Icma.az
close
up
RU
QHT 8 illiyini qeyd edib, yeni elmi tibbi kitab təqdim olunub FOTOLAR

QHT 8 illiyini qeyd edib, yeni elmi tibbi kitab təqdim olunub FOTOLAR

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

29 sentyabr 2025-ci il tarixində Bakı şəhərində Yeni Klinikanın akt zalında “Kistik Fibroz Xəstələrinə Yardım” İctimai Birliyi (KİFYİB) yaranmasının 8-ci ildönümünü qeyd edib.

QHT.az xəbər verir ki, tədbir həm də Birliyin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sən də Gəl, Sən də Tanı” layihəsi çərçivəsində hazırlanmış “Kistik Fibroza Dair” elmi-tibbi kitabının təqdimatı ilə yadda qalıb. Tədbirdə dövlət qurumlarının nümayəndələri, Milli Məclis üzvləri, səhiyyə mütəxəssisləri, alimlər, vətəndaş cəmiyyəti təmsilçiləri, kistik fibroz xəstələrinin ailələri və bölgələrdən gələn həkimlər iştirak ediblər. Ümumilikdə yüzdən artıq qonaq tədbirə qatılıb. Açılış mərasimi Dövlət Himni ilə başlayıb, şəhidlərin xatirəsi anılıb.

Çıxış edənlər arasında Yeni Klinikanın direktoru Barat Yusibov, Səhiyyə Nazirliyinin nümayəndəsi Aynura Zeynalova, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Nuranə Mirzə, TƏBİB-in rəhbərliyini təmsil edən Pərvin Əkbərov, KİFYİB-in sədri və layihə rəhbəri Səadət Bayramova, kitabın həmmüəllifləri – pediatrlar, neonatoloqlar və pulmonoloqlar, həmçinin professor Rəqsanə Məmmədova və vətəndaş cəmiyyəti nümayəndəsi, jurnalist Cəsarət Hüseynzadə olub.

KİFYİB-in sədri Səadət Bayramova çıxışında Birliyin 8 illik fəaliyyəti barədə məlumat verib, həyata keçirilən layihələri xatırladıb və kitabın ərsəyə gəlmə prosesi ilə bağlı fikirlərini bölüşüb. Tədbirdə Gəncədə keçirilmiş ilk təqdimat mərasimindən videomaterial da nümayiş olunub.

Kitabın müəllifləri – müxtəlif ixtisas sahibləri olan həkimlər – kistik fibroz xəstəliyinə dair elmi yanaşmalarını, praktik təcrübələrini, üzləşdikləri çətinlikləri və pasiyentlər üçün faydalı tövsiyələrini iştirakçılarla bölüşüblər. Tədbirin sonunda isə müzakirə sessiyası təşkil olunub.

Beləliklə, KİFYİB-in 8 illik yubiley tədbiri bir daha təsdiqlədi ki, qurum ölkədə həm xəstələrin və ailələrin, həm də səhiyyə mütəxəssislərinin yanında dayanan mühüm ictimai platformadır.

Qeyd edək ki, tədbirdən çəkilmiş fotolar ayrıca “Kistik Fibroza Dair – Bakı 2025” albomunda yerləşdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 01 Oktyabr 2025 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see236

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see227

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see215

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see212

Ədəbiyyat və publisistikamızın unudulmaz siması

14 Noyabr 2025 12:07see154

Mbappe tarixə düşdü Peledən sonra ilk

14 Noyabr 2025 06:39see150

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see149

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see149

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see149

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see142

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see141

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see141

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see141

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see139

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see138

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see138

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see138

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see137

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see136

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri