Icma.az
close
up
RU
QHT qadınlar üçün seminar təşkil etdi FOTOLAR

QHT qadınlar üçün seminar təşkil etdi FOTOLAR

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Təmas” RİİB  tərəfindən icra edilən "Bölgədə məişət zorakılığı və insan alverinə qarşı mübarizə tədbirlələrinin təşkili" layihəsi çərçivəsində artıq dörd aydır ki, qadın və uşaqlar üçün təhlükəsiz sığınacaq fəaliyyət göstərir.

“Cebheinfo.az”  xəbər verir ki, sığınacaqda zorakılıqdan zərər çəkmiş qadın və uşaqlar üçün təhlükəsiz və qoruyucu mühit yaradılır. Burada onlar yalnız müvəqqəti sığınacaqla təmin olunmur, eyni zamanda fərdi psixoloji və sosial dəstək alır, hüquqi məsləhətlərdən faydalanır, reabilitasiya prosesinə cəlb olunurlar. Qadın və uşaqların özünəinamının bərpası, sosial bacarıqlarının gücləndirilməsi və peşə yönümlü fəaliyyətlər vasitəsilə cəmiyyətə reinteqrasiya olunmaları üçün müvafiq şərait yaradılır.

Sığınacaqda qalan qadınların inkişaf potensialını   gücləndirmək və onların məlumatlılıq səviyyəsini artıraraq gələcək risklərdən qorunmalarını təmin etmək məqsədilə layihənin eksperti tərəfindən “İnsan alveri və onu doğuran səbəblər” mövzusunda maarifləndirici seminar təşkil edildi. Seminarda iştirakçılara insan alverinin mahiyyəti, yaranma səbəbləri və fərdlərə, eləcə də cəmiyyətə göstərdiyi mənfi təsirlər barədə ətraflı məlumat verildi. Həmçinin qadınların bu təhlükədən qorunması üçün zəruri biliklər, hüquqlarının müdafiəsi yolları və müraciət edə biləcəkləri dövlət və ictimai qurumlar haqqında praktik məsləhətlər təqdim olundu. Tədbir qadınların özünəinamını gücləndirməyə, həyat bacarıqlarını inkişaf etdirməyə və gələcəkdə qarşılaşa biləcəkləri risklərə qarşı daha hazırlıqlı olmalarına mühüm töhfə verdi.

Layihənin icrası davam edir.

“Cebheinfo.az” 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Avqust 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see358

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see336

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see330

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see329

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see300

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see295

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see287

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see268

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see262

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see250

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see241

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see239

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see220

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see209

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see201

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see196

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see195

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see193

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri