Qida almağa gəlmişdilər, güllə altında qaldılar Qəzzada dəhşətli hücum
GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İsrailin Rəfah şəhərində yardım paylama nöqtəsinin yaxınlığında həyata keçirdiyi hücum nəticəsində 31-ə qədər fələstinli həyatını itirib.
Globalinfo.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə yerli səhiyyə orqanları məlumat yayıb.
“Ölənlər və yaralılar var. Çox sayda yaralı var. Bura dəhşətli bir mənzərəyə çevrilib. Mən insanlara tövsiyə edirəm ki, yardım bölgələrinə getməsinlər”, – deyə Xan Yunis şəhərindəki Nasser Xəstəxanasında çalışan təcili yardım işçisi bildirib.
Fələstin Qızıl Aypara Cəmiyyətindən bildirilib ki, onların tibbi briqadaları Rəfahda yardım toplanma məntəqəsinin yaxınlığında 23 nəfərin cəsədini çıxarıb və daha 23 yaralıya ilkin tibbi yardım göstərilib. Yerli səhiyyə orqanlarının məlumatına görə, indiyədək Nasser Xəstəxanasına 31 cəsəd çatdırılıb.
Aysel Əliyeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 01 İyun 2025 18:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















