Icma.az
close
up
RU
QHT yayihəyə yekun vurub

QHT yayihəyə yekun vurub

Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər" İctimai Birliyinin "Qərbi Azərbaycanlı repressiya və soyqırım qurbanlarının tədqiqi" layihəsinin icrası başa şatıb. Layihəyə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) iclas zalında mətbuat və ictimaiyyət nümayəndələrinin iştirakı ilə yekun vurulub.  Tədbirdə əvvəlcə dövlətimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda Şəhid olanların və repressiya, soyqırımı, deportasiya qurbanlarının xatirəsi ehtiramla yad edilib. Layihə rəhbəri Tamxil Ziyəddinoğlu Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə layihənin dəstəklənməsinə görə,  Beynəlxalq Avrasiya Mətbuat Fondunun qurucu sədri Umud Rəhimoğluna isə layihənin icrasına yaratdığı şəraitə görə minnətdarlığını bildirib. Tədbirə qatılanlarla ümumi tanışlıqdan sonra Umud müəllim qonaqları salamlayıb, xoş gəldiniz deyib. Belə mühüm layihələrin vacibliyini qeyd edərək, Qərbi Azərbaycanda ermənilərin torpaqlarımıza hakim olmaları, soydaşlarımıza qarşı aparılan amansız soyqırımı haqqında danışıb. Yaratdığı təşkilatın bu illər ərzində gördüyü işlərdən söhbət açıb.

Layihənin məqsəd və məramı barədə məlumat verən “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin sədri Tamxil Ziyəddinoğlu qeyd edib ki, layihəmizin məqsədi Azərbaycan tarixindən ayrı salınmış Qərbi azərbaycanlı repressiya, soyqırımı və deportasiya qurbanlarını tədqiq etmək, gənc nəsli ata yurduna qayıtmağa təşviq etməkdir. 

Layihəmizin birinci tədbiri Zəngilanda Şəhid Müşfiq ağa oğlu Vəliyevin məzarını ziyarətlə başlayıb. Xatırladaq ki, Müşfiq 1988-ci ildə, 17 yaşındakən doğulduğu Qafan rayonunun Kirs kəndindən silahlı erməni quldur dəstələri tərəfindən qovulub. Azərbaycanın Ərazi bütövlüyü uğrunda mübarizəyə qoşulan Müşfiq Zəngilan rayonunun Şərikan kəndində, Kollu Qışlaq, Şatazır, Rəzdərə kəndlərində, Cəbrayılın müdafiəsində, Qubadlı rayonunun Xanlıq kəndi ətrafında gedən döyüşlərdə fəal iştirak edib. Düşmənin xeyli canlı qüvvəsini məhv edərək şəhid olub.

 İkinci tədbirimiz Laçın rayonunun Qarıkaha kəndi yaxınlığındakı tənha şəhid məzarını ziyarətlə başlayıb, Əslən Qərbi Azərbaycanın Zəngəzur mahalından olan ziyalılar, şair və yazıçıların 3 ay əvvəl Bəylik kəndinə-doğma ocaqlarına qayıdan yerli sakinlərlə görüşməsi ilə davam edib. Sonra Abşeron Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Abşeron rayonunda məskunlaşmış Qərbi azərbaycanlı ziyalılar, rayon gəncləri, Masazır, Qobu, Saray, Ceyranbatan, Mehdiabad ictimaiyyətinin nümayəndələri  və rayon könüllülərindən ibarət yeniyetmələrlə görüş olub.

Növbəti tədbirimizdə Azərbaycan Dövlət Pedaqoji  Universititində professor - müəllim heyəti ilə qazilərin,  tələbələrin görüşü olub. Tamxil Ziyəddinoğlunun 1988-ci ildə 16 yaşındakən Qərbi Azərbaycanının Vedibasar mahalından erməni faşistləri tərəfindən qovulan Şaiq Məmmədovun keçdiyi şərəfli döyüş yoluna həsr edilmiş “Ölümü öldürənlər” filmi nümayiş olunub. Bu tədbirdə tələbələrə erməni-daşnaklarının 1905, 1918, 1947-1953 və son olaraq XX - ci əsrin 80- ci illərindən başlayaraq , Qərbi Azərbaycan türklərinə qarşı qəddarlığı, amansızlığı barədə məlumat verilib.

