Icma.az
close
up
RU
Yaxın Şərqdəki münaqişəni həll etməyin yolu iki dövlətli həlldir

Yaxın Şərqdəki münaqişəni həll etməyin yolu iki dövlətli həlldir

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Sülhə nail olmaq üçün öncə ədalətli yanaşma olmalıdır. Münaqişələrin həllində dominant olacaq məsələ beynəlxalq hüquq prinsipləri olmalıdır. Ancaq Rusiya, Ukrayna, eyni zamanda Qəzzadakı Həmas-İsrail qarşıdurmasında biz nə beynəlxalq hüquq predmeti, nə də bir ədalətli yanaşmanı görmürük".

Bu fikirləri Redaktor.az-a politoloq Natiq Miri dünyada baş verən münaqişələrdən danışarkən bildirdi.

"Donald Trampın ən böyük yanlışı burdadır. Bu gün İsrail Qəzzada kütləvi insan qırğınına səbəb olur və bu hər gün davam edir. Paralel bu sadəcə silahla edilmir. Bu gün Qəzzə əhalisi blokada vəziyyətində acılıqdan əziyyət çəkir və aclıqdan ölənlərin sayı artıq durmadan artır. Bunlar açıq şəkildə soyqırım nişanələridir. Çox maraqlıdır ki, fələstinlilərin öldürülməsi üçün verilən silahı təchiz edən Donald Trampdır. Yəni bir tərəfdən İsrailə ən müasir silahları, dağıdıcı silahları, konvensial öldürücü silahları verəcəksən, o biri tərəfdən bir də müharibənin bitməsini istəyəcəksən. Bu birtərəfli qaydada tərəfli yanaşmadır. İsraildən yana tərəfli yanaşmadır. Təbii ki, bunu Fələstin, Həmas, ərəb ölkələri, o cümlədən Fələstini dəstəkləyən dövlətlər qəbul etmir və etməyəcək. Ona görə bu münaqişə uzanır".

Politoloqun fikrincə, Rusiya-Ukrayna müharibəsində yanlış yanaşma var.

"Donald Tramp hakimiyyətə gələndən sonra Rusiya ilə münasibətləri, xüsusilə də Ukrayna-Rusiya müharibəsi kontekstində yanaşması beynəlxalq hüququ rədd edərək olub. Beynəlxalq cinayət məhkəməsinin Rusiya Prezidenti Vladimir Putinin həbsi ilə bağlı order qərarı var. Donald Tramp bu orderi gözardı edərək, ayrıca Ukrayna ərazisinin işğalı faktını rədd edərək, Rusiya, Ukrayna torpaqlarının peşkəş edilməsi kontekstində müharibənin bitməsini istəyir. Bunu bu günə kimi döyüşən, Rusiya ordusu qarşısında dörd ilə yaxın dirəniş göstərən Ukrayna xalqı, əsgərləri, ordusu, dövlət başçısı bunu qəbul etməz. Bunu dəstəkləyən digər qərb dövlətləri qəbul etməz. Ona görə yanaşma fundamental səhvdir. Hətta qısa müddətli atəşkəs, ya münaqişənin dondurulması mümkün olmuş olsa da, bunlar perspektivdə yenidən partlayacaq minalardır. Bunu heç kəs unutmasın. Ola bilər, bu gün təcili qaydada atəşkəsin təmin olunması üçün Ukraynanın istənilən bir ərazisinin Rusiyaya verilməsinə Donald Tramp razı ola bilər. Çünki oktyabra qədər Nobel sülh mükafatı məsələsini həll etmək istəyindədir".

Müsahibimiz bildirdi ki, Donald Tramp zamana qarşı oynayır:

"Onun üçün Ukrayna torpaqları, əhalisi, ölənlər heç bir maraq kəsb etmir. Ona görə bu münaqişələrin həlli məsələsi uzanır. Rusiya rəhbərliyi elə bir zehniyyətə malikdir ki, onlar yalnız və yalnız güc dilindən anlayır. Qarşısında da birlik nümayiş etdirən qlobal bir güc görməyənə qədər əlbəttə Rusiya sülh masasına və atəşkəs masasına oturmayacaq. Ona görə də Qəzzadakı bu qırğınlar davam edir. Rusiya-Ukrayna müharibəsini dayandırmaq mümkün olmur. Yəni bu yanlış bir siyasətdir. Bu konkret korporativ maraqlara söykənən bir siyasətdir ki, bəzi lokal əməliyyatlarda özünü doğrultdu. Deyək ki, Hindistan-Pakistan toqquşması qısa müddətli oldu. Müdaxilə ilə dayandırıldı və bunun uzanmasına imkan verilmədi. Hər iki tərəf bu gerçəyi anladı. Eyni zamanda Kamboca-Tayland arasında da qısa müddətli doqquşma dayandırıldı. Azərbaycan-Ermənistan münaqişəsi uzun müddətli olmuş olsa da bu ona görə mümkün oldu ki, Azərbaycan-Ermənistan rəhbərliyi arasında artıq bir çox anlaşmalar sülhü çox yaxınlaşdırmışdı. İkili müstəvidə danışıqlar konkret müəyyən nəticələrə gətirib çıxarmışdı. Onsuz da bölgədə Azərbaycanın iradəsi ilə bir sülh şəraiti, sabitlik mövcud idi. Müharibə yox idi, lokal əməliyyatlar keçirilmirdi, insanlar ölmürdü. Yəni bu sabitlik mövcud idi. 30 illik münaqişəni Donald Trampın  asanlıqla həll etdi. Bunu hər kəs anlayır ki, bu belə deyil. Ona görə də bu münaqişələr, buradakı vəziyyət Ukrayna-Rusiya və Yaxın Şərqdəki müharibələrdən fərqlidir. Eyni zamanda yanaşma tərzi də fərqlidir. Burada ədalətli olmayana qədər bu münaqişələri uzun müddətli həll etmək mümkün olmayacaq".

Natiq Mirnin sözlərinə görə, Yaxın Şərqdəki münaqişəni həll etməyin yolu iki dövlətli həlldir:

"Bununla bağlı BMT-nin Təhlükəsizlik Şurasının 67-ci il qətnaməsi var. Buyurub bunu həll etsinlər, beynəlxalq hüquq bunu tələb edir. Ancaq fikir verirsinizsə, bunu nə İsrail istəmir, nə də Amerika Birləşmiş Ştatları İsrailin istəyinə uyğun davranır. Problem burdadır. Bu həmin Trampdır ki, birinci prezidentlik dönəmində beynəlxalq hüquqa tüpürərək Suriyanın ərazisi olan Qolan təpələrini İsrailin tərkib hissəsi kimi tanıdı. İşğal torpaqlarını rəsmiyyətə çevirdi və tanıdı. Ona görə beynəlxalq və hüquq, hüquq anlayışı, ədalət anlayışı Donald Tramp üçün heç nə ifadə etmir. Bu gün Azərbaycana yönəlik bəzi korporativ maraqlar kontekstində Donald Tramp addımlar ata bilər və bu kontekstdə bizim xoşumuza gələ bilər. Ancaq reallıqda bunlar, yəni ədalət, hüquq anlayışları Donald Tramp üçün tərs mütənasibdir".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 Avqust 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see444

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see441

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see326

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see294

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see283

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see277

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see273

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see271

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see226

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see194

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see181

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri