Icma.az
close
up
RU
Qəzzaya ayrılan pulları birjada yeyiblər? Türkiyə Dəyanət Vəqfindən açıqlama

Qəzzaya ayrılan pulları birjada yeyiblər? Türkiyə Dəyanət Vəqfindən açıqlama

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Türkiyə Dəyanət Vəqfinin (TDV) Baş direktoru İzani Turan və onun iki müavini — Rəcəb Balkan ilə Fatih Kayacanın vəzifələrindən azad edildiyi bildirilib. 

“Qafqazinfo”nun məlumatına görə, sözügedən şəxslərin Qəzza üçün toplanan ianələrin birja fondu üzərindən riskli yatırımlara yönəldilməsi və vəqfin təqribən 48 faiz həcmində zərərə uğramasından sonra postlarından uzaqlaşdırıldığı iddia edilib.

Məsələ ilə bağlı vəqf daxilində araşdırmaların davam etdirildiyi qeyd olunub.

Yayılan məlumatlardan sonra isə Türkiyə Dəyanət Vəqfi (TDV) rəsmi bəyanatla çıxış edərək iddiaları qətiyyətlə təkzib edib:

“Son günlər bəzi mətbuat orqanlarında və sosial şəbəkələrdə vəqfimizin fond yatırımlarından zərər çəkdiyi və bu səbəbdən rəhbərlərin vəzifədən uzaqlaşdırıldığı haqqında iddialar yayılıb.

TDV 1975-ci ildən bəri 149 ölkədə fəaliyyət göstərən şəffaf bir qurumdur. Qanunvericiliyə uyğun olaraq nağd vəsaitlər faizsiz maliyyə prinsiplərinə əsasən qiymətləndirilir. Adıçəkilən portfel idarəetmə şirkətlərində və ya ləğv edilən fondlarda vəqfimizin heç bir maliyyə resursu yoxdur. Dolayısı ilə hər hansı maliyyə itkisindən və ya zərərdən söhbət gedə bilməz”.

Vəqf yalnız faizsiz maliyyə prinsiplərinə uyğun Türkiyənin “Aktif Portföy” şirkəti tərəfindən idarə olunan “Aktif Portföy Para Piyasası Katılım (TL) Fonu” – TLK fonduna yatırım etdiyini, həmin fonddan da vəsaitlərin təhlükəsiz şəkildə geri çəkildiyini və heç bir zərər çəkmədiyini vurğulayıb.

Rəhbərliyin işdən çıxarılması məsələsinə də aydınlıq gətirən vəqf bu addımın fond müzakirələri ilə heç bir əlaqəsinin olmadığını bildirib:

“Baş direktor və müavinlərinin bununla əlaqədar vəzifədən alınması ilə bağlı səslənən iddialar yalandır. Rəhbərlikdəki dəyişiklik uzun müddətdir Qəyyumlar Şurasının gündəmində olan bir məsələ idi və bu prosesin iddialarla eyni dövrə düşməsi tamamilə təsadüfdür.

Bütövlüklə qurumumuza qarşı qərəzli böhtan və təxribat xarakterli xəbərləri yayanlara qarşı hüquqi müstəvidə addımlar atılacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 23 Oktyabr 2026 21:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see307

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see282

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see281

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see272

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see271

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see263

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see262

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see259

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see252

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see245

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see232

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see231

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see221

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see216

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see214

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see213

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see210

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see198

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see197

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri