Azərbaycan Milli QHT Forumunda toy və yas mərasimlərinin sadələşdirilməsi müzakirə olundu
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
Bu gün Azərbaycan Milli QHT Forumunun növbəti ictimai diskussiyası keçirilib.
Bizim.Media xəbər verir ki, tədbir toy və yas mərasimlərində israfçılığın aradan qaldırılması, ictimai mərasimlərin sadə təşkili mövzusuna həsr olunub.
“World Business Center”də təşkil edilən tədbirdə Mirzə Ələkbər Sabir Fondunun rəhbəri Sevda Tahirli, Dini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Tural Əhmədov, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev və başqaları iştirak edib.
Tədbir Azərbaycan Milli QHT Forumunun üzvü Zaur İbrahimovun nitqi ilə başlayıb.
O bildirib ki, bu diskussiyanın təşkili vacib və ictimai sifarişdir:
“Həm vətəndaş cəmiyyəti, həm ictimai nümayəndələr bu ictimai diskussiyadan kənarda qala bilməzdilər. Bu israfçılıq məsələlərində ictimai qınağı artırmaq və belə hallara qarşı mübarizə, marifləndirmə, təşviqatın gücləndirmək lazımdır. Həmçinin, həll yolu üçün təkliflər verilməsi şərtdir”.
Naibə Məmmədova, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 06 Sentyabr 2025 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















