Icma.az
close
up
RU
Milli Arxiv İdarəsi 105 illiyini qeyd etdi FOTOLAR

Milli Arxiv İdarəsi 105 illiyini qeyd etdi FOTOLAR

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Milli Arxiv İdarəsində Azərbaycan arxivinin 105 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə Milli Arxiv İdarəsinin və İdarənin tabeliyində fəaliyyət göstərən dövlət arxiv xidməti təşkilatlarının rəhbər və məsul əməkdaşları iştirak ediblər. Tədbir iştirakçıları ilk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş əziz Şəhidlərimizin, o cümlədən mərhum arxivçilərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

İdarənin rəisi Əsgər Rəsulov tədbiri açıq elan edərək giriş nitqi söylədi. Daha sonra “Azərbaycan Arxivi – 105 il” adlı kinoxronika nümayiş etdirildi.

Əsgər Rəsulov Azərbaycan Arxivinin 105 illiyi münasibətilə məruzə ilə çıxış edərək bildirdi ki, ölkəmizdə arxiv quruculuğu Azərbaycan Xalq Cümhuriyyəti dövründən, 1919-cu ildən başlanmış, lakin Cümhuriyyətin süqutundan sonra yarımçıq qalmışdır. Azərbaycanda sovet rejimi bərqərar olduqdan sonra Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun 6 dekabr 1920-ci il tarixli dekreti əsasında ölkəmizdə vahid dövlət arxiv fondunun yaradılması nəzərdə tutulmuşdur. 

Natiq sözügedən dövrdən etibarən Azərbaycanda arxiv quruculuğunun mərhələləri haqqında ətraflı məlumat verdi. Əsgər Rəsulov qeyd etdi ki, Azərbaycan arxivi Ulu Öndər Heydər Əliyevin həm Azərbaycan SSR-yə, o cümlədən müstəqil Azərbaycana rəhbərliyi dövründə daim onun diqqət və qayğısı altında olub. Ulu Öndərin ilk əmək fəaliyyətinə məhz arxivdə başlaması onun bu sahəyə marağını və arxivlərin əhəmiyyətinin göstəricisi idi. Təsadüfi deyildir ki, Ümummilli liderin 2002-ci il 2 dekabr tarixində imzaladığı “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında“ Fərmanın ölkəmizdə dövlət arxiv xidmətinin statusu və strukturunun müstəqil Azərbaycan Respublikasında gedən dövlət quruculuğu işinin tələblərinə uyğunlaşdırılmasında, habelə dövlət arxiv xidməti təşkilatlarının fəaliyyətlərinin yenidən qurulmasında müstəsna əhəmiyyəti oldu. Həmin Fərmanla Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında mərkəzi icra hakimiyyəti orqanı hüquqi statusunda Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi yaradıldı.

Ulu Öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi dövründə də, arxivlərə dövlət qayğısı davam edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 12 fevral tarixli 1815 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üzrə Dövlət Proqramı” arxiv işinin müasirləşdirilməsində böyük təkan rolunu oynadı.  

Daha sonra məruzə ətrafında Milli Arxiv İdarəsi rəisinin müavini Həsən Həsənov, Naxçıvan MR Dövlət Arxiv İdarəsinin rəisi Mehman Məmmədov, İdarənin insan resursları və hüquqi təminat sektorunun müdiri Təranə Aslanova, Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Könül Nəsibova, Dövlət Arxivinin Quba filialının direktoru Şirin Müzəffərov, Dövlət Arxivinin Gəncə filialının direktoru Eleonora Süleymanova, İdarənin maliyyə-təsərrüfat şöbəsinin aparıcı məsləhətçisi, İdarənin Həmkarlar İttifaqı Komitəsinin sədri Aqil Məmmədov çıxış etdilər.

Milli Arxiv İdarəsi və İdarənin Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə təşkil edilmiş “2025-ci il Suverenlik və Konstitusiya ili”, o cümlədən Azərbaycan arxivinin 105 illiyi çərçivəsində təşkil edilmiş məqalə müsabiqəsinin və stolüstü oyunların qalibləri mükafatlandırıldı. 

Sonda Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov İdarənin tabeliyində fəaliyyət göstərən dövlət arxiv xidməti təşkilatlarında, o cümlədən digər qurumların arxivlərində çalışan respublikamızın bütün arxivçilərini Azərbaycan arxivinin 105 illiyi münasibətilə təbrik etdi, onlara şərəfli və məsuliyyətli peşələrində uğurlar arzuladı. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:217
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Dekabr 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri