Icma.az
close
up
RU
QHT sədri Akif Kərimov: “Toy və yas mərasimlərinin sadə təşkili vacibdir”

QHT sədri Akif Kərimov: “Toy və yas mərasimlərinin sadə təşkili vacibdir”

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin sədri, cərrah Akif Kərimov QHT.az-a açıqlamasında toy və yas mərasimlərində israfçılığın qarşısının alınmasının vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, bu mərasimlərin sadə təşkili həm insanların maddi yükünü azaldar, həm də sağlamlığa müsbət təsir göstərər:
“Toy əlbəttə xoş xatirədir, hər kəs onu keçirir. Amma hər toyun da, ümumiyyətlə mərasimlərin də öz qaydası, öz qanunu olmalıdır. Çünki toylarda o qədər yemək verilir ki, bunların əksəriyyəti insan orqanizminə zərərli təsir göstərir. İnanın ki, xəstəliklərin 80 faizi qidalanma ilə bağlıdır. Belə israfçılıq sadəcə xərc deyil, həm də sağlamlığa ziyandır” – deyə Akif Kərimov bildirib.
QHT sədri həmçinin Qida Təhlükəsizliyi Agentliyinə müraciət edərək xaricdən gətirilən qidaların və bazarda satılan məhsulların üzərində ciddi nəzarətin artırılmasının vacibliyini qeyd edib.
Yas mərasimlərinə toxunan Akif Kərimov bildirib ki, burada da maarifləndirmə aparılmalı, xüsusilə mollalar və din xadimləri bu işdə fəal iştirak etməlidirlər:
“Yas mərasimlərində çoxsaylı yeməklərə ehtiyac yoxdur. Bir dəfə – məsələn, 3 mərasimində yemək verilə bilər, bununla da kifayətlənmək lazımdır. Hazırda bəzi yerlərdə 3 və 7 mərasimləri bir yerdə keçirilir, bu da yaxşı haldır. Çünki həm israfçılıq azalır, həm də insanlar borca düşmürlər”, – deyə o əlavə edib.
Akif Kərimov vurğulayıb ki, toy və yas mərasimlərində artıq xərclər ailələri borca salır, bu isə həm stress, həm də gələcək nəsillərin sağlamlığı üçün təhlükə yaradır:
“Milli Məclis də bu məsələyə diqqət ayırmalı və müvafiq qərarlar qəbul etməlidir”
Qeyd edək ki, Akif Kərimovun çağırışına dəstək olaraq artıq praktik nümunələr də formalaşmağa başlayıb. Belə ki, Salyan rayonunun Kürsəngi kəndində yas mərasimlərində ənənəvi ehsan süfrəsi təşkil edilməsinə son qoyulub. Kənd imamı və icma sədri  Şəhram Şirinovun təşəbbüsü ilə kənd ağsaqqalları və icma üzvləri qərara alıblar ki, yas mərasimlərində ehsan süfrəsi ləğv edilərək yalnız sadə çay süfrəsi təşkil edilsin.
Qərarın əsas məqsədi ailələrə əlavə maddi yükün qarşısını almaq, yasın mahiyyətinə uyğun sadəlik və mənəvi dəyərlərin qorunmasını təmin etməkdir. Bu addım həm də bölgədə maarifləndirmə işlərinin nəticəsi kimi qiymətləndirilir.
Mütəxəssislər hesab edirlər ki, belə təşəbbüslər digər bölgələrdə də tətbiq olunsa, həm ailələrin sosial rifahı yaxşılaşar, həm də toy və yas mərasimlərində israfçılıq aradan qalxar. 
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 Sentyabr 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri