalizm bəsləyir və səhnəyə çıxarır. Fallaçi də "sivilizasiyaların toqquşması”nı tənqid edir, ancaq kapitalizm barədə susurdu...

Oriana Fallaçi "Ərəb baharı”ndan sonra Avropaya olan köçü görsəydi, ehtimal ki, yenə miqrantları Avropaya əzəli-əbədi yad olmaqda, politkorrekt vətəndaşları isə xəyanətdə suçlayardı. Halbuki, problemin kökü daha dərindir.

Əgər Qərb sivilizasiyası miqrantlara yaşamaq üçün başqa dəyərlər, alternativ təklif edə bilməyibsə, bundan sivilizasiyaya daha pis. Əgər Avropa nəinki yeni qaçqınları, hətta Avropada doğulmuş müsəlmanları inteqrasiya edə bilməyibsə və etmək istəməyibsə - bunda Avropa günahkardır. Xurafat, mövhumat və dini radikalizmə qarşı alternativ kimi adi insani dəyərlər, yaxud sadəcə normal iş, sosial siyasət, yaşam perspektivləri verilə bilər. Bunlar isə yoxdur. Multikulturalizm mifi iflasa uğrayıb. Zatən, kapitalizmdə başqa cür ola da bilməzdi. Və bu şəraitdə ac meşşanların faşizmi ilə tox meşşanların neoliberalizmi toqquşmalıydı. Necə ki toqquşdu da.

Əslində, Qloballaşma kiminsə narazılığına və ya qəbul etməməsinə görə dayanmayacaq obyektiv prosesdir. O, elmi-texniki və rəqəmsal "inqilablar”ın nəticəsidir. Yəni, xalqlar, mədəniyyətlər və ya mədəniyyətsizliklər arasında məsafə qısalmaqda davam edəcək. Çoxqütblü dünya axtarışları da qloballaşmanı zəruri istiqamətə yönəltmək cəhdidir. Burada əsas problem qloballaşmada deyil, onun istiqamətindədir, hazırkı neoliberal formasındadır. 

Spekulyativ maliyyə kapitalı və transmilli korporasiyaların tandemi bəşəriyyəti yox, onun məhvini və müharibələri qloballaşdırır. İnsanlığın düşməni qloballaşma yox, dünyanı eyni zamanda qlobal ticarət mərkəzinə, dəlixanaya və hərb teatrına çevirən neoliberalizmdir. Və bu mənada qlobalistlərlə onlara qarşı dayanan "antiqlobalist” libaslı "ənənəvi dəyərlər” tərəfdarları arasında prinsipial fərq yoxdur. Neoliberalizm onların saxta münaqişəsini alovlandırmaq üçün hərəsinin əlinə bir bayraq verib. Nəticədə qloballaşmanın tənqidçilərini "patriarxal sistemin müdafiə”sində və "xurafat”da, "mütərəqqi dəyərlər” təbliğ edənləri isə "ənənələri məhv etmək”də günahlandırmaq şansı yaranıb.

Miqrantlara isə çox tezliklə Avropa hökumətlərində ehtiyac yaranacaq. Müharibəyə hazırlaşan Avropada onlar potensial muzdlu döyüşçülərdir – qalır sadəcə vətəndaşlıq almaq imkanı və pul ilə şirnikləndirmək. Sosial şəbəkələr və nasist bandaları hakimiyyətlərin sifariş etdiyi "vahid ictimai rəy” yaratmaq işinə cəlb olunacaq. Və onda açıq-aşkar görünəcək ki, "sivilizasiyaların toqquşması” mifi də, politkorrektlik çağırışları da bir medalın iki üzüdür...

Məmməd Süleymanov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 İyul 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see664

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see434

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see396

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see280

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see273

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see271

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see241

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see235

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see223

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see214

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see213

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see211

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see210

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see207

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see206

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see196

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see195

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see192

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see186

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri