Icma.az
close
up
RU
QHT sosial media bacarıqlarının inkişafına yönələn layihəyə yekun vurdu FOTO

QHT sosial media bacarıqlarının inkişafına yönələn layihəyə yekun vurdu FOTO

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Milli Düşüncə və İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Sosial media ilə iş sahəsində təlimlərin təşkili” adlı layihəni uğurla başa çatdırıb.

News24.az-ın məlumatına görə, layihə barədə məlumat verən Birliyin sədri və layihə rəhbəri Əlövsət Talışxanlı bildirib ki, təşəbbüsün əsas məqsədi paytaxtda fəaliyyət göstərən QHT nümayəndələri və könüllülərin sosial mediada peşəkar fəaliyyət bacarıqlarını artırmaq olub. Onun sözlərinə görə, 15 QHT nümayəndəsini əhatə edən təlimlərdə iştirakçılar sosial media strategiyası, kommunikasiya alətləri və rəqəmsal təqdimat bacarıqları barədə praktiki biliklər əldə ediblər.

“Bu gün sosial şəbəkələr və rəqəmsal kommunikasiya vətəndaş cəmiyyətinin səsini ictimaiyyətə çatdırmaq üçün ən güclü platformadır. QHT-lərin bu alətlərdən düzgün və məqsədyönlü şəkildə istifadə etməsi onların fəaliyyətinin səmərəliliyini artırır.” - Ə.Talışxanlı qeyd edib.

Təlim proqramı çərçivəsində layihənin təlimçisi, Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri, İlkxeber.org saytının baş redaktoru Xanoğlan Əhmədov QHT-lərin ictimaiyyətlə əlaqə və layihələrin media vasitəsilə təqdimatı üzrə təcrübəsini bölüşüb.

Bundan əlavə, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri, Əməkdar jurnalist Nadir İsmayılov “Sosial media və QHT-lər: düzgün istifadə prinsipləri” mövzusunda çıxış edərək sosial platformalarda etibarlı imicin formalaşdırılması yollarından danışıb.

AMEA Mərkəzi Elmi Kitabxanasının rəqəmsallaşma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev “QHT-lər üçün sosial media strategiyası” və “Facebook, Instagram, X və LinkedIn platformalarının imkanları” barədə praktik tövsiyələr təqdim edib.

Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mütəllim Rəhimov “SMM xidmətlərindən istifadə və beynəlxalq təcrübə” mövzusunda, araşdırmaçı jurnalist Rəsul Mirhəşimli isə “Sosial medianın auditoriya ilə əlaqə qurmaqda rolu” və “QHT-lər üçün əhəmiyyəti” barədə təqdimatla çıxış ediblər.

Layihə çərçivəsində, həmçinin maarifləndirici buklet hazırlanaraq təlim iştirakçılarına paylanıb.

Təlimlərin yekunda iştirakçılara təlimlərdə fəal iştirakalrına görə sertifikatlar təqdim olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://news24.az
archiveBu xəbər 06 Oktyabr 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see343

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see209

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see203

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see187

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see185

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see160

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see157

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see146

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see137

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see134

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri