Qəzzada daha bir İsrail əsgəri həlak oldu
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
Qəzza zolağında döyüşlər zamanı İsrail ordusunun daha bir əsgəri həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 401-ci “Dəmir izlər” zirehli briqadasının döyüş mühəndisliyi batalyonunda xidmət edən 22 yaşlı serjant Yosef Yehuda Hirak öldürülüb.
Onun Qəzza zolağının şimal hissəsində gedən döyüş zamanı həlak olduğu qeyd edilir.
Bu, İsrail ordusunun mayın 18-də “Gideonun arabaları” adlı yeni genişmiqyaslı quru əməliyyatı çərçivəsində hərbi əməliyyatların başlanmasından sonra ilk itkisidir.

Qəzzada daha iki İsrail əsgəri ölüb
06 Fevral 2025 11:42
Qəzzada iki İsrail əsgəri öldürüldü
05 İyul 2025 13:49
Qəzzada 4 İsrail əsgəri öldü
07 İyun 2025 10:19
Qəzzada atışma zamanı 2 İsrail əsgəri yaralanıb
11 İyun 2025 18:09
Qəzzada həyata keçirilən hücumlarda iştirak edən daha bir İsrail əsgəri intihar edib
15 Avqust 2025 08:52