Yekunda isə tədbir iştirakçıları yazıçılar, jurnalistlər, tələbə-jurnalistlər olduğu üçün tam sərbəst şəraitdə hər kəs sualını verib, ürək sözlərini söyləyə bilib. Uzun illər AzTV və İTV-də müxtəlif vəzifələrdə çalışan Akif Cabbarlının 2013- cü ildə, ümidlərin qırıldığı zaman yazdığı " Biz o şəhərə qayıdacağıq" baslıqlı məqaləsinə Tamxil müəllimin yazdığı “Akif müəllim sizə yeni- yeni yaradıcılıq uğurları, bir də səbr diləyirəm. Səbrli olun ki, Kənanlarımız(Akif Cabbarlının nəvəsi) böyüsün. Kənanlarımız böyüsün ki, arzularımız çin olsun. Mən Şuşanı heç görməmişəm. Kənan balaya de ki, məni də Şuşaya aparsın, amma orada saxlamasın. Zəngəzura - öz dədə- baba yurduma yola salsın. Mən haqqa orada - doğulduğum torpaqda qovuşmaq arzusundayam. Çünki yaşamaq hüququm da, ölmək haqqım da ordadı. Siz deyirsiniz biz balaların böyüməsini gözləməməliyik. Əslində elədir. Amma həqiqət bambaşqadır, qardaş. Nə qədər ki, Azərbaycanın dövlət dilini bilməyən xarici işlər nazirimiz, Dövlətimizin himnini ya bilməyən, ya da oxumağa utanan generallarımız var bizi Şuşaya aparan olmayacaq.”

Sözün bu məqamında "Zəngəzur Cəmiyyətləri”İctimai  Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğlu-"Şükürlər olsun ki, Şuşaya getdik”-deyərək sözə başlayıb. Deyib ki, həm də 44 günlük müharibənin rəmzi olaraq 44 Şəhid ailəsi üzvlərilə getdik. O şəhidlərin ailə üzvlərilə ki, Şuşa uğrunda döyüşüb Şuşaya çatmadan Şəhid olublar. Bəli, getdik, Azərbaycan Ordusunun qüdrəti, Dəmiryumruğun sayəsində, qardaşım Tamxilin “Vətən sənə canım fəda” layihəsini icra eləməyə getdik. Necəki Şuşaya getmişik elədə Zəngəzura gedəcəyik.

Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri Leyla Calalova, Filologiya üzrə fəlsəfə doktoru " Bütöv Azərbaycan" qəzetinin redaktoru İlham Məmmədli, Əməkdar jurnalist Az.Tv -nin əməkdaşı Azad Müzəffərli, Yazıçı, bir neçə hekayə və romanlar kitabının müəllifi, Az.TV- nin əməkdaşı Azər Qismət, tanınmış tədqiqatçı-hüquqşünas, “Müvəkkil” hüquq mərkəzinin sədri Səməd Vəkilov, "Uşaqların Gələcəyi Naminə" İctimai Birliyinin sədri Könül Quliyeva, müstəqil jurnalist Əntiqə Rəşid ( Aslan ), " Xudafərin" qəzetinin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Şakir Albalıyev “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin müxtəlif dövrlərdə həyata keçirdiyi layihələrdən söhbət açıblar. Qeyd ediblər ki, “Dezinformasiyalar təhlükəsizliyimizə təhdiddir”, “Hərə bir əsgər, hər ev bir səngər” layihələri də ərazilərimizin işğalda olduğu vaxtlarda vacib missiya üçün həyata keçirilib. Bu gün yekunlaşdırılan "Qərbi Azərbaycanlı repressiya və soyqırım qurbanlarının tədqiqi" layihəsi də çox vacib, dövlətimizin yürütdüyü milli strategiyaya uyğundur. Əslində Azərbaycan tarixindən ayrı salınan Qərbi azərbaycanlıların irsinin tədqiqinə çox bğyük ehtiyac var. Odur ki, belə layihələr davamlı olmalıdır.

 Tamxil müəllim mətbuat nümayəndələrinə bildirib ki, Azərbaycan Respublikasının Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maddi dəstəyindən əlavə, agentliyin icraçı direktoru Aygün xanım Əliyeva layihənin icrası zamanı lazım olan mənəvi, təşkilati dəstəyini də əsirgəməyib. Layihə rəhbəri layihənin icrası zamanı yerlərdə üzləşdikləri çətinlikləri keçmək üçün göstərdiyi operativ körməyə görə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT- lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyevə minnətdarlıq edib.

Sonra Fikrət Orucov, Misir Aslanov və Vahid Gülmalıyev layihənin icrası zamanı göstərdikləri dəstəyə görə İctimai Birliyin təsis etdiyi “Vətənoğlu” Fəxri Diplomu ilə təltif olunublar. “Güllə səsinə açılan qapı” kitabı BAMF kitabxanasına və tələbə- jurnalistlərə hədiyyə edilib. Rəssam Firdovsi Hacıyev çəkdiyi əsgər portretini Hərbi Jurnalistlərə hədiyyə edərək, onlara çətin və şərəfli işlərində uğur arzulayıb. Rəsmi hissədən sonra üstünə QHT Agentliyinin loqosu həkk olunmuş tort kəsilib. Saat 12-dən toplaşan qonaqların çay süfrəsi arxasında davam edən şirin söhbətləri 16-30-a qədər uzanıb. Xatirə şəkli çəkdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://adalet.az
archiveBu xəbər 06 Oktyabr 2025 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see275

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see272

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see259

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see239

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see239

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see229

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see214

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see213

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see210

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see206

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see203

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see197

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see185

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see183

Xalq artisti: Burun əməliyyatı zamanı masada ölmüşəm (Video)

16 Sentyabr 2026 14:28see181

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see178

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see170

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see164

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see164

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri