Icma.az
close
up
RU
“İki dövlətli həll” MESAJI

“İki dövlətli həll” MESAJI

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Fransa Prezidenti Emmanuel Makron və Fələstin Prezidenti Mahmud Abbas Parisdə görüş keçiriblər. 

"Cebheinfo.az" xəbər verir ki, Makron Fransaya rəsmi səfər edən Fələstin Prezidenti Mahmud Abbasla birgə mətbuat konfransı təşkil edib. O, Fransanın Fələstin Dövlətini tanımasından sonra Abbasın ilk dəfə səfər etdiyini xatırladıb: 

“Həm Fələstin, həm də İsrail xalqları və regionun gələcəyi baxımından əhəmiyyətli olan bu anda, Fransa yalnız iki dövlətli həllə, İsrail və Fələstin xalqlarının və bütün region xalqlarının sülh və təhlükəsizlik içində yaşamasına və onların qanuni tələblərinin təmin olunacağına güclü inamını bir daha ifadə etmək istəyir”. 

Makron ABŞ Prezidenti Donald Trampın Qəzza planı çərçivəsində davam edəcəklərini bildirərək Fələstin Dövlətinin qurulmasına yol açacaqlarını vurğulayıb. 7 oktyabr hücumlarını qınadığı və terrorizmi rədd etdiyi üçün Abbasa təşəkkür edən Makron ona “sülh tərəfdaşı” olaraq müraciət edib və Qəzzadakı atəşkəs planına bütün tərəflərin “tam şəkildə” riayət etməli olduğunu qeyd edib: 

“Fransa Qəzzanın təhlükəsizlik, humanitar və siyasi sahədə sabitləşməsinə töhfə verməyə hazırdır”. Makron, həmçinin Fransanın Qahirədə keçiriləcək Qəzzanın bərpasına dair konfransda üzərinə düşəni edəcəyini bildirib. Mahmud Abbas isə çıxışında Fələstin Dövlətini tanıdığı üçün Makrona təşəkkür edib. 

Abbas Fransanın bu qərarını bir çox ölkə ilə birlikdə “ədalət və sülhə gedən yolda tarixi dönüş nöqtəsi” kimi qiymətləndirib və Trampın Qəzza ilə bağlı səylərini məmnunluqla qarşıladıqlarını qeyd edib: 

“Həmçinin Misir, Qətər və Türkiyənin atəşkəsin möhkəmləndirilməsi, əsirlərin, məhbusların azad edilməsi və humanitar yardımların ölkəyə daxil olmasına icazə verilməsi üçün yorulmadan göstərdikləri səyləri də məmnuniyyətlə qarşılayırıq”. Fələstin Administrasiyasının islahat addımlarını xatırladan Abbas hələ bu qərarı verməmiş ölkələri Fələstin Dövlətini tanımağa çağırıb. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Noyabr 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see356

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see329

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see306

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see274

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see269

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see260

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see256

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see247

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see242

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see241

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see241

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see237

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see233

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see231

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see221

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see217

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see212

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see210

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri