Qəzzalıları Afrikaya deportasiya etmək istəyirlər
Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Əməliyyatlarını genişləndirməyə hazırlaşan və tənqidlərə baxmayaraq, ABŞ prezidenti Donald Trampın qəzzalıları başqa ölkələrə deportasiya etmək planını həyata keçirməyə davam edən İsrailin Cənubi Sudanla danışıqlar apardığı bildirilir.
Reyting.az xəbər verir ki, məsələdən xəbəri olan altı müxtəlif mənbə danışıqların getdiyini təsdiqləsə də, onun hansı mərhələdə olduğunu açıqlamayıblar.
İsrail Xarici İşlər Nazirliyi şərh verməkdən imtina edib, Cənubi Sudanın Xarici işlər naziri də suallara cavab verməyib. ABŞ Dövlət Departamenti də özəl diplomatik danışıqları şərh etmədiyini bildirib.
İsrailin regiondan kütləvi miqrasiyanı təşviq etmək planının bir hissəsi kimi digər Afrika ölkələri, o cümlədən Sudan və Somali ilə oxşar köçürmə planları ilə bağlı müzakirələr apardığı məlumdur.
İsrailin baş naziri Binyamin Netanyahu son açıqlamasında, "Qəzza xalqının Qəzzanı tərk edib başqa yerlərə köç etməsinə icazə verəcəyik",- deyərək, sözügedən planlara reaksiyanı azaltmaq istəyib.
E. KAMAL
Bu mövzuda digər xəbərlər:Yaponiya qəzzalıları qəbul edəcək
04 Fevral 2025 14:03
İsrail ordusu qəzzalıları təxliyəyə çağırdı
22 May 2025 17:41
Ağ Ev Qəzzalıları Somaliyə köçürməyi planlaşdırır
06 Fevral 2025 16:09
Zirənin legioneri Afrikaya yollanır
10 Noyabr 2024 11:50
Lavrov Afrikaya səfər etdi
20 Fevral 2025 10:31
Baxış sayı:35
Bu xəbər 14 Avqust 2025 09:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















