Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Qəzzada qida çatışmazlığından 85 uşaq həlak olub

Qəzzada qida çatışmazlığından 85 uşaq həlak olub

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mart ayında İsrailin Qəzzaya bütün tədarükü kəsməsindən sonra bölgədə ərzaq ehtiyatları tükənib. 

“Cebheinfo.az” xəbər verir ki, Qəzzaya daxil olan bütün yardımlara nəzarət edən İsrail isə ərzaq böhranına görə məsuliyyəti üzərinə götürmür. 

İsrail Qəzzanı bombalamaqda davam etdiyi bir vaxtda, 109 yardım təşkilatı bu ölkəyə qarşı tədbir görülməsi üçün çağırış edərək bölgədə “kütləvi aclığın yayıldığı” barədə xəbərdarlıq edib.

Beynəlxalq yardım təşkilatı "Oxfam"ın İşğal Altındakı Fələstin Torpaqlarındakı siyasət üzrə məsul şəxsi Buşra Xalidinin sözlərinə görə, insanlar Qəzzada ərzaq növbələrinə girərkən "vurulmaq riski" ilə üz-üzə qalırlar:

“Uşaqlarını yedizdirmək üçün ağac yarpaqlarını qaynadaraq yemək hazırlayan valideynlərdən, sonuncu mərci bişirmək üçün paltarlarını yandıran yardım işçilərindən, “oğlum gözümün önündə aclıqdan öldü, çünki bədəni daha dözə bilmədi” deyən analardan mütəmadi olaraq məlumatlar alırıq. Bu, sadəcə bir humanitar uğursuzluq deyil. Bu, bilərəkdən həyata keçirilən bir siyasətdir. İnsanlar qəsdən aclığa məhkum edilir”.

Qəzza Mülki Müdafiə Xidmətinin sözçüsü Mahmud Basal bildirib ki, bu günə qədər yardım növbələrində 1000-dən çox insan həyatını itirib, 85 uşaq isə aclıqdan ölüb.

O, çağırış edərək, “Bu torpaqda hər gün bir faciə yaşanır. İnsanlar yerə yıxılır, yorğunluqdan və aclıqdan huşlarını itirirlər. Dünyanı buradakı gerçəklərlə üzləşməyə, hərəkətə keçməyə və Qəzzanın tək olmadığını göstərmək üçün aclıq aksiyasına qoşulmağa", - deyə bildirib. 

Digər tərəfdən, Böyük Britaniyanın “The Guardian” qəzeti "Yemək üçün 11 dəqiqəlik yarış: Qəzzadakı yardım nöqtələri necə ölüm tələsinə çevrildi?" başlıqlı məqaləsində Fələstinlilərin ABŞ və İsrailin təsiri altında fəaliyyət göstərən Qəzza Humanitar Yardım Fondu tərəfindən yaradılan yardım nöqtələrində yaşadıqları faciəni işıqlandırıb.

Məlumata görə, Qəzzadakı yardım nöqtələrinin hamısı İsrailin təxliyə əmr verdiyi ərazilərin içərisində yerləşir. Yardım almaq istəyən fələstinlilər isə İsrail ordusunun boşaltmasını tələb etdiyi bölgələrə daxil olmağa məcbur edilir.

Digər diqqətçəkən məqam yardım nöqtələrinin açılış vaxtı və müddətidir. Məlumata əsasən, bu nöqtələr bir dəfəlik olaraq cəmi 8 dəqiqə açıq qalır. İyunda bir yardım məntəqəsinin orta hesabla cəmi 11 dəqiqə fəaliyyət göstərdiyi qeyd olunur.

BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinin rəhbəri bildirib ki, Qəzzadakı tibb işçiləri və yardım personalı aclıq və yorğunluqdan iş başında huşlarını itirir.

AFP Jurnalistlər Birliyi isə Qəzza zolağında çalışan sərbəst jurnalistlərin ciddi ərzaq çatışmazlığı ilə üzləşdiyini və aclıq təhlükəsi altında olduqlarını bildirib.

Çərşənbə günü "Sərhədsiz Həkimlər", "Uşaqları Xilas Edin" və "Oxfam" da daxil olmaqla 111 yardım təşkilatı Qəzzada “kütləvi aclıq” hökm sürdüyünü bəyan edərək dərhal atəşkəs elan olunması, bütün quru keçidlərinin açılması və BMT rəhbərliyində yardımların maneəsiz keçidinə icazə verilməsi çağırışını edib.

BMT Baş katibi Antonio Quterreş çərşənbə axşamı verdiyi açıqlamada bildirib ki, İsrailin hərbi hücumu altındakı Qəzzada Fələstinlilərin üzləşdiyi "dəhşət", son illərdə görünməmiş bir faciədir.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:401
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 İyul 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see447

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see410

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see292

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see289

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see283

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see257

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see254

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see240

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see232

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see224

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see224

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see220

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see219

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see207

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see205

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see204

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see200

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see199

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see196

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri