Uşaqlar da dağıntılar altında qaldı Qəzzada dəhşətli hadisə
Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
Qəzzada daha əvvəl İsrail hücumları nəticəsində zərər görmüş yaşayış binasının çökməsi faciə ilə nəticələnib. Hadisə zamanı 5-i uşaq olmaqla 11 fələstinli həyatını itirib, 14 nəfər yaralanıb.
“Yeni Sabah” xəbər verir ki, hadisə Qəzza şəhərinin cənub-qərbində yerləşən Əs-Sinaa bölgəsində baş verib.
6 mərtəbəli bina İsrail ordusunun əvvəlki hücumları zamanı zərər görüb. pizza hut
Bina çökən zaman onun ətrafında qurulan çadırlarda məskunlaşan və evlərini tərk etmək məcburiyyətində qalan fələstinlilər də hadisədən zərər çəkib. Yerli sakinlərin sözlərinə görə, hücumlar nəticəsində zədələnən binada 60-dan çox insan yaşayırdı.
Qəzzada axtarış-xilasetmə qrupları dağıntılar altında qalan insanların çıxarılması üçün işlərini davam etdirir. Məlumata görə, Qəzzaya əsas ehtiyac mallarının girişinin məhdudlaşdırılması səbəbindən xilasedicilər lazımi texnika və avadanlıqların çatışmazlığı ilə üzləşirlər.
İsrail hücumları nəticəsində çoxsaylı binaların zərər gördüyü Qəzzada evlərini tərk edən insanlar sığınacaq imkanlarının məhdud olması səbəbindən yararsız vəziyyətdə olan binalarda yaşamağa davam edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 16 Sentyabr 2026 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















