Icma.az
close
up
RU
Real Tibb Mərkəzi 20 illiyini qeyd etdi Fotolar+Video

Real Tibb Mərkəzi 20 illiyini qeyd etdi Fotolar+Video

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2005-ci il avqustun 12-də Prezident İlham Əliyevin iştirakı ilə açılışı keçirilən Real Tibb Mərkəzi 20 illik yubileyini xüsusi tədbirlə qeyd edib.

“Qafqazinfo” xəbər verir ki, şəhərin ən tanınmış özəl tibb müəssisələrindən biri olan mərkəz, iki onillik ərzində minlərlə insana sağlam həyat bəxş edərək, keyfiyyətli tibbi xidmətin ünvanına çevrilib.

Tədbirdə mərkəzin rəhbərliyi, həkim heyəti, pasiyentlər və qonaqlar iştirak ediblər. 

Mərasimdə çıxış edən Real Tibb Mərkəzinin direktoru Ülkər Ədalətli ötən illərdə qazanılan nailiyyətləri vurğulayıb, mərkəzin yüksək ixtisaslı həkim kollektivi və müasir tibbi avadanlıqları ilə seçildiyini bildirib.

O, qeyd edib ki, 2005-ci ildən etibarən fəaliyyət göstərən klinika, hər zaman pasiyent məmnuniyyətini prioritet kimi müəyyən edib.

Klinikanın ən fəxrlə təqdim olunan sahələrindən biri isə Doğum şöbəsidir. Burada müasir avadanlıqlar, təcrübəli mama-ginekoloqlar, neonatoloqlar və peşəkar tibb bacıları xidmət göstərir. Şöbə ən yüksək tibbi standartlara cavab verir. Burada həm ana, həm də körpələrin təhlükəsizliyi və rahatlığı üçün hər cür şərait yaradılıb. İllər ərzində minlərlə sağlam körpənin dünyaya göz açdığı bu şöbə, ana olmaq sevincini yaşayan ailələrin yaddaşında xoş xatirələrlə qalıb. Pasiyentlər buradakı diqqət və qayğını, həkimlərin səmimi yanaşmasını xüsusilə qeyd edirlər.

Burada kardiologiya, terapiya, pediatriya, ginekologiya, travmatologiya, stomatologiya və digər sahələr üzrə peşəkar həkimlər xidmət göstərir. Müasir laboratoriya və diaqnostika şöbəsi ən son texnologiyalarla təchiz olunub ki, bu da xəstəliklərin erkən mərhələdə aşkarlanmasına və effektiv müalicəsinə imkan yaradır.

Yubiley tədbirində çıxış edən Real Tibb Mərkəzinin baş həkimi Cavid Allahverdiyev isə qeyd edib ki, 20 il ərzində minlərlə pasiyent burada sağlamlığına qovuşub. 

C. Allahverdiyev onlar üçün ən böyük mükafatın  pasiyentlərin etimadı və sağalaraq evlərinə dönməsi olduğunu vurğulayıb. 

Tədbir çərçivəsində klinikanın inkişaf yolunu əks etdirən video çarx nümayiş etdirilib. 

Daha sonra klinikanın həkimlərinə və əməkdaşlarına fəxri fərmanlar təqdim edilib. 

Yubiley tədbirində o da vurğulanıb ki, 20 il müddətində Bakı ilə yanaşı Sumqayıt və ətraf bölgələrdə sağlamlıq keşikçisi kimi fəaliyyət göstərən Real Tibb Mərkəzi, həm peşəkar heyəti, həm də pasiyentlərinə göstərdiyi diqqət və qayğı ilə hər zaman fərqlənməyi bacarıb.

Mərkəz 20 illik yubileyini daha böyük uğurlar üçün yeni bir başlanğıc kimi qiymətləndirir.

Sonda yubiley tortu kəsilib. 










Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 12 Avqust 2025 22:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see354

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see286

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see273

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see272

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see270

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see261

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see259

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see258

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see256

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see252

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see238

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see236

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see231

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see228

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see227

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see225

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see206

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see202

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see202

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri