Icma.az
close
up
RU
Qəzza sammitindən gözlənilən nəticələr: İki dövlətli həll yolu, yoxsa...

Qəzza sammitindən gözlənilən nəticələr: İki dövlətli həll yolu, yoxsa...

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Misirin Şarm əl-Şeyx şəhərində Qəzzada atəşkəs məsələsinə həsr olunmuş zirvə toplantısı keçiriləcək. 20 ölkənin dəvət olunduğu sammitin bu gün baş tutacağı bildirilir.

Prezident İlham Əliyev də Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirə işgüzar səfər edib.

Zirvə görüşündə Türkiyə, Azərbaycan, Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Qətər, BƏƏ, İordaniya, Səudiyyə Ərəbistanı, Pakistan və İndoneziya liderlərinin və ya xarici işlər nazirlərinin iştirakı gözlənilir. Lakin Qəzza münaqişəsində İsrail və İranın iştirakı gözlənilmir. Hər iki dövlət gərginlikdə əsas tərəflərdən sayılsa da, prosesdə iştirak etmirlər. Bu da bir neçə səbəblə əlaqələndirilir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə heyətinin üzvü Cavid Vəliyev mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandırıb.

- Cavid bəy, sammitdən gözləntilər nədir? Görüş Qəzza münaqişəsinin həllinə töhfə verə biləcəkmi?

- Əsas razılaşma atəşkəsin davamlı olması ilə bağlıdır. Çünki bununla bağlı müəyyən fikir ayrılıqları var. Anlaşılmazlıqların yeni müharibəyə yol açmaması üçün bu məsələdə müzakirələrə, konfransa ehtiyac var. Digər məsələ isə əldə ediləcək atəşkəs razılaşmasının şərtlərinin yerinə yetirilməsidir. Burada Qəzzaya humanitar yardım göstərilməsi, ərazinin idarə edilmə qaydasının müəyyənləşdirilməsi, HƏMAS və İsrail silahlı qüvvələrinin gələcəyi müzakirə obyektidir. Bununla yanaşı, təklif olunan məsələlərdən biri də Qəzzada təhlükəsizliyin təmin olunması üçün beynəlxalq missiyanın ərazidə fəaliyyət göstərməsi ilə bağlıdır. Bununla əlaqədar adı hallanan ölkələr də var. Əlbəttə ki, ən əsas məsələlərdən biri də Qəzzanın yenidən bərpasıdır. Müharibə dövründə Qəzza ciddi zərər gördü və ərazinin yenidən bərpası müzakirə mövzularındandır.

- Prosesdə Azərbaycanın rolunu necə qiymətləndirə bilərik? Çünki rəsmi Bakı həm də Yaxın Şərqin təhlükəsizliyində mühüm rol oynayır. Ölkəmizin həm İsrail-Türkiyə, həm İsrail-Suriya görüşlərinin keçirilməsinə vasitəçilik etməsi də bunun əyani sübutudur.

- Azərbaycanın Yaxın Şərqin təhlükəsizliyinin təmin olunmasında aparıcı rolu var. Bundan başqa, Azərbaycanın İsraillə münasibətlərinin yüksək səviyyədə olduğunu, eləcə də Fələstinlə bağlı məsələnin də iki dövlətli həll yolu prinsipi çərçivəsində həll edilməsini dəstəkləyir. Həm Qəzzaya yardım göndərmişik, həm müəyyən tələbələri Azərbaycana gətirmişik. Rəsmi Bakı bu məsələnin beynəlxalq hüquq çərçivəsində həllini dəstəkləyir. Digər tərəfdən, Azərbaycan torpaqlarını işğaldan azad edən, yenidənqurma işləri aparan, yəni konflikti yekunlaşdıran dövlətdir. Cənab prezidentin də buradakı müstəsna rolu danılmazdır. Bunu da Donald Tramp yaxşı bilir. Bildiyiniz kimi, avqustun 8-də Ermənistanla Azərbaycan arasında sülh sazişi məhz Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda paraflandı. Bu səbəbdən Azərbaycanın bu sadaladığım məsələlər baxımından burada rolu və verəcəyi təkliflər, oynayacağı rol olduqca vacibdir.

- Sammitdə İsrail və İran iştirak etmir. Sizcə, münaqişənin əsas tərəfləri hesab edilən ölkələrin iştirakı olmadan hər hansı nəticə əldə etmək mümkündür?

- Bunu iki kontekstdə şərh edə bilərik. Birincisi, hər hansı bir məsələnin müvafiq tərəflərin iştirakı olmadan həlli çətin olar. Digər baxımdan isə bu, onu da göstərə bilər ki, Qəzza məsələsinin həll edilməsini istəyən ABŞ münaqişə tərəflərini bu prosesin tərkibinə daxil etmək istəmir. Çünki onlar prosesin içində olsa gərginlik bəlkə daha da arta bilər. Ona görə də tərəfsiz və ya beynəlxalq hüquq prinsipləri ilə hərəkət edən dövlətlərin rol almasını istəmiş olar bilər. Bunu da dəqiq şəkildə konfransın sonunda görəcəyik.

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 Oktyabr 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see525

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see486

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see358

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see278

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see273

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see264

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see261

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see258

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see251

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see236

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see235

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see235

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see231

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see219

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see210

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see206

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see200

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see182

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see173

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri