Icma.az
close
up
RU
“Qəzzada mülki əhalinin acından qırılması cinayətdir Dərhal dayandırılmalıdır!”

“Qəzzada mülki əhalinin acından qırılması cinayətdir Dərhal dayandırılmalıdır!”

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fransa Prezidenti Emmanuel Makron Qətər Əmiri ilə Qəzza zolağındakı humanitar böhranla bağlı telefon danışığı aparıb.

Makron bildirib ki, bölgədə mülki əhalinin aclıqla üz-üzə qalması cinayətdir və bu, dərhal dayandırılmalıdır. Onun sözlərinə görə, İsrailin Qəzzadakı xəstəxanaya endirdiyi son hava zərbələri nəticəsində çoxsaylı mülki vətəndaşlar və jurnalistlər həyatını itirib.

“Bu, yolverilməzdir. Mülki şəxslər və media nümayəndələri istənilən vaxt qorunmalıdır. Jurnalistlər müstəqil şəkildə hadisələrin gedişatını işıqlandırmaq imkanına sahib olmalıdır,” – deyə Fransa Prezidenti vurğulayıb.

Makron həmçinin bildirib ki, humanitar yardımın qarşısı dərhal açılmalı, beynəlxalq hüquqa hörmət göstərilməlidir. O, atəşkəsin daimi şəkildə təmin olunması, girovların azad edilməsi, genişmiqyaslı humanitar yardımın çatdırılması və uzunmüddətli siyasi həllin vacibliyinə diqqət çəkib. Bu çərçivədə, HƏMAS-ın tərksilahı və sabitlik missiyasını da əhatə edən tədbirlərin önəmini vurğulayıb.

Fransa lideri, bu məqsədlə sentyabrın 22-də Nyu-Yorkda keçiriləcək “iki dövlətli həll” üzrə beynəlxalq konfransa hazırlıqların davam etdiyini bildirib və bu yolda Qətərlə sıx əməkdaşlıq apardıqlarını qeyd edib.

Telefon danışığında həmçinin Livanın suverenliyinin qorunması, Suriyada sabitliyin təmin olunması və İranın nüvə proqramı ilə bağlı E3 formatında aparılan diplomatik səylər də müzakirə olunub.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 Avqust 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see401

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see394

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see271

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see252

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see237

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see234

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see229

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see226

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see225

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see208

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see199

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see198

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see196

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see193

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see189

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see189

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see186

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see185

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see184

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri